Girovlara aid fəsillər

Ağacı olmayan tarlanı qızıl və gümüş müqabilində icarəyə verməyə icazə verilməsi

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ حَنْظَلَةَ بْنِ قَيْسٍ ، قَالَ : سَأَلْتُ رَافِعَ بْنَ خَدِيجٍ قَالَ : كُنَّا نُكْرِي الأَرْضَ عَلَى أَنَّ لَكَ مَا أَخْرَجَتْ هَذِهِ ، وَلِي مَا أَخْرَجَتْ هَذِهِ ، فَنُهِينَا أَنْ نُكْرِيَهَا بِمَا أَخْرَجَتْ ، وَلَمْ نُنْهَ أَنْ نُكْرِيَ الأَرْضَ بِالْوَرِقِ.

“Rəvayət edilir ki, Hənzalə ibn Qeys ﵀ demişdir: “Mən (ərazini icarəyə vermək haqda) Rafi ibn Xadicə sual verdim. O dedi: “Biz icarəyə götürən adama: “Bu sahədən çıxaracağın məhsulun bir qismi sənə, bir qismi mənə” deyərək ərazimizi icarəyə verirdik. Sonra ərazimizi çıxan məhsul müqabilində icarəyə vermək bizə qadağan olundu, lakin gümüş (və ya qızıl) müqabilində icarəyə vermək qadağan olunmadı”.”

Hənzalə ibn Qeys
Səhih

İstinad

İbn Məcə, 2458 (Girovlar, 23)

Sunən İbn Məcə — Girovlara aid fəsillər