Çayların və bulaqların (dövlət tərəfindən) kiməsə verilməsi
حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُمَرَ الْعَدَنِيُّ ، حَدَّثَنَا فَرَجُ بْنُ سَعِيدِ بْنِ عَلْقَمَةَ بْنِ سَعِيدِ بْنِ أَبْيَضَ بْنِ حَمَّالٍ , حَدَّثَنِي عَمِّي ثَابِتُ بْنُ سَعِيدِ بْنِ أَبْيَضَ بْنِ حَمَّالٍ ، عَنْ أَبِيهِ سَعِيدٍ ، عَنْ أَبِيهِ أَبْيَضَ بْنِ حَمَّالٍ ، أَنَّهُ اسْتَقْطَعَ الْمِلْحَ الَّذِي يُقَالُ لَهُ : مِلْحُ شَذًا بِمَأْرِبٍ ، فَأَقْطَعَهُ لَهُ ، ثُمَّ إِنَّ الأَقْرَعَ بْنَ حَابِسٍ التَّمِيمِيَّ أَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي قَدْ وَرَدْتُ الْمِلْحَ فِي الْجَاهِلِيَّةِ , وَهَيَ بِأَرْضٍ لَيْسَ بِهَا مَاءٌ ، وَمَنْ وَرَدَهُ أَخَذَهُ ، وَهُوَ مِثْلُ الْمَاءِ الْعِدِّ ، فَاسْتَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَبْيَضَ بْنَ حَمَّالٍ فِي قَطِيعَتِهِ فِي الْمِلْحِ ، فَقَالَ : قَدْ أَقَلْتُكَ مِنْهُ عَلَى أَنْ تَجْعَلَهُ مِنِّي صَدَقَةً ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هُوَ مِنْكَ صَدَقَةٌ ، وَهُوَ مِثْلُ الْمَاءِ الْعِدِّ ، مَنْ وَرَدَهُ أَخَذَهُ. قَالَ فَرَجٌ : وَهُوَ الْيَوْمَ عَلَى ذَلِكَ ، مَنْ وَرَدَهُ أَخَذَهُ. قَالَ : فَقَطَعَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَرْضًا وَغِيلاً بِالْجَوْفِ , جَوْفِ مُرَادٍ , مَكَانَهُ حِينَ أَقَالَهُ مِنْهُ.
“Rəvayət edilir ki, Əbyad ibn Həmmal ﵁ Allah Elçisindən ﷺ “Mərib Şəz” adlı duz yatağını istədi. Allah Elçisi ﷺ bu yatağı ona verdikdən sonra əl-Aqra ibn Habis ət-Təmimi Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən cahiliyyət dövründə oraya getmişdim. Ora duzla dolu olan susuz ərazidir. Kim oraya gedərsə, oradan duz götürür. Oranın duzunun ardı kəsilmir”. Belə olduqda Allah Elçisi ﷺ Əbyad ibn Həmmaldan bu duz ərazisini qaytarmasını istədi. Əbyad dedi: “Bu duz mədənini mənim tərəfimdən sədəqə kimi saymağın şərti ilə sənin istəyini qəbul edirəm”. Allah Elçisi ﷺ buyurdu: “O mədən səndən bir sədəqədir və kəsilməyən su kimidir. Kim oraya gedərsə, onun duzundan götürə bilər”. Ravi Fərac deyir: “O mədən bu gün də həmin haldadır və oraya kim gedirsə, oradan duz götürə bilir”. Ravi deyir: “Əbyad mədənini Allah Elçisinin ﷺ istəyi ilə qaytardığına görə Allah Elçisi ﷺ ona bu mədənin əvəzinə Cəuf-Murad adlı ərazidə bir xurma bağı verdi”.”
İstinad
İbn Məcə, 2475 (Girovlar, 40)
Sunən İbn Məcə — Girovlara aid fəsillər