Girovlara aid fəsillər

Axar sularda sulama növbəsi və suyu əkin yerində saxlama miqdarı

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، أَنَّ رَجُلاً مِنَ الأَنْصَارِ خَاصَمَ الزُّبَيْرَ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي شِرَاجِ الْحَرَّةِ الَّتِي يَسْقُونَ بِهَا النَّخْلَ ، فَقَالَ الأَنْصَارِيُّ : سَرِّحِ الْمَاءَ يَمُرَّ ، فَأَبَى عَلَيْهِ ، فَاخْتَصَمَا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اسْقِ يَا زُبَيْرُ , ثُمَّ أَرْسِلِ الْمَاءَ إِلَى جَارِكَ , فَغَضِبَ الأَنْصَارِيُّ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَنْ كَانَ ابْنَ عَمَّتِكَ ؟ فَتَلَوَّنَ وَجْهُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ قَالَ : يَا زُبَيْرُ اسْقِ ، ثُمَّ احْبِسِ الْمَاءَ حَتَّى يَرْجِعَ إِلَى الْجَدْرِ , قَالَ : فَقَالَ الزُّبَيْرُ : وَاللَّهِ إِنِّي لأَحْسِبُ هَذِهِ الآيَةَ نَزَلَتْ فِي ذَلِكَ : {فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا}.

“Abdullah ibn əz-Zubeyr ﵄ rəvayət edir ki, ənsardan olan bir kişi “əl-Hərra” tərəfdə xurma ağaclarının suvarılması üçün istifadə olunan arx barəsində Allah Elçisinin ﷺ yanında əz-Zubeyr ilə mübahisə etdi. Ənsar dedi: “Suyu burax, bizə də gəlsin”. əz-Zubeyr isə imtina etdi. Sonra Allah Elçisinin ﷺ yanında mübahisə etdilər. Allah Elçisi ﷺ buyurdu: “Ey Zubeyr! Öz ağaclarını suladıqdan sonra suyu burax, qonşunun bağına axsın!” Bunu eşidən ənsar qəzəblənib dedi: “Ey Allahın Elçisi, o sənin əmin oğlu olduğu üçün belə hökm verdin?” Qəzəbindən Allah Elçisinin ﷺ üzünün rəngi dəyişdi və dedi: “Ey Zubeyr, su divarın dibinə çatana qədər öz ağaclarını sula, yalnız sonra suyu qonşunun bağına burax!” əz-Zubeyr deyir: “Allaha and olsun, mən hesab edirəm ki, bu ayə həmin hadisəyə görə nazil olub: “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar” (ən-Nisa, 65)”.”

Abdullah ibn əz-Zubeyr
Səhih

İstinad

İbn Məcə, 2480 (Girovlar, 45)

Sunən İbn Məcə — Girovlara aid fəsillər