Qadağan olunan muzəraə
حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي أَبُو النَّجَاشِيِّ ، أَنَّهُ سَمِعَ رَافِعَ بْنَ خَدِيجٍ يُحَدِّثُ عَنْ عَمِّهِ ظُهَيْرٍ قَالَ : نَهَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ أَمْرٍ كَانَ لَنَا رَافِقًا ، فَقُلْتُ : مَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَهُوَ حَقٌّ ، فَقَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا تَصْنَعُونَ بِمَحَاقِلِكُمْ ؟ قُلْنَا : نُؤَاجِرُهَا عَلَى الثُّلُثِ ، وَالرُّبُعِ ، وَالأَوْسُقِ مِنَ التِّبْنِ وَالشَّعِيرِ ، فَقَالَ : فَلاَ تَفْعَلُوا ، ازْرَعُوهَا ، أَوْ أَزْرِعُوهَا.
“Rafi ibn Xadic ﵁ rəvayət edir ki, əmisi Zuheyr dedi: “Allah Elçisi ﷺ bizə asan olan bir işi qadağan etdi”. Rafi deyir: “Mən dedim: “Allah Elçisinin ﷺ dediyi söz mütləq həqiqətdir”. Zuheyr deyir: “Allah Elçisi ﷺ dedi: “Tarlalarınızı nə edirsiniz?” Biz dedik: “Biz ərazimizi məhsulun üçdəbiri və ya dörddəbiri, ya da buğdadan və ya arpadan bir vəsq müqabilində icarəyə veririk”. Allah Elçisi ﷺ buyurdu: “Belə etməyin! Bunları ya özünüz əkin, ya da başqasına əkdirin”.”
İstinad
İbn Məcə, 2459 (Girovlar, 24)
Sunən İbn Məcə — Girovlara aid fəsillər