Xəzinə tapan
حَدَّثَنَا أَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِسْحَاقَ الْحَضْرَمِيُّ ، حَدَّثَنَا سَلِيمُ بْنُ حَيَّانَ , قَالَ : سَمِعْتُ أَبِي يُحَدِّثُ عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : كَانَ فِيمَنْ كَانَ قَبْلَكُمْ , رَجُلٌ اشْتَرَى عَقَارًا ، فَوَجَدَ فِيهَا جَرَّةً مِنْ ذَهَبٍ ، فَقَالَ : اشْتَرَيْتُ مِنْكَ الأَرْضَ ، وَلَمْ أَشْتَرِ مِنْكَ الذَّهَبَ ، فَقَالَ الرَّجُلُ : إِنَّمَا بِعْتُكَ الأَرْضَ بِمَا فِيهَا , فَتَحَاكَمَا إِلَى رَجُلٍ ، فَقَالَ : أَلَكُمَا وَلَدٌ ؟ فَقَالَ أَحَدُهُمَا : لِي غُلاَمٌ ، وَقَالَ الآخَرُ : لِي جَارِيَةٌ ، قَالَ : فَأَنْكِحَا الْغُلاَمَ الْجَارِيَةَ ، وَلْيُنْفِقَا عَلَى أَنْفُسِهِمَا مِنْهُ ، وَلْيَتَصَدَّقَا.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən qabaqkı ümmətlərdə bir adam sahə almışdı. O həmin ərazidə içi qızılla dolu bir küp tapdı. Yeri alan adam satan adama dedi: “Mən səndən torpaq sahəsi aldım, qızıl almadım”. Satan adam da dedi: “Mən sənə bu torpağı içindəki ilə birlikdə satmışam”. Sonra onlar başqa bir adamın yanına gedib bu haqda ondan soruşdular. Həmin adam onlara dedi: “Sizin oğlunuz və qızınız var?” Onlardan biri dedi: “Mənim bir oğlum var”. O birisi isə: “Mənim də bir qızım var”- dedi. O adam dedi: “Oğlanla qızı evləndirin, onlar da bu qızıldan özləri üçün xərcləsinlər və sədəqə versinlər”.”
İstinad
İbn Məcə, 2511 (Tapıntılar, 10)
Sunən İbn Məcə — Tapıntılara aid fəsillər