Qadağan olunan muzəraə
حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا الثَّوْرِيُّ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أُسَيْدِ بْنِ ظُهَيْرٍ ، ابْنِ أَخِي رَافِعِ بْنِ خَدِيجٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : كَانَ أَحَدُنَا إِذَا اسْتَغْنَى عَنْ أَرْضِهِ أَعْطَاهَا بِالثُّلُثِ وَالرُّبُعِ وَالنِّصْفِ ، وَيَشْتَرِطُ ثَلاَثَ جَدَاوِلَ ، وَالْقُصَارَةَ ، وَمَا سَقَى الرَّبِيعُ ، وَكَانَ الْعَيْشُ إِذْ ذَاكَ شَدِيدًا ، وَكَانَ يَعْمَلُ فِيهَا بِالْحَدِيدِ ، وَبِمَا شَاءَ اللَّهُ ، وَيُصِيبُ فِيهَا مَنْفَعَةً ، فَأَتَانَا رَافِعُ بْنُ خَدِيجٍ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَاكُمْ عَنْ أَمْرٍ كَانَ لَكُمْ نَافِعًا ، وَطَاعَةُ اللهِ وَطَاعَةُ رَسُولِهِ أَنْفَعُ لَكُمْ ، إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَنْهَاكُمْ عَنِ الْحَقْلِ ، وَيَقُولُ : مَنِ اسْتَغْنَى عَنْ أَرْضِهِ فَلْيَمْنَحْهَا أَخَاهُ ، أَوْ لِيَدَعْ.
“Rəvayət edilir ki, Rafi ibn Xadicin ﵁ qardaşı oğlu Useyd ibn Zuheyr ﵀ demişdir: “Birimizin ərazisi ehtiyacından artıq olanda onu məhsulun üçdəbiri, dörddəbiri və ya yarısı müqabilində icarəyə verir və su arxlarının kənarlarında yetişən məhsulun üçdəbir hissəsinin icarəçiyə qalmasını şərt qoşardıq. O dövrlər dolanışıq çətin idi. İcarəyə götürən adam da tarlada dəmir və Allahın istədiyi əkin alətləri ilə çalışaraq oradan faydalanırdı. Bir gün Rafi ibn Xadic yanımıza gələrək dedi: “Sizə yararlı olan bir işi Allah Elçisi ﷺ qadağan etmişdir. Allaha itaət və Onun Elçisinə tabe olmaq sizə daha faydalıdır. Allah Elçisi ﷺ “haql” icarəsini qadağan edərək buyurmuşdur: “Kimin ərazisi ehtiyacından artıqdırsa, bunu (din) qardaşına (əvəz olmadan) versin, ya da (tarlanı əkinsiz) tərk etsin”.”
İstinad
İbn Məcə, 2460 (Girovlar, 25)
Sunən İbn Məcə — Girovlara aid fəsillər