Məhsulun üçdəbir və ya dörddəbiri olmaqla yer yiyəsinin işçi ilə şərik olması
حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ طَارِقِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْمُحَاقَلَةِ ، وَالْمُزَابَنَةِ ، وَقَالَ : إِنَّمَا يَزْرَعُ ثَلاَثَةٌ : رَجُلٌ لَهُ أَرْضٌ ، فَهُوَ يَزْرَعُهَا ، وَرَجُلٌ مُنِحَ أَرْضًا ، فَهُوَ يَزْرَعُ مَا مُنِحَ ، وَرَجُلٌ اسْتَكْرَى أَرْضًا بِذَهَبٍ أَوْ فِضَّةٍ.
“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ muhaqalə və muzəbənə etməyi qadağan edərək buyurdu: “Yalnız üç adam əkinlə məşğul ola bilər: ərazisi olan öz ərazisini əkə bilər; əvəzi olmadan faydalanmaq üçün verilən ərazini həmin adam əkə bilər; bir ərazini qızıl və ya gümüş müqabilində icarəyə götürən adam bu ərazini əkə bilər”.”
İstinad
İbn Məcə, 2449 (Girovlar, 14)
Sunən İbn Məcə — Girovlara aid fəsillər