Sunən İbn MəcəGirovlara aid fəsillər

Kitab 16

Girovlara aid fəsillər

أَبْوَابُ الرُّهُونِ

46

hədis

Fəsil 1

Girovlar

بَابٌ الرُّهُونِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ , حَدَّثَنِي الأَسْوَدُ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ اشْتَرَى مِنْ يَهُودِيٍّ طَعَامًا إِلَى أَجَلٍ ، وَأَرْهَنَهُ دِرْعَهُ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ bir yəhudidən nisyə olaraq bir az arpa alıb girov olaraq zirehini ona verdi.”

Aişə
Səhihİbn Məcə, 2436 (Girovlar, 1)

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ , حَدَّثَنِي أَبِي ، حَدَّثَنَا هِشَامٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، قَالَ : لَقَدْ رَهَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ دِرْعَهُ عِنْدَ يَهُودِيٍّ بِالْمَدِينَةِ ، فَأَخَذَ لأَهْلِهِ مِنْهُ شَعِيرًا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ zirehini Mədinədə olan bir yəhudinin yanında girov qoydu və (nisyə olaraq) ailəsi üçün bir az arpa götürdü”.”

Ənəs
Səhihİbn Məcə, 2437 (Girovlar, 2)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ بَهْرَامَ ، عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ ، عَنْ أَسْمَاءَ بِنْتِ يَزِيدَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ تُوُفِّيَ وَدِرْعُهُ مَرْهُونَةٌ عِنْدَ يَهُودِيٍّ بِطَعَامٍ.

“Əsma bint Yəzid ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ zirehi bir yəhudidə bir az qida qarşılığında girov qaldığı halda vəfat etmişdir.”

Əsma bint Yəzid
Səhihİbn Məcə, 2438 (Girovlar, 3)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مُعَاوِيَةَ الْجُمَحِيُّ ، حَدَّثَنَا ثَابِتُ بْنُ يَزِيدَ ، حَدَّثَنَا هِلاَلُ بْنُ خَبَّابٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَاتَ وَدِرْعُهُ رَهْنٌ عِنْدَ يَهُودِيٍّ بِثَلاَثِينَ صَاعًا مِنْ شَعِيرٍ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ zirehi bir yəhudidə otuz saa arpa qarşılığında girov qaldığı halda vəfat etmişdir.”

İbn Abbas
Səhihİbn Məcə, 2439 (Girovlar, 4)

Fəsil 2

Girov qoyulan heyvan minilir və sağılır

بَابُ الرَّهْنُ مَرْكُوبٌ وَمَحْلُوبٌ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ زَكَرِيَّا ، عَنِ الشَّعْبِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الظَّهْرُ يُرْكَبُ إِذَا كَانَ مَرْهُونًا ، وَلَبَنُ الدَّرِّ يُشْرَبُ إِذَا كَانَ مَرْهُونًا ، وَعَلَى الَّذِي يَرْكَبُ وَيَشْرَبُ نَفَقَتُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Minik heyvanı girov qoyularsa, minilir. Sağmal heyvan girov qoyulursa, südü sağılaraq içilir. Girov qoyulan heyvanın təminatı minən və sağan adamın üzərinə vacibdir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2440 (Girovlar, 5)

Fəsil 3

İcarə verənlərin qazancı

بَابُ أَجْرِ الأُجَرَاءِ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ ، عَنْ إِسْمَاعِيلَ بْنِ أُمَيَّةَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ثَلاَثَةٌ أَنَا خَصْمُهُمْ يَوْمَ الْقِيَامَةِ ، وَمَنْ كُنْتُ خَصْمَهُ خَصَمْتُهُ يَوْمَ الْقِيَامَةِ : رَجُلٌ أَعْطَى بِي ثُمَّ غَدَرَ ، وَرَجُلٌ بَاعَ حُرًّا فَأَكَلَ ثَمَنَهُ ، وَرَجُلٌ اسْتَأْجَرَ أَجِيرًا ، فَاسْتَوْفَى مِنْهُ وَلَمْ يُوفِّهِ أَجْرَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Üç adam (var ki) Qiyamət günü Mən onlara qarşı iddiaçı olacağam. Mən isə kimə qarşı iddiaçı olsam ona qalib gələrəm: Mənim adımdan and içib sonra andını pozan adam, azad insanı satıb pulunu yeyən adam və işçi tutub ondan işini tamam-kamal yerinə yetirməyi tələb edib axırda da zəhmət haqqını verməyən adam”.”

Əbu Hureyra
Zəifİbn Məcə, 2442 (Girovlar, 7)

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ الْوَلِيدِ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا وَهْبُ بْنُ سَعِيدِ بْنِ عَطِيَّةَ السُّلَمِيُّ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَعْطُوا الأَجِيرَ أَجْرَهُ ، قَبْلَ أَنْ يَجِفَّ عَرَقُهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İşçinin maaşını təri qurumamışdan əvvəl verin”.”

Abdullah ibn Ömər
Səhihİbn Məcə, 2443 (Girovlar, 8)

Fəsil 4

Quyudan bir vedrə suyu xurma əvəzinə çıxaran və xurmanın quru olmasını şərt qoyan

بَابُ الرَّجُلِ يَسْتَقِي كُلَّ دَلْوٍ بِتَمْرَةٍ وَيَشْتَرِطُ جَلْدَةً

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي حَيَّةَ ، عَنْ عَلِيٍّ ، قَالَ : كُنْتُ أَدْلُو الدَّلْوَ بِتَمْرَةٍ ، وَأَشْتَرِطُ أَنَّهَا جَلْدَةٌ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən bir ədəd quru xurma əvəzində (quyudan) bir vedrə su çıxarırdım və xurmanın quru və yaxşı olmasını şərt qoyurdum”.”

Əli
Həsənİbn Məcə, 2447 (Girovlar, 12)

Fəsil 5

Məhsulun üçdəbir və ya dörddəbiri olmaqla yer yiyəsinin işçi ilə şərik olması

بَابُ الْمُزَارَعَةِ بِالثُّلُثِ وَالرُّبُعِ

حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ طَارِقِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْمُحَاقَلَةِ ، وَالْمُزَابَنَةِ ، وَقَالَ : إِنَّمَا يَزْرَعُ ثَلاَثَةٌ : رَجُلٌ لَهُ أَرْضٌ ، فَهُوَ يَزْرَعُهَا ، وَرَجُلٌ مُنِحَ أَرْضًا ، فَهُوَ يَزْرَعُ مَا مُنِحَ ، وَرَجُلٌ اسْتَكْرَى أَرْضًا بِذَهَبٍ أَوْ فِضَّةٍ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ muhaqalə və muzəbənə etməyi qadağan edərək buyurdu: “Yalnız üç adam əkinlə məşğul ola bilər: ərazisi olan öz ərazisini əkə bilər; əvəzi olmadan faydalanmaq üçün verilən ərazini həmin adam əkə bilər; bir ərazini qızıl və ya gümüş müqabilində icarəyə götürən adam bu ərazini əkə bilər”.”

Rafi ibn Xadic
Səhihİbn Məcə, 2449 (Girovlar, 14)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : سَمِعْتُ ابْنَ عُمَرَ يَقُولُ : كُنَّا نُخَابِرُ فَلاَ نَرَى بِذَلِكَ بَأْسًا ، حَتَّى سَمِعْنَا رَافِعَ بْنَ خَدِيجٍ يَقُولُ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْهُ ، فَتَرَكْنَاهُ لِقَوْلِهِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Biz muxabəra yolu ilə ərazimizi icarəyə verər və bunda bir müşgül görməzdik. Sonra Rafi ibn Xadicin: “Allah Elçisi ﷺ bunu qadağan etmişdir”- dediyini eşitdik və bunu tərk etdik”.”

İbn Ömər
Səhihİbn Məcə, 2450 (Girovlar, 15)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي عَطَاءٌ ، قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : كَانَتْ لِرِجَالٍ مِنَّا فُضُولُ أَرَضِينَ يُؤَاجِرُونَهَا عَلَى الثُّلُثِ وَالرُّبُعِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَانَتْ لَهُ فُضُولُ أَرَضٍ فَلْيَزْرَعْهَا ، أَوْ لِيُزْرِعْهَا أَخَاهُ ، فَإِنْ أَبَى , فَلْيُمْسِكْ أَرْضَهُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bizdən bəzilərinin ehtiyacından artıq əraziləri var idi. Onlar bu ərazilərin məhsullarının üçdəbiri və dörddəbiri müqabilində icarəyə verərdilər. Sonra Peyğəmbər ﷺ buyurdu: “Kimin (ehtiyacından) əlavə ərazisi varsa, bunu ya əksin, ya da (din) qardaşına əvəzsiz versin. Əgər qardaşına əvəzsiz vermək istəməzsə, ərazisini (icarəyə) verməsin”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2451 (Girovlar, 16)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعِيدٍ الْجَوْهَرِيُّ ، حَدَّثَنَا أَبُو تَوْبَةَ الرَّبِيعُ بْنُ نَافِعٍ ، حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ سَلاَّمٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ لِيَمْنَحْهَا أَخَاهُ ، فَإِنْ أَبَى ، فَلْيُمْسِكْ أَرْضَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin ərazisi varsa, bunu ya əksin, ya da (din) qardaşına əvəzsiz versin. Əgər qardaşına əvəzsiz vermək istəməzsə, ərazisini (icarəyə) verməsin”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2452 (Girovlar, 17)

Fəsil 6

Ərazini icarəyə vermək

بَابُ كِرَاءِ الأَرْضِ

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، وَأَبُو أُسَامَةَ ، وَمُحَمَّدُ بْنُ عُبَيْدٍ ، عَنْ عُبَيْدِ اللهِ ، أَوْ قَالَ : عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّهُ كَانَ يُكْرِي أَرْضًا لَهُ مَزَارِعَ ، فَأَتَاهُ إِنْسَانٌ فَأَخْبَرَهُ عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ كِرَاءِ الْمَزَارِعِ ، فَذَهَبَ ابْنُ عُمَرَ ، وَذَهَبْتُ مَعَهُ , حَتَّى أَتَاهُ بِالْبَلاَطِ ، فَسَأَلَهُ عَنْ ذَلِكَ ، فَأَخْبَرَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ كِرَاءِ الْمَزَارِعِ , فَتَرَكَ عَبْدُ اللهِ كِرَاءَهَا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ özünün ərazisini əkilmək üçün icarəyə verirdi. Sonra bir nəfər onun yanına gələrək Rafi ibn Xadicin: “Allah Elçisi ﷺ tarlanı əkilmək üçün icarəyə verməyi qadağan etmişdir” hədisini xəbər verdi. Bundan sonra İbn Ömər Rafi ibn Xadicin yanına getdi. Mən də onunla birlikdə getdim. Nəhayət, (Peyğəmbər ﷺ məscidi ilə bazarın arasında olan) əl-Bəlat deyilən yerdə Rafinin yanına gəldi və bu haqda ondan soruşdu. Rafi ona Allah Elçisinin ﷺ tarlanı əkilmək üçün icarəyə verməyi qadağan etdiyini xəbər verdi. Abdullah da tarlanı icarəyə verməyi tərk etdi.”

İbn Ömər
Səhihİbn Məcə, 2453 (Girovlar, 18)

حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ الْحِمْصِيُّ ، حَدَّثَنَا ضَمْرَةُ بْنُ رَبِيعَةَ ، عَنِ ابْنِ شَوْذَبٍ ، عَنْ مَطَرٍ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : خَطَبَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ لِيُزْرِعْهَا ، وَلاَ يُؤَاجِرْهَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ bizə xütbə verərək belə buyurdu: “Kimin ərazisi varsa, bunu ya əksin, ya da (din) qardaşına əvəzsiz versin, ərazisini (icarəyə) verməsin”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2454 (Girovlar, 19)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُطَرِّفُ بْنُ عَبْدِ اللهِ ، حَدَّثَنَا مَالِكٌ ، عَنْ دَاوُدَ بْنِ الْحُصَيْنِ ، عَنْ أَبِي سُفْيَانَ ، مَوْلَى ابْنِ أَبِي أَحْمَدَ ، أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ يَقُولُ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْمُحَاقَلَةِ. وَالْمُحَاقَلَةُ : اسْتِكْرَاءُ الأَرْضِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ muhaqaləni qadağan etmişdir. Muhaqalə - ərazinin əkilmək üçün icarəyə verilməsidir”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 2455 (Girovlar, 20)

Fəsil 7

Ağacı olmayan tarlanı qızıl və gümüş müqabilində icarəyə verməyə icazə verilməsi

بَابُ الرُّخْصَةِ فِي كِرَاءِ الأَرْضِ الْبَيْضَاءِ بِالذَّهَبِ وَالْفِضَّةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عَبْدِ الْعَزِيزِ بْنِ جُرَيْجٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّهُ لَمَّا سَمِعَ إِكْثَارَ النَّاسِ فِي كِرَاءِ الأَرْضِ ، قَالَ : سُبْحَانَ اللهِ , إِنَّمَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَلاَ مَنَحَهَا أَحَدُكُمْ أَخَاهُ ، وَلَمْ يَنْهَ عَنْ كِرَائِهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ insanların tarlanı icarəyə vermək haqda çox danışdıqlarını eşitdikdə dedi: “Subhən-Allah! Həqiqətən, Allah Elçisi ﷺ ancaq: “Sizdən biriniz ərazisini mənfəət əldə etmədən və müvəqqəti olaraq (din) qardaşına verməli idi”- buyurdu və tarlanı icarəyə verməyi qadağan etmədi”.”

İbn Abbas
Səhihİbn Məcə, 2456 (Girovlar, 21)

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لأَنْ يَمْنَحَ أَحَدُكُمْ أَخَاهُ أَرْضَهُ ، خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْخُذَ عَلَيْهَا كَذَا وَكَذَا , لِشَيْءٍ مَعْلُومٍ. فَقَالَ ابْنُ عَبَّاسٍ : هُوَ الْحَقْلُ ، وَهُوَ بِلِسَانِ الأَنْصَارِ الْمُحَاقَلَةُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şübhəsiz, sizdən birinizin ərazisini mənfəət əldə etmədən və müvəqqəti olaraq (din) qardaşına verməsi, bu ərazini məlum bir şey müqabilində – bunu və bunu alaraq istifadə üçün verməsindən daha xeyirlidir”. İbn Abbas deyir: “Bu (şəkildə icarəyə verməyin adı), haqldır. Ənsarın dili ilə muhaqalədir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2457 (Girovlar, 22)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ حَنْظَلَةَ بْنِ قَيْسٍ ، قَالَ : سَأَلْتُ رَافِعَ بْنَ خَدِيجٍ قَالَ : كُنَّا نُكْرِي الأَرْضَ عَلَى أَنَّ لَكَ مَا أَخْرَجَتْ هَذِهِ ، وَلِي مَا أَخْرَجَتْ هَذِهِ ، فَنُهِينَا أَنْ نُكْرِيَهَا بِمَا أَخْرَجَتْ ، وَلَمْ نُنْهَ أَنْ نُكْرِيَ الأَرْضَ بِالْوَرِقِ.

“Rəvayət edilir ki, Hənzalə ibn Qeys ﵀ demişdir: “Mən (ərazini icarəyə vermək haqda) Rafi ibn Xadicə sual verdim. O dedi: “Biz icarəyə götürən adama: “Bu sahədən çıxaracağın məhsulun bir qismi sənə, bir qismi mənə” deyərək ərazimizi icarəyə verirdik. Sonra ərazimizi çıxan məhsul müqabilində icarəyə vermək bizə qadağan olundu, lakin gümüş (və ya qızıl) müqabilində icarəyə vermək qadağan olunmadı”.”

Hənzalə ibn Qeys
Səhihİbn Məcə, 2458 (Girovlar, 23)

Fəsil 8

Qadağan olunan muzəraə

بَابُ مَا يُكْرَهُ مِنَ الْمُزَارَعَةِ

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي أَبُو النَّجَاشِيِّ ، أَنَّهُ سَمِعَ رَافِعَ بْنَ خَدِيجٍ يُحَدِّثُ عَنْ عَمِّهِ ظُهَيْرٍ قَالَ : نَهَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ أَمْرٍ كَانَ لَنَا رَافِقًا ، فَقُلْتُ : مَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَهُوَ حَقٌّ ، فَقَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا تَصْنَعُونَ بِمَحَاقِلِكُمْ ؟ قُلْنَا : نُؤَاجِرُهَا عَلَى الثُّلُثِ ، وَالرُّبُعِ ، وَالأَوْسُقِ مِنَ التِّبْنِ وَالشَّعِيرِ ، فَقَالَ : فَلاَ تَفْعَلُوا ، ازْرَعُوهَا ، أَوْ أَزْرِعُوهَا.

“Rafi ibn Xadic ﵁ rəvayət edir ki, əmisi Zuheyr dedi: “Allah Elçisi ﷺ bizə asan olan bir işi qadağan etdi”. Rafi deyir: “Mən dedim: “Allah Elçisinin ﷺ dediyi söz mütləq həqiqətdir”. Zuheyr deyir: “Allah Elçisi ﷺ dedi: “Tarlalarınızı nə edirsiniz?” Biz dedik: “Biz ərazimizi məhsulun üçdəbiri və ya dörddəbiri, ya da buğdadan və ya arpadan bir vəsq müqabilində icarəyə veririk”. Allah Elçisi ﷺ buyurdu: “Belə etməyin! Bunları ya özünüz əkin, ya da başqasına əkdirin”.”

Rafi ibn Xadic
Səhihİbn Məcə, 2459 (Girovlar, 24)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا الثَّوْرِيُّ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أُسَيْدِ بْنِ ظُهَيْرٍ ، ابْنِ أَخِي رَافِعِ بْنِ خَدِيجٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : كَانَ أَحَدُنَا إِذَا اسْتَغْنَى عَنْ أَرْضِهِ أَعْطَاهَا بِالثُّلُثِ وَالرُّبُعِ وَالنِّصْفِ ، وَيَشْتَرِطُ ثَلاَثَ جَدَاوِلَ ، وَالْقُصَارَةَ ، وَمَا سَقَى الرَّبِيعُ ، وَكَانَ الْعَيْشُ إِذْ ذَاكَ شَدِيدًا ، وَكَانَ يَعْمَلُ فِيهَا بِالْحَدِيدِ ، وَبِمَا شَاءَ اللَّهُ ، وَيُصِيبُ فِيهَا مَنْفَعَةً ، فَأَتَانَا رَافِعُ بْنُ خَدِيجٍ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَاكُمْ عَنْ أَمْرٍ كَانَ لَكُمْ نَافِعًا ، وَطَاعَةُ اللهِ وَطَاعَةُ رَسُولِهِ أَنْفَعُ لَكُمْ ، إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَنْهَاكُمْ عَنِ الْحَقْلِ ، وَيَقُولُ : مَنِ اسْتَغْنَى عَنْ أَرْضِهِ فَلْيَمْنَحْهَا أَخَاهُ ، أَوْ لِيَدَعْ.

“Rəvayət edilir ki, Rafi ibn Xadicin ﵁ qardaşı oğlu Useyd ibn Zuheyr ﵀ demişdir: “Birimizin ərazisi ehtiyacından artıq olanda onu məhsulun üçdəbiri, dörddəbiri və ya yarısı müqabilində icarəyə verir və su arxlarının kənarlarında yetişən məhsulun üçdəbir hissəsinin icarəçiyə qalmasını şərt qoşardıq. O dövrlər dolanışıq çətin idi. İcarəyə götürən adam da tarlada dəmir və Allahın istədiyi əkin alətləri ilə çalışaraq oradan faydalanırdı. Bir gün Rafi ibn Xadic yanımıza gələrək dedi: “Sizə yararlı olan bir işi Allah Elçisi ﷺ qadağan etmişdir. Allaha itaət və Onun Elçisinə tabe olmaq sizə daha faydalıdır. Allah Elçisi ﷺ “haql” icarəsini qadağan edərək buyurmuşdur: “Kimin ərazisi ehtiyacından artıqdırsa, bunu (din) qardaşına (əvəz olmadan) versin, ya da (tarlanı əkinsiz) tərk etsin”.”

Rafi ibn Xadic
Səhihİbn Məcə, 2460 (Girovlar, 25)

Fəsil 9

Muzəraə icarəsində üçdəbir və ya dörddəbir verməyin icazəli olması

بَابُ الرُّخْصَةِ فِي الْمُزَارَعَةِ بِالثُّلُثِ وَالرُّبُعِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : قُلْتُ لِطَاوُوسٍ : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ , لَوْ تَرَكْتَ هَذِهِ الْمُخَابَرَةَ ، فَإِنَّهُمْ يَزْعُمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْهُ ، فَقَالَ : أَيْ عَمْرُو , إِنِّي أُعِينُهُمْ وَأُعْطِيهِمْ ، وَإِنَّ مُعَاذَ بْنَ جَبَلٍ أَخَذَ النَّاسَ عَلَيْهَا عِنْدَنَا ، وَإِنَّ أَعْلَمَهُمْ ، يَعْنِي ابْنَ عَبَّاسٍ أَخْبَرَنِي , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَمْ يَنْهَ عَنْهَا ، وَقَالَ : لأَنْ يَمْنَحَ أَحَدُكُمْ أَخَاهُ ، خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْخُذَ عَلَيْهَا أَجْرًا مَعْلُومًا.

“Rəvayət edilir ki, Amr ibn Dinar ﵀ demişdir: “Mən Tavusa dedim: “Ey Əbu Abdur-Rahmən, bu muxabəra icarəsini tərk etsəydin, yaxşı olardı, çünki Allah Elçisinin ﷺ bunu qadağan etdiyini deyirlər”. Tavus dedi: “Ey Amr! Mən icarə götürən adama bunu kömək olsun deyə verirəm. Muaz bin Cəbəl də (Yəməndə vali olarkən) bizim yanımızda tarlaları insanlara bu cür icarəyə verirdi. Bu mövzuda hamıdan daha elmli İbn Abbas mənə xəbər verdi ki, Allah Elçisi ﷺ muxabəra icaərisini qadağan etmədi və buyurdu: “Şübhəsiz, birinizin öz ərazisini əkinçilik üçün (din) qardaşına əvəzsiz verməsi, o ərazini müəyyən əvəz qarşılığında icarəyə verməsindən onun üçün daha xeyirlidir”.”

Amr ibn Dinar
Səhihİbn Məcə, 2462 (Girovlar, 27)

حَدَّثَنَا أَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، عَنْ خَالِدٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ طَاوُوسٍ ، أَنَّ مُعَاذَ بْنَ جَبَلٍ أَكْرَى الأَرْضَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَأَبِي بَكْرٍ ، وَعُمَرَ ، وَعُثْمَانَ ، عَلَى الثُّلُثِ وَالرُّبُعِ , فَهُوَ يُعْمَلُ بِهِ إِلَى يَوْمِكَ هَذَا.

“Tavus ﵀ rəvayət edir ki, Muaz ibn Cəbəl Allah Elçisinin ﷺ, Əbu Bəkrin, Ömərin və Osmanın dövründə ərazini oradan çıxan məhsulun üçdəbiri və dörddəbiri əvəzində icarəyə verirdi. Bu o gündən bu günə qədər belə davam edir.”

Tavus
Səhihİbn Məcə, 2463 (Girovlar, 28)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، وَمُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، قَالَ : قَالَ ابْنُ عَبَّاسٍ : إِنَّمَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لأَنْ يَمْنَحَ أَحَدُكُمْ أَخَاهُ الأَرْضَ ، خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْخُذَ خَرَاجًا مَعْلُومًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Birinizin öz ərazisini əkinçilik üçün (din) qardaşına əvəzsiz verməsi, o ərazini müəyyən əvəz qarşılığında verməsindən onun üçün daha xeyirlidir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2464 (Girovlar, 29)

Fəsil 10

Bir miqdar ərzaq əvəzində ərazini icarəyə vermək

بَابُ اسْتِكْرَاءِ الأَرْضِ بِالطَّعَامِ

حَدَّثَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، عَنْ يَعْلَى بْنِ حَكِيمٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : كُنَّا نُحَاقِلُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَزَعَمَ أَنَّ بَعْضَ عُمُومَتِهِ أَتَاهُمْ ، فَقَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ ، فَلاَ يُكْرِيهَا بِطَعَامٍ مُسَمَّى.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə tarlalarımızı muhaqalə qaydası ilə icarəyə verərdik”. Rafi deyir ki, əmilərindən biri onların yanına gəlib belə dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin bir ərazisi varsa, onu (məhsuldan əldə edilən) məlum bir miqdar ərzaq əvəzində icarəyə verməsin”.”

Rafi ibn Xadic
Səhihİbn Məcə, 2465 (Girovlar, 30)

Fəsil 11

Bir qövmün ərazisini onların izni olmadan icarəyə verən

بَابُ مَنْ زَرَعَ فِي أَرْضِ قَوْمٍ بِغَيْرِ إِذْنِهِمْ

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَطَاءٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ زَرَعَ فِي أَرْضِ قَوْمٍ بِغَيْرِ إِذْنِهِمْ ، فَلَيْسَ لَهُ مِنَ الزَّرْعِ شَيْءٌ ، وَتُرَدُّ عَلَيْهِ نَفَقَتُهُ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir qövmün ərazisini onların izni olmadan icarəyə verərsə, onun məhsulundan ona heç nə çatmır. (Ərazidə əkilən) məhsulun xərci ərazi yiyələrinindir”.”

Rafi ibn Xadic
Zəifİbn Məcə, 2466 (Girovlar, 31)

Fəsil 12

Xurma və üzüm bağlarının becərilməsi

بَابُ مُعَامَلَةِ النَّخِيلِ وَالْكَرْمِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، وَسَهْلُ بْنُ أَبِي سَهْلٍ ، وَإِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالُوا : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَامَلَ أَهْلَ خَيْبَرَ بِالشَّطْرِ مِمَّا يَخْرُجُ مِنْ ثَمَرٍ ، أَوْ زَرْعٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Xeybər yəhudiləri ilə məhsulun yarısı müqabilində xurma və üzüm bağlarının becərilməsi üçün razılaşmışdı.”

İbn Ömər
Səhihİbn Məcə, 2467 (Girovlar, 32)

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ تَوْبَةَ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنِ ابْنِ أَبِي لَيْلَى ، عَنِ الْحَكَمِ بْنِ عُتَيْبَةَ ، عَنْ مِقْسَمٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَعْطَى خَيْبَرَ أَهْلَهَا عَلَى النِّصْفِ نَخْلِهَا وَأَرْضِهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Xeybər yəhudiləri ilə məhsulun yarısı onlara, yarısı da müsəlmanlara qalmaqla razılaşma əldə etdi.”

İbn Abbas
Səhihİbn Məcə, 2468 (Girovlar, 33)

حَدَّثَنَا عَلِيُّ بْنُ الْمُنْذِرِ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، عَنْ مُسْلِمٍ الأَعْوَرِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : لَمَّا افْتَتَحَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ خَيْبَرَ ، أَعْطَاهَا عَلَى النِّصْفِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Xeybəri fəth etdikdə (onların əkin sahələrinin məhsulunun) yarısını onlara verdi”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2469 (Girovlar, 34)

Fəsil 13

Xurma ağaclarını tozlandırmaq

بَابُ تَلْقِيحِ النَّخْلِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، عَنْ إِسْرَائِيلَ ، عَنْ سِمَاكٍ ، أَنَّهُ سَمِعَ مُوسَى بْنَ طَلْحَةَ بْنِ عُبَيْدِ اللهِ يُحَدِّثُ عَنْ أَبِيهِ ، قَالَ : مَرَرْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي نَخْلٍ ، فَرَأَى قَوْمًا يُلَقِّحُونَ النَّخْلَ ، فَقَالَ : مَا يَصْنَعُ هَؤُلاَءِ ؟ قَالُوا : يَأْخُذُونَ مِنَ الذَّكَرِ فَيَجْعَلُونَهُ فِي الأُنْثَى ، قَالَ : مَا أَظُنُّ ذَلِكَ يُغْنِي شَيْئًا ، فَبَلَغَهُمْ ، فَتَرَكُوهُ ، فَنَزَلُوا عَنْهَا ، فَبَلَغَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِنَّمَا هُوَ ظَنٌ ، إِنْ كَانَ يُغْنِي شَيْئًا فَاصْنَعُوهُ ، فَإِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ ، وَإِنَّ الظَّنَّ يُخْطِئُ وَيُصِيبُ ، وَلَكِنْ مَا قُلْتُ لَكُمْ : قَالَ اللَّهُ ، فَلَنْ أَكْذِبَ عَلَى اللَّهِ.

“Musa ibn Təlhə ibn Abdullah ﵁ atasının belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Allah Elçisinin ﷺ yanında bir xurma bağının yanından keçirdik. Allah Elçisi ﷺ xurma ağaclarını tozlandıranları görüb dedi: “Onlar nə edirlər?” Ona dedilər: “Onlar erkək xurma ilə dişi xurmaları tozlandırırlar”. Allah Elçisi ﷺ buyurdu: “Bunun bir fayda verəcəyini düşünmürəm”. Allah Elçisinin ﷺ bu sözü onlara çatdıqda bu işi tərk etdilər və xurma ağaclarından yerə düşdülər. Bu vəziyyət Peyğəmbərə ﷺ çatdıqda buyurdu: “Bu dediyim söz yalnız bir zəndir. Əgər tozlandırma bir fayda verirsə, bunu edin, çünki mən də sizin kimi bir bəşərəm. Zənn isə, şübhəsiz, gah düz, gah da səhv olur. Mən “Allah belə buyurdu” deyərək sizə bir şey söylədikdə Allahın adından yalan danışmaram”.”

Musa ibn Təlhə ibn Abdullah
Səhihİbn Məcə, 2470 (Girovlar, 35)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَفَّانُ ، حَدَّثَنَا حَمَّادٌ ، أَخْبَرَنَا ثَابِتٌ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، وَهِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ سَمِعَ أَصْوَاتًا ، فَقَالَ : مَا هَذَا الصَّوْتُ ؟ قَالُوا : النَّخْلُ يَأْبِرُونَهُ ، فَقَالَ : لَوْ لَمْ يَفْعَلُوا لَصَلَحَ ، فَلَمْ يُأْبِرُوا عَامَئِذٍ ، فَصَارَ شِيصًا ، فَذَكَرُوا ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِنْ كَانَ شَيْئًا مِنْ أَمْرِ دُنْيَاكُمْ ، فَشَأْنَكُمْ بِهِ ، وَإِنْ كَانَ شَيْئًا مِنْ أَمْرِ دِينِكُمْ ، فَإِلَيَّ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ bəzi səslər eşitdi və buyurdu: “Bu səs nədir?” Səhabələr dedilər: “Xurma ağaclarının səsidir. Onları tozlandırırlar”. Peyğəmbər ﷺ buyurdu: “Bunu etməsəydilər, daha yaxşı olardı”. Bu işlə məşğul olanlar həmin il ağacları tozlandırmadılar, buna görə də həmin il olan məhsul cır oldu. Səhabələr vəziyyəti Peyğəmbərə ﷺ bildirdikdə o buyurdu: “(Edəcəyiniz) iş dünya işlərinizdən bir şey olarsa, onunla bağlı iş sizə aiddir, dininizlə əlaqəli olarsa, mənə aiddir”.”

Aişə
Səhihİbn Məcə, 2471 (Girovlar, 36)

Fəsil 14

Müsəlmanlar üç şeydə şərikdirlər

بَابُ الْمُسْلِمُونَ شُرَكَاءُ فِي ثَلاَثٍ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : ثَلاَثٌ لاَ يُمْنَعْنَ : الْمَاءُ ، وَالْكَلأُ ، وَالنَّارُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Üç şey var ki, bunları verməmək olmaz; su, ot və od”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2473 (Girovlar, 38)

Fəsil 15

Çayların və bulaqların (dövlət tərəfindən) kiməsə verilməsi

بَابُ إِقْطَاعِ الأَنْهَارِ وَالْعُيُونِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُمَرَ الْعَدَنِيُّ ، حَدَّثَنَا فَرَجُ بْنُ سَعِيدِ بْنِ عَلْقَمَةَ بْنِ سَعِيدِ بْنِ أَبْيَضَ بْنِ حَمَّالٍ , حَدَّثَنِي عَمِّي ثَابِتُ بْنُ سَعِيدِ بْنِ أَبْيَضَ بْنِ حَمَّالٍ ، عَنْ أَبِيهِ سَعِيدٍ ، عَنْ أَبِيهِ أَبْيَضَ بْنِ حَمَّالٍ ، أَنَّهُ اسْتَقْطَعَ الْمِلْحَ الَّذِي يُقَالُ لَهُ : مِلْحُ شَذًا بِمَأْرِبٍ ، فَأَقْطَعَهُ لَهُ ، ثُمَّ إِنَّ الأَقْرَعَ بْنَ حَابِسٍ التَّمِيمِيَّ أَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي قَدْ وَرَدْتُ الْمِلْحَ فِي الْجَاهِلِيَّةِ , وَهَيَ بِأَرْضٍ لَيْسَ بِهَا مَاءٌ ، وَمَنْ وَرَدَهُ أَخَذَهُ ، وَهُوَ مِثْلُ الْمَاءِ الْعِدِّ ، فَاسْتَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَبْيَضَ بْنَ حَمَّالٍ فِي قَطِيعَتِهِ فِي الْمِلْحِ ، فَقَالَ : قَدْ أَقَلْتُكَ مِنْهُ عَلَى أَنْ تَجْعَلَهُ مِنِّي صَدَقَةً ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هُوَ مِنْكَ صَدَقَةٌ ، وَهُوَ مِثْلُ الْمَاءِ الْعِدِّ ، مَنْ وَرَدَهُ أَخَذَهُ. قَالَ فَرَجٌ : وَهُوَ الْيَوْمَ عَلَى ذَلِكَ ، مَنْ وَرَدَهُ أَخَذَهُ. قَالَ : فَقَطَعَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَرْضًا وَغِيلاً بِالْجَوْفِ , جَوْفِ مُرَادٍ , مَكَانَهُ حِينَ أَقَالَهُ مِنْهُ.

“Rəvayət edilir ki, Əbyad ibn Həmmal ﵁ Allah Elçisindən ﷺ “Mərib Şəz” adlı duz yatağını istədi. Allah Elçisi ﷺ bu yatağı ona verdikdən sonra əl-Aqra ibn Habis ət-Təmimi Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən cahiliyyət dövründə oraya getmişdim. Ora duzla dolu olan susuz ərazidir. Kim oraya gedərsə, oradan duz götürür. Oranın duzunun ardı kəsilmir”. Belə olduqda Allah Elçisi ﷺ Əbyad ibn Həmmaldan bu duz ərazisini qaytarmasını istədi. Əbyad dedi: “Bu duz mədənini mənim tərəfimdən sədəqə kimi saymağın şərti ilə sənin istəyini qəbul edirəm”. Allah Elçisi ﷺ buyurdu: “O mədən səndən bir sədəqədir və kəsilməyən su kimidir. Kim oraya gedərsə, onun duzundan götürə bilər”. Ravi Fərac deyir: “O mədən bu gün də həmin haldadır və oraya kim gedirsə, oradan duz götürə bilir”. Ravi deyir: “Əbyad mədənini Allah Elçisinin ﷺ istəyi ilə qaytardığına görə Allah Elçisi ﷺ ona bu mədənin əvəzinə Cəuf-Murad adlı ərazidə bir xurma bağı verdi”.”

Əbyad ibn Həmmal
Həsənİbn Məcə, 2475 (Girovlar, 40)

Fəsil 16

Suyu satmağın qadağan edilməsi

بَابُ النَّهْيِ عَنْ بَيْعِ الْمَاءِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ أَبِي الْمِنْهَالِ ، سَمِعْتُ إِيَاسَ بْنَ عَبْدٍ الْمُزَنِيَّ ، وَرَأَى أُنَاسًا يَبِيعُونَ الْمَاءَ ، فَقَالَ : لاَ تَبِيعُوا الْمَاءَ ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى أَنْ يُبَاعَ.

“Rəvayət edilir ki, İyas ibn Abdul-Muzəni ﵁ bəzi insanların su satdığını gördükdə belə dedi: “Suyu satmayın! Çünki Allah Elçisi ﷺ suyun satılmasını qadğan etmişdir”.”

İyas ibn Abdul-Muzəni
Səhihİbn Məcə, 2476 (Girovlar, 41)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَإِبْرَاهِيمُ بْنُ سَعِيدٍ الْجَوْهَرِيُّ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ بَيْعِ فَضْلِ الْمَاءِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ artıq qalan suyu satmağı qadağan etmişdir”.”

Cabir
Səhihİbn Məcə, 2477 (Girovlar, 42)

Fəsil 17

Artıq qalan sudan başqasının faydalanmasına mane olmağın qadağan olunması

بَابُ النَّهْيِ عَنْ مَنْعِ فَضْلِ الْمَاءِ لِيَمْنَعَ بِهِ الْكَلأَ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يَمْنَعْ أَحَدُكُمْ فَضْلَ الْمَاءِ ، لِيَمْنَعَ بِهِ الْكَلأَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heç biriniz artıq qalan sudan başqasının faydalanmasına mane olmasın”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2478 (Girovlar, 43)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ حَارِثَةَ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يُمْنَعُ فَضْلُ الْمَاءِ ، وَلاَ يُمْنَعُ نَقْعُ الْبِئْرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Artıq qalan suyu və quyunun suyunu başqasının istifadəsi üçün əsirgəmək olmaz”.”

Aişə
Səhihİbn Məcə, 2479 (Girovlar, 44)

Fəsil 18

Axar sularda sulama növbəsi və suyu əkin yerində saxlama miqdarı

بَابُ الشُّرْبِ مِنَ الأَوْدِيَةِ وَمِقْدَارِ حَبْسِ الْمَاءِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، أَنَّ رَجُلاً مِنَ الأَنْصَارِ خَاصَمَ الزُّبَيْرَ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي شِرَاجِ الْحَرَّةِ الَّتِي يَسْقُونَ بِهَا النَّخْلَ ، فَقَالَ الأَنْصَارِيُّ : سَرِّحِ الْمَاءَ يَمُرَّ ، فَأَبَى عَلَيْهِ ، فَاخْتَصَمَا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اسْقِ يَا زُبَيْرُ , ثُمَّ أَرْسِلِ الْمَاءَ إِلَى جَارِكَ , فَغَضِبَ الأَنْصَارِيُّ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَنْ كَانَ ابْنَ عَمَّتِكَ ؟ فَتَلَوَّنَ وَجْهُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ قَالَ : يَا زُبَيْرُ اسْقِ ، ثُمَّ احْبِسِ الْمَاءَ حَتَّى يَرْجِعَ إِلَى الْجَدْرِ , قَالَ : فَقَالَ الزُّبَيْرُ : وَاللَّهِ إِنِّي لأَحْسِبُ هَذِهِ الآيَةَ نَزَلَتْ فِي ذَلِكَ : {فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا}.

“Abdullah ibn əz-Zubeyr ﵄ rəvayət edir ki, ənsardan olan bir kişi “əl-Hərra” tərəfdə xurma ağaclarının suvarılması üçün istifadə olunan arx barəsində Allah Elçisinin ﷺ yanında əz-Zubeyr ilə mübahisə etdi. Ənsar dedi: “Suyu burax, bizə də gəlsin”. əz-Zubeyr isə imtina etdi. Sonra Allah Elçisinin ﷺ yanında mübahisə etdilər. Allah Elçisi ﷺ buyurdu: “Ey Zubeyr! Öz ağaclarını suladıqdan sonra suyu burax, qonşunun bağına axsın!” Bunu eşidən ənsar qəzəblənib dedi: “Ey Allahın Elçisi, o sənin əmin oğlu olduğu üçün belə hökm verdin?” Qəzəbindən Allah Elçisinin ﷺ üzünün rəngi dəyişdi və dedi: “Ey Zubeyr, su divarın dibinə çatana qədər öz ağaclarını sula, yalnız sonra suyu qonşunun bağına burax!” əz-Zubeyr deyir: “Allaha and olsun, mən hesab edirəm ki, bu ayə həmin hadisəyə görə nazil olub: “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar” (ən-Nisa, 65)”.”

Abdullah ibn əz-Zubeyr
Səhihİbn Məcə, 2480 (Girovlar, 45)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ الْحِزَامِيُّ ، حَدَّثَنَا زَكَرِيَّا بْنُ مَنْظُورِ بْنِ ثَعْلَبَةَ بْنِ أَبِي مَالِكٍ , حَدَّثَنِي مُحَمَّدُ بْنُ عُقْبَةَ بْنِ أَبِي مَالِكٍ ، عَنْ عَمِّهِ ثَعْلَبَةَ بْنِ أَبِي مَالِكٍ , قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي سَيْلِ مَهْزُورٍ ، الأَعْلَى فَوْقَ الأَسْفَلِ ، يَسْقِي الأَعْلَى إِلَى الْكَعْبَيْنِ ، ثُمَّ يُرْسِلُ إِلَى مَنْ هُوَ أَسْفَلَ مِنْهُ.

“Rəvayət edilir ki, Sələbə ibn Əbu Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ Məhzur adlı dərədəki su ilə ərazilərin suvarılması haqda belə hökm verdi: “Ərazisi yuxarıda olan kimsə ərazisi aşağıda olan kimsənin üst tərəfindədir. Yuxarıda olan adam ərazisini su topuqlarına çatana qədər suvarmalı, sonra suyu özündən sonra olana verməlidir”.”

Sələbə ibn Əbu Malik
Səhihİbn Məcə, 2481 (Girovlar, 46)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا الْمُغِيرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ , حَدَّثَنِي أَبِي ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى فِي سَيْلِ مَهْزُورٍ ، أَنْ يُمْسِكَ حَتَّى يَبْلُغَ الْكَعْبَيْنِ ، ثُمَّ يُرْسِلَ الْمَاءَ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məhzur adlı dərədəki su ilə suvarılması haqda ərazinin su adamın topuqlarına çatana qədər suvarılmasından sonra suyun buraxılmasına hökm verdi.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2482 (Girovlar, 47)

حَدَّثَنَا أَبُو الْمُغَلِّسِ ، حَدَّثَنَا فُضَيْلُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ ، عَنْ إِسْحَاقَ بْنِ يَحْيَى بْنِ الْوَلِيدِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى فِي شُرْبِ النَّخْلِ مِنَ السَّيْلِ ، أَنَّ الأَعْلَى فَالأَعْلَى يَشْرَبُ قَبْلَ الأَسْفَلِ ، وَيُتْرَكُ الْمَاءُ إِلَى الْكَعْبَيْنِ ، ثُمَّ يُرْسَلُ الْمَاءُ إِلَى الأَسْفَلِ الَّذِي يَلِيهِ ، وَكَذَلِكَ ، حَتَّى تَنْقَضِيَ الْحَوَائِطُ ، أَوْ يَفْنَى الْمَاءُ.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ axar su ilə xurmalıqların suvarılması haqda belə hökm verdi: “Əvvəlcə ən üst tərəfdə olan xurmalıq suvarılır və su topuqlara çatana qədər sərbəst buraxılır. Sonra su daha aşağı tərəfdə olan xurmalığa ötürülür. Bağçalar qurtarana və ya su tükənənə qədər bu qayda ilə suvarılır”.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2483 (Girovlar, 48)

Fəsil 19

Su payı

بَابُ قِسْمَةِ الْمَاءِ

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا مُوسَى بْنُ دَاوُدَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُسْلِمٍ الطَّائِفِيُّ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ أَبِي الشَّعْثَاءِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : كُلُّ قَسْمٍ قُسِمَ فِي الْجَاهِلِيَّةِ ، فَهُوَ عَلَى مَا قُسِمَ ، وَكُلُّ قَسْمٍ أَدْرَكَهُ الإِسْلاَمُ ، فَهُوَ عَلَى قَسْمِ الإِسْلاَمِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cahiliyyət dövründə pay kimi ayrılmış hər şey pay olaraq sayılır. İslamda pay kimi verilən şeylər də pay olaraq sayılır”.”

İbn Abbas
Səhihİbn Məcə, 2485 (Girovlar, 50)

Fəsil 20

Quyunun ətrafı sayılan yer

بَابُ حَرِيمِ الْبِئْرِ

حَدَّثَنَا الْوَلِيدُ بْنُ عَمْرِو بْنِ سُكَيْنٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُثَنَّى (ح) وحَدَّثَنَا الْحَسَنُ بْنُ مُحَمَّدِ بْنِ الصَّبَّاحِ ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ بْنُ عَطَاءٍ ، قَالاَ : حَدَّثَنَا إِسْمَاعِيلُ الْمَكِيُّ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : مَنْ حَفَرَ بِئْرًا فَلَهُ أَرْبَعُونَ ذِرَاعًا عَطَنًا لِمَاشِيَتِهِ.

“Abdullah ibn Muğaffəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim sahibi olmayan bir ərazidə quyu qazarsa, onun mal-qarasını üçün ətrafda olan qırx arşın ərazi onundur”.”

Abdullah ibn Muğaffəl
Həsənİbn Məcə, 2486 (Girovlar, 51)

Fəsil 21

Ağacın ətrafı sayılan yer

بَابُ حَرِيمِ الشَّجَرِ

حَدَّثَنَا عَبْدُ رَبِّهِ بْنُ خَالِدٍ النُّمَيْرِيُّ أَبُو الْمُغَلِّسِ ، حَدَّثَنَا الْفُضَيْلُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ ، أَخْبَرَنِي إِسْحَاقُ بْنُ يَحْيَى بْنِ الْوَلِيدِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى فِي النَّخْلَةِ وَالنَّخْلَتَيْنِ وَالثَّلاَثَةِ لِلرَّجُلِ فِي النَّخْلِ ، فَيَخْتَلِفُونَ فِي حُقُوقِ ذَلِكَ ، فَقَضَى أَنَّ لِكُلِّ نَخْلَةٍ مِنْ أُولَئِكَ مِنَ الأَرْضِ ، مَبْلَغُ جَرِيدِهَا حَرِيمٌ لَهَا.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir nəfərin xurma bağının yaxınlığında başqasının bir, iki, üç dənə xurma ağacına görə aralarında ixtilaf düşən bağ yiyələri arasında hökm verdi: “Ağacların olduğu ərazidə hər ağacın boyu qədər olan ətrafı o ağacın sayılır”.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2488 (Girovlar, 53)

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي الصُّغْدِيِّ ، حَدَّثَنَا مَنْصُورُ بْنُ صُقَيْرٍ ، حَدَّثَنَا ثَابِتُ بْنُ مُحَمَّدٍ الْعَبْدِيُّ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : حَرِيمُ النَّخْلَةِ مَدُّ جَرِيدِهَا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xurma ağacının ətrafı onun budaqlarının uzunluğu qədərdir”.”

İbn Ömər
Səhihİbn Məcə, 2489 (Girovlar, 54)

Fəsil 22

Daşınmaz mülkü sataraq əvəzini onun kimi bir malın alınmasında istifadə etməyən

بَابُ مَنْ بَاعَ عَقَارًا وَلَمْ يَجْعَلْ ثَمَنَهُ فِي مِثْلِهِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ سَعِيدِ بْنِ حُرَيْثٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ بَاعَ دَارًا أَوْ عَقَارًا فَلَمْ يَجْعَلْهُ فِي مِثْلِهِ ، كَانَ قَمِنٌ أَنْ لاَ يُبَارَكَ فِيهِ.

“Rəvayət edilir ki, Səid ibn Hureys ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim bir ev və ya daşınmaz əmlak satıb, aldığı əvəzi bunun eynisinə qoymazsa, o kimsə aldığı əvəzin bərəkətli olmamasına məhkum olar”.”

Səid ibn Hureys
Həsənİbn Məcə, 2490 (Girovlar, 55)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَعَمْرُو بْنُ رَافِعٍ , قَالاَ : حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ ، حَدَّثَنَا أَبُو مَالِكٍ النَّخَعِيُّ ، عَنْ يُوسُفَ بْنِ مَيْمُونٍ ، عَنْ أَبِي عُبَيْدَةَ بْنِ حُذَيْفَةَ ، عَنْ أَبِيهِ حُذَيْفَةَ بْنِ الْيَمَانِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ بَاعَ دَارًا لَمْ يَجْعَلْ ثَمَنَهَا فِي مِثْلِهَا ، لَمْ يُبَارَكْ لَهُ فِيهَا.

“Rəvayət edilir ki, Huzeyfə ibn əl-Yəmən ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir ev satdıqdan sonra əvəzinə başqa ev almazsa, (evin satışından qazanılan pul) onun üçün bərəkətli olmaz”.”

Huzeyfə ibn əl-Yəmən
Həsənİbn Məcə, 2491 (Girovlar, 56)