Daşınmaz mülkü sataraq əvəzini onun kimi bir malın alınmasında istifadə etməyən
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ سَعِيدِ بْنِ حُرَيْثٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ بَاعَ دَارًا أَوْ عَقَارًا فَلَمْ يَجْعَلْهُ فِي مِثْلِهِ ، كَانَ قَمِنٌ أَنْ لاَ يُبَارَكَ فِيهِ.
“Rəvayət edilir ki, Səid ibn Hureys ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim bir ev və ya daşınmaz əmlak satıb, aldığı əvəzi bunun eynisinə qoymazsa, o kimsə aldığı əvəzin bərəkətli olmamasına məhkum olar”.”
İstinad
İbn Məcə, 2490 (Girovlar, 55)
Sunən İbn Məcə — Girovlara aid fəsillər