Axar sularda sulama növbəsi və suyu əkin yerində saxlama miqdarı
حَدَّثَنَا أَبُو الْمُغَلِّسِ ، حَدَّثَنَا فُضَيْلُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ ، عَنْ إِسْحَاقَ بْنِ يَحْيَى بْنِ الْوَلِيدِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى فِي شُرْبِ النَّخْلِ مِنَ السَّيْلِ ، أَنَّ الأَعْلَى فَالأَعْلَى يَشْرَبُ قَبْلَ الأَسْفَلِ ، وَيُتْرَكُ الْمَاءُ إِلَى الْكَعْبَيْنِ ، ثُمَّ يُرْسَلُ الْمَاءُ إِلَى الأَسْفَلِ الَّذِي يَلِيهِ ، وَكَذَلِكَ ، حَتَّى تَنْقَضِيَ الْحَوَائِطُ ، أَوْ يَفْنَى الْمَاءُ.
“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ axar su ilə xurmalıqların suvarılması haqda belə hökm verdi: “Əvvəlcə ən üst tərəfdə olan xurmalıq suvarılır və su topuqlara çatana qədər sərbəst buraxılır. Sonra su daha aşağı tərəfdə olan xurmalığa ötürülür. Bağçalar qurtarana və ya su tükənənə qədər bu qayda ilə suvarılır”.”
İstinad
İbn Məcə, 2483 (Girovlar, 48)
Sunən İbn Məcə — Girovlara aid fəsillər