Girovlara aid fəsillər

Muzəraə icarəsində üçdəbir və ya dörddəbir verməyin icazəli olması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : قُلْتُ لِطَاوُوسٍ : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ , لَوْ تَرَكْتَ هَذِهِ الْمُخَابَرَةَ ، فَإِنَّهُمْ يَزْعُمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْهُ ، فَقَالَ : أَيْ عَمْرُو , إِنِّي أُعِينُهُمْ وَأُعْطِيهِمْ ، وَإِنَّ مُعَاذَ بْنَ جَبَلٍ أَخَذَ النَّاسَ عَلَيْهَا عِنْدَنَا ، وَإِنَّ أَعْلَمَهُمْ ، يَعْنِي ابْنَ عَبَّاسٍ أَخْبَرَنِي , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَمْ يَنْهَ عَنْهَا ، وَقَالَ : لأَنْ يَمْنَحَ أَحَدُكُمْ أَخَاهُ ، خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْخُذَ عَلَيْهَا أَجْرًا مَعْلُومًا.

“Rəvayət edilir ki, Amr ibn Dinar ﵀ demişdir: “Mən Tavusa dedim: “Ey Əbu Abdur-Rahmən, bu muxabəra icarəsini tərk etsəydin, yaxşı olardı, çünki Allah Elçisinin ﷺ bunu qadağan etdiyini deyirlər”. Tavus dedi: “Ey Amr! Mən icarə götürən adama bunu kömək olsun deyə verirəm. Muaz bin Cəbəl də (Yəməndə vali olarkən) bizim yanımızda tarlaları insanlara bu cür icarəyə verirdi. Bu mövzuda hamıdan daha elmli İbn Abbas mənə xəbər verdi ki, Allah Elçisi ﷺ muxabəra icaərisini qadağan etmədi və buyurdu: “Şübhəsiz, birinizin öz ərazisini əkinçilik üçün (din) qardaşına əvəzsiz verməsi, o ərazini müəyyən əvəz qarşılığında icarəyə verməsindən onun üçün daha xeyirlidir”.”

Amr ibn Dinar
Səhih

İstinad

İbn Məcə, 2462 (Girovlar, 27)

Sunən İbn Məcə — Girovlara aid fəsillər