Sunən İbn Məcə“əş-Şuf'a” - əmlakı almaqda daha haqlı olanlara aid fəsillər

Kitab 17

“əş-Şuf'a” - əmlakı almaqda daha haqlı olanlara aid fəsillər

أَبْوَابُ الشُّفْعَةِ

8

hədis

Fəsil 1

Kim daşınmaz əmlak satarsa, şərikinə bildirsin

بَابُ مَنْ بَاعَ رِبَاعًا فَلْيُؤْذِنْ شَرِيكَهُ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَانَتْ لَهُ نَخْلٌ أَوْ أَرْضٌ فَلاَ يَبِعْهَا ، حَتَّى يَعْرِضَهَا عَلَى شَرِيكِهِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xurmalığı və ya ərazisi olan bunu şərikinə təklif etməyənə qədər (başqasına) satmasın”.”

Cabir
Səhihİbn Məcə, 2492 (Şufə, 1)

حَدَّثَنَا أَحْمَدُ بْنُ سِنَانَ ، وَالْعَلاَءُ بْنُ سَالِمٍ , قَالاَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا شَرِيكٌ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , قَالَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَأَرَادَ بَيْعَهَا ، فَلْيَعْرِضْهَا عَلَى جَارِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ərazisi olan bunu satmaq istəsə, şərikinə təklif etməyənə qədər (başqasına) satmasın”.”

İbn Abbas
Səhihİbn Məcə, 2493 (Şufə, 2)

Fəsil 2

Əmlakı almaqda qonşuluqda olan haqq

بَابُ الشُّفْعَةِ بِالْجِوَارِ

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا هُشَيْمٌ ، أَخْبَرَنَا عَبْدُ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْجَارُ أَحَقُّ بِشُفْعَةِ جَارِهِ ، يُنْتَظَرُ بِهَا إِنْ كَانَ غَائِبًا ، إِذَا كَانَ طَرِيقُهُمَا وَاحِدًا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İki ərazinin yolu eyni olduqda qonşulardan biri orada olmasa, digər qonşu onu gözləmədən bir şey edə bilməz”.”

Cabir
Səhihİbn Məcə, 2494 (Şufə, 3)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مَيْسَرَةَ ، عَنْ عَمْرِو بْنِ الشَّرِيدِ ، عَنْ أَبِي رَافِعٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْجَارُ أَحَقُّ بِسَقَبِهِ.

“Əbu Rafi ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qonşu öz ərazisinə bitişik yerdə əmlak almaq haqqına malikdir”.”

Əbu Rafi
Səhihİbn Məcə, 2495 (Şufə, 4)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ عَمْرِو بْنِ الشَّرِيدِ بْنِ سُوَيْدٍ ، عَنْ أَبِيهِ الشَّرِيدِ بْنِ سُوَيْدٍ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَرْضٌ لَيْسَ فِيهَا لأَحَدٍ قَسْمٌ وَلاَ شَرِيكٌ ، إِلاَّ الْجِوَارُ ، قَالَ : الْجَارُ أَحَقُّ بِسَقَبِهِ.

“Rəvayət edilir ki, əş-Şərid ibn Suveyd ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, bir ərazi var, oranın heç bir sahibi yoxdur, yalnız qonşuluqda ərazilər var”. Peyğəmbər ﷺ belə buyurdu: “Qonşu öz ərazisinə bitişik olan yerdə daha çox haqq sahibidir”.”

əş-Şərid ibn Suveyd
Səhihİbn Məcə, 2496 (Şufə, 5)

Fəsil 3

Ərazilərin sərhədləri təyin edildikdə “şuf'a” haqqı olmur

بَابُ إِذَا وَقَعَتِ الْحُدُودُ فَلاَ شُفْعَةَ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ عُمَرَ , قَالاَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، وَأَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى بِالشُّفْعَةِ فِيمَا لَمْ يُقْسَمْ ، فَإِذَا وَقَعَتِ الْحُدُودُ فَلاَ شُفْعَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ şəriklər arasında bölünməmiş ərazilər haqda əmlakı almaq haqqını təyin etdi. Ərazilərdə sərhədlər təyin edildikdə isə şuf'a haqqı yoxdur.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2497 (Şufə, 6)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْجَرَّاحِ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مَيْسَرَةَ ، عَنْ عَمْرِو بْنِ الشَّرِيدِ ، عَنْ أَبِي رَافِعٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الشَّرِيكُ أَحَقُّ بِسَقَبِهِ مَا كَانَ.

“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qonşu onun ərazisinə bitişik olan ərazidə daha çox haqq sahibidir”.”

Əbu Rafi
Səhihİbn Məcə, 2498 (Şufə, 7)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ , قَالَ : إِنَّمَا جَعَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الشُّفْعَةَ فِي كُلِّ مَا لَمْ يُقْسَمْ ، فَإِذَا وَقَعَتِ الْحُدُودُ وَصُرِّفَتِ الطُّرُقُ فَلاَ شُفْعَةَ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ bölünməmiş bütün torpaq sahələrində əmlak almaq haqqı təyin etdi Bölünən sahələrdə sərhədlər təyin edildikdən sonra şuf'a haqqı yoxdur”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2499 (Şufə, 8)