Ərazini icarəyə vermək
حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، وَأَبُو أُسَامَةَ ، وَمُحَمَّدُ بْنُ عُبَيْدٍ ، عَنْ عُبَيْدِ اللهِ ، أَوْ قَالَ : عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّهُ كَانَ يُكْرِي أَرْضًا لَهُ مَزَارِعَ ، فَأَتَاهُ إِنْسَانٌ فَأَخْبَرَهُ عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ كِرَاءِ الْمَزَارِعِ ، فَذَهَبَ ابْنُ عُمَرَ ، وَذَهَبْتُ مَعَهُ , حَتَّى أَتَاهُ بِالْبَلاَطِ ، فَسَأَلَهُ عَنْ ذَلِكَ ، فَأَخْبَرَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ كِرَاءِ الْمَزَارِعِ , فَتَرَكَ عَبْدُ اللهِ كِرَاءَهَا.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ özünün ərazisini əkilmək üçün icarəyə verirdi. Sonra bir nəfər onun yanına gələrək Rafi ibn Xadicin: “Allah Elçisi ﷺ tarlanı əkilmək üçün icarəyə verməyi qadağan etmişdir” hədisini xəbər verdi. Bundan sonra İbn Ömər Rafi ibn Xadicin yanına getdi. Mən də onunla birlikdə getdim. Nəhayət, (Peyğəmbər ﷺ məscidi ilə bazarın arasında olan) əl-Bəlat deyilən yerdə Rafinin yanına gəldi və bu haqda ondan soruşdu. Rafi ona Allah Elçisinin ﷺ tarlanı əkilmək üçün icarəyə verməyi qadağan etdiyini xəbər verdi. Abdullah da tarlanı icarəyə verməyi tərk etdi.”
İstinad
İbn Məcə, 2453 (Girovlar, 18)
Sunən İbn Məcə — Girovlara aid fəsillər