Girovlara aid fəsillər

Girov qoyulan heyvan minilir və sağılır

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ زَكَرِيَّا ، عَنِ الشَّعْبِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الظَّهْرُ يُرْكَبُ إِذَا كَانَ مَرْهُونًا ، وَلَبَنُ الدَّرِّ يُشْرَبُ إِذَا كَانَ مَرْهُونًا ، وَعَلَى الَّذِي يَرْكَبُ وَيَشْرَبُ نَفَقَتُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Minik heyvanı girov qoyularsa, minilir. Sağmal heyvan girov qoyulursa, südü sağılaraq içilir. Girov qoyulan heyvanın təminatı minən və sağan adamın üzərinə vacibdir”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2440 (Girovlar, 5)

Sunən İbn Məcə — Girovlara aid fəsillər