Girovlara aid fəsillər

Xurma ağaclarını tozlandırmaq

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، عَنْ إِسْرَائِيلَ ، عَنْ سِمَاكٍ ، أَنَّهُ سَمِعَ مُوسَى بْنَ طَلْحَةَ بْنِ عُبَيْدِ اللهِ يُحَدِّثُ عَنْ أَبِيهِ ، قَالَ : مَرَرْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي نَخْلٍ ، فَرَأَى قَوْمًا يُلَقِّحُونَ النَّخْلَ ، فَقَالَ : مَا يَصْنَعُ هَؤُلاَءِ ؟ قَالُوا : يَأْخُذُونَ مِنَ الذَّكَرِ فَيَجْعَلُونَهُ فِي الأُنْثَى ، قَالَ : مَا أَظُنُّ ذَلِكَ يُغْنِي شَيْئًا ، فَبَلَغَهُمْ ، فَتَرَكُوهُ ، فَنَزَلُوا عَنْهَا ، فَبَلَغَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِنَّمَا هُوَ ظَنٌ ، إِنْ كَانَ يُغْنِي شَيْئًا فَاصْنَعُوهُ ، فَإِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ ، وَإِنَّ الظَّنَّ يُخْطِئُ وَيُصِيبُ ، وَلَكِنْ مَا قُلْتُ لَكُمْ : قَالَ اللَّهُ ، فَلَنْ أَكْذِبَ عَلَى اللَّهِ.

“Musa ibn Təlhə ibn Abdullah ﵁ atasının belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Allah Elçisinin ﷺ yanında bir xurma bağının yanından keçirdik. Allah Elçisi ﷺ xurma ağaclarını tozlandıranları görüb dedi: “Onlar nə edirlər?” Ona dedilər: “Onlar erkək xurma ilə dişi xurmaları tozlandırırlar”. Allah Elçisi ﷺ buyurdu: “Bunun bir fayda verəcəyini düşünmürəm”. Allah Elçisinin ﷺ bu sözü onlara çatdıqda bu işi tərk etdilər və xurma ağaclarından yerə düşdülər. Bu vəziyyət Peyğəmbərə ﷺ çatdıqda buyurdu: “Bu dediyim söz yalnız bir zəndir. Əgər tozlandırma bir fayda verirsə, bunu edin, çünki mən də sizin kimi bir bəşərəm. Zənn isə, şübhəsiz, gah düz, gah da səhv olur. Mən “Allah belə buyurdu” deyərək sizə bir şey söylədikdə Allahın adından yalan danışmaram”.”

Musa ibn Təlhə ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 2470 (Girovlar, 35)

Sunən İbn Məcə — Girovlara aid fəsillər