Sədəqələrə aid fəsillər

Borcunu ödəmək üçün kasıba möhlət vermək

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، قَالَ : سَمِعْتُ رِبْعِيَّ بْنَ حِرَاشٍ يُحَدِّثُ عَنْ حُذَيْفَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّ رَجُلاً مَاتَ ، فَقِيلَ لَهُ : مَا عَمِلْتَ ؟ فَإِمَّا ذَكَرَ أَوْ ذُكِّرَ ، قَالَ : إِنِّي كُنْتُ أَتَجَوَّزُ فِي السِّكَّةِ وَالنَّقْدِ ، وَأُنْظِرُ الْمُعْسِرَ ، فَغَفَرَ اللَّهُ لَهُ. قَالَ أَبُو مَسْعُودٍ : أَنَا قَدْ سَمِعْتُ هَذَا مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Huzeyfə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Sizdən əvvəlki ümmətlərdə) bir kişi vəfat etmişdi. Ona deyildi: “Sən nə əməl etmisən (ki, Cənnətdəsən)?” Kişi etdiyi yaxşılığı ya xatırlamış, ya da ona xatırladılmış olaraq dedi: “Mən nağd və nisyə alış-verişində insanlara asanlıq göstərərdim. Kasıba isə möhlət verərdim”. Allah da onu bağışlamışdı”. (Huzeyfənin yanında olan Uqbə ibn Amir) Əbu Məsud dedi: “Mən də bunu Allah Elçisindən ﷺ eşitmişəm”.”

Huzeyfə
Səhih

İstinad

İbn Məcə, 2420 (Sədəqələr, 31)

Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər