Malını vəqf edən
حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا مُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : أَصَابَ عُمَرُ بْنُ الْخَطَّابِ أَرْضًا بِخَيْبَرَ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَاسْتَأْمَرَهُ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَصَبْتُ مَالاً بِخَيْبَرَ ، لَمْ أُصِبْ مَالاً قَطُّ هُوَ أَنْفَسُ عِنْدِي مِنْهُ ، فَمَا تَأْمُرُ بِهِ ؟ فَقَالَ : إِنْ شِئْتَ حَبَّسْتَ أَصْلَهَا وَتَصَدَّقْتَ بِهَا , قَالَ : فَعَمِلَ بِهَا عُمَرُ ، عَلَى أَنْ لاَ يُبَاعَ أَصْلُهَا ، وَلاَ يُوهَبَ ، وَلاَ يُورَثَ ، تَصَدَّقَ بِهَا لِلْفُقَرَاءِ ، وَفِي الْقُرْبَى ، وَفِي الرِّقَابِ ، وَفِي سَبِيلِ اللهِ ، وَابْنِ السَّبِيلِ ، وَالضَّيْفِ ، لاَ جُنَاحَ عَلَى مَنْ وَلِيَهَا أَنْ يَأْكُلَ مِنْهَا بِالْمَعْرُوفِ ، أَوْ يُطْعِمَ صَدِيقًا ، غَيْرَ مُتَمَوِّلٍ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər ibn əl-Xattabın payına Xeybərdən torpaq sahəsi düşmüşdü. Sonra Ömər Peyğəmbərin ﷺ yanına gedərək ona dedi: “Ey Allahın Elçisi, mənim payıma Xeybərdən elə bir torpaq sahəsi düşüb ki, mənim nəzərimdə bundan daha gözəl bir mal əldə etməmişəm. Mənə nə əmr edirsən?” Peyğəmbər ﷺ buyurdu: “İstəsən, ərazini vəqf edərsən və onun məhsullarını sədəqə verərsən”. İbn Ömər deyir: “Sonra Ömər bu ərazini bu şərtlərlə vəqf etdi: malın əsli satılmır, hədiyyə edilmir və ona heç kim varis olmur. Ömər onun gəlirini kasıblara, vəqfin yaxın qohumlarına, köləlikdən qurtulmaq istəyənlərə, Allah yolunda döyüşən mücahidlərə, müsafirlərə və qonaqlara sədəqə etdi. Bu bağa baxanın bu maldan yığmamaq və malı zay etməmək şərti ilə onun gəlirindən adətə görə yeməsində bir günah yoxdur”.”
İstinad
İbn Məcə, 2396 (Sədəqələr, 7)
Sunən İbn Məcə — Sədəqələrə aid fəsillər