Ağacı olmayan tarlanı qızıl və gümüş müqabilində icarəyə verməyə icazə verilməsi
حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لأَنْ يَمْنَحَ أَحَدُكُمْ أَخَاهُ أَرْضَهُ ، خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْخُذَ عَلَيْهَا كَذَا وَكَذَا , لِشَيْءٍ مَعْلُومٍ. فَقَالَ ابْنُ عَبَّاسٍ : هُوَ الْحَقْلُ ، وَهُوَ بِلِسَانِ الأَنْصَارِ الْمُحَاقَلَةُ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şübhəsiz, sizdən birinizin ərazisini mənfəət əldə etmədən və müvəqqəti olaraq (din) qardaşına verməsi, bu ərazini məlum bir şey müqabilində – bunu və bunu alaraq istifadə üçün verməsindən daha xeyirlidir”. İbn Abbas deyir: “Bu (şəkildə icarəyə verməyin adı), haqldır. Ənsarın dili ilə muhaqalədir”.”
İstinad
İbn Məcə, 2457 (Girovlar, 22)
Sunən İbn Məcə — Girovlara aid fəsillər