“əş-Şuf'a” - əmlakı almaqda daha haqlı olanlara aid fəsillər

Əmlakı almaqda qonşuluqda olan haqq

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ عَمْرِو بْنِ الشَّرِيدِ بْنِ سُوَيْدٍ ، عَنْ أَبِيهِ الشَّرِيدِ بْنِ سُوَيْدٍ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَرْضٌ لَيْسَ فِيهَا لأَحَدٍ قَسْمٌ وَلاَ شَرِيكٌ ، إِلاَّ الْجِوَارُ ، قَالَ : الْجَارُ أَحَقُّ بِسَقَبِهِ.

“Rəvayət edilir ki, əş-Şərid ibn Suveyd ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, bir ərazi var, oranın heç bir sahibi yoxdur, yalnız qonşuluqda ərazilər var”. Peyğəmbər ﷺ belə buyurdu: “Qonşu öz ərazisinə bitişik olan yerdə daha çox haqq sahibidir”.”

əş-Şərid ibn Suveyd
Səhih

İstinad

İbn Məcə, 2496 (Şufə, 5)

Sunən İbn Məcə — “əş-Şuf'a” - əmlakı almaqda daha haqlı olanlara aid fəsillər