Sunən İbn MəcəTapıntılara aid fəsillər

Kitab 18

Tapıntılara aid fəsillər

أَبْوَابُ اللُّقَطَةِ

8

hədis

Fəsil 1

İtən dəvə, inək və qoyun

بَابُ ضَالَّةِ الإِبِلِ وَالْبَقَرِ وَالْغَنَمِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ حُمَيْدٍ الطَّوِيلِ ، عَنِ الْحَسَنِ ، عَنْ مُطَرِّفِ بْنِ عَبْدِ اللهِ بْنِ الشِّخِّيرِ ، عَنْ أَبِيهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ضَالَّةُ الْمُسْلِمِ حَرَقُ النَّارِ.

“Mutarrif ibn Abdullah ibn əş-Şixxir atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlmanın itən əşyası (tapıb verməyən üçün) od parçasıdır”.”

Mutarrif ibn Abdullah ibn əş-Şixxir atasından
Səhihİbn Məcə, 2502 (Tapıntılar, 1)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِسْمَاعِيلَ بْنِ الْعَلاَءِ الأَيْلِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ رَبِيعَةَ بْنِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ يَزِيدَ ، مَوْلَى الْمُنْبَعِثِ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ ، فَلَقِيتُ رَبِيعَةَ ، فَسَأَلْتُهُ ، فَقَالَ : حَدَّثَنِي يَزِيدُ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : سُئِلَ عَنْ ضَالَّةِ الإِبِلِ ، فَغَضِبَ وَاحْمَرَّتْ وَجْنَتَاهُ , وَقَالَ : مَا لَكَ وَلَهَا ؟ مَعَهَا الْحِذَاءُ وَالسِّقَاءُ ، تَرِدُ الْمَاءَ وَتَأْكُلُ الشَّجَرَ ، حَتَّى يَلْقَاهَا رَبُّهَا , وَسُئِلَ عَنْ ضَالَّةِ الْغَنَمِ ، فَقَالَ : خُذْهَا ، فَإِنَّمَا هِيَ لَكَ , أَوْ لأَخِيكَ , أَوْ لِلذِّئْبِ , وَسُئِلَ عَنِ اللُّقَطَةِ ، فَقَالَ : اعْرِفْ عِفَاصَهَا وَوِكَاءَهَا وَعَرِّفْهَا سَنَةً ، فَإِنِ اعْتُرِفَتْ ، وَإِلاَّ فَاخْلِطْهَا بِمَالِكَ.

“Zeyd ibn Xalid əl-Cuhəni ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbərdən ﷺ itən dəvə haqqında soruşuldu. Buna Peyğəmbər ﷺ yanaqları qızaran həddə qədər qəzəbləndi və buyurdu: “Ondan sənə nə?! Onun ayaqları və (hörgücündə) içməyə suyu var. Yiyəsi onu tapana qədər istəsə, su içər, istəsə, ot-alaf yeyər”. Sonra ondan itən qoyun haqqında soruşuldu. Peyğəmbər buyurdu: “Onu götür, çünki o ya sənindir, ya qardaşının, ya da canavarın”. Sonra Peyğəmbərdən ﷺ tapılan əşya haqda soruşuldu. Peyğəmbər ﷺ buyurdu: “Tapılan əşyanın qabını və ağzının bağlandığı ipini yadda saxla, sonra onu bir il müddətində elan et. Əgər bir kəs onun vəsfini olduğu kimi deyərsə, tapılan əşyanı ona ver. Onun vəsflərini düzgün deməzlərsə, tapılan əşyanı öz malına qat”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Səhihİbn Məcə, 2504 (Tapıntılar, 3)

Fəsil 2

Tapılan əşya

بَابُ اللُّقَطَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ الثَّقَفِيُّ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي الْعَلاَءِ ، عَنْ مُطَرِّفٍ ، عَنْ عِيَاضِ بْنِ حِمَارٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ وَجَدَ لُقَطَةً فَلْيُشْهِدْ ذَا عَدْلٍ أَوْ ذَوَيْ عَدْلٍ ، ثُمَّ لاَ يُغَيِّرْ وَلاَ يَكْتُمْ ، فَإِنْ جَاءَ رَبُّهَا ، فَهُوَ أَحَقُّ بِهَا ، وَإِلاَّ فَهُوَ مَالُ اللهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ.

“Rəvayət edilir ki, İyad ibn Himər ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim itən bir əşya taparsa, bir və ya iki ədalətli şahid tutsun. Sonra tapdığı malı dəyişdirməsin və gizlətməsin. Əgər tapılan əşyanın yiyəsi gələrsə, haqq sahibi odur. Yiyəsi tapılmazsa, haqq sahibi Allahdır və onu istədiyinə verər”.”

İyad ibn Himər
Səhihİbn Məcə, 2505 (Tapıntılar, 4)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنْ سُوَيْدِ بْنِ غَفَلَةَ , قَالَ : خَرَجْتُ مَعَ زَيْدِ بْنِ صُوحَانَ , وَسَلْمَانَ بْنِ رَبِيعَةَ ، حَتَّى إِذَا كُنَّا بِالْعُذَيْبِ ، الْتَقَطْتُ سَوْطًا ، فَقَالاَ لِي : أَلْقِهِ ، فَأَبَيْتُ ، فَلَمَّا قَدِمْنَا الْمَدِينَةَ أَتَيْتُ أُبَيَّ بْنَ كَعْبٍ ، فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَقَالَ : أَصَبْتَ ، الْتَقَطْتُ مِئَةَ دِينَارٍ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَأَلْتُهُ ، فَقَالَ : عَرِّفْهَا سَنَةً , فَعَرَّفْتُهَا ، فَلَمْ أَجِدْ أَحَدًا يَعْرِفُهَا ، فَسَأَلْتُهُ ، فَقَالَ : عَرِّفْهَا , فَعَرَّفْتُهَا ، فَلَمْ أَجِدْ أَحَدًا يَعْرِفُهَا ، فَقَالَ : اعْرِفْ وِعَاءَهَا وَوِكَاءَهَا وَعَدَدَهَا ، ثُمَّ عَرِّفْهَا سَنَةً ، فَإِنْ جَاءَ مَنْ يَعْرِفُهَا ، وَإِلاَّ ، فَهِيَ كَسَبِيلِ مَالِكَ.

“Rəvayət edilir ki, Suveyd ibn Ğafələ ﵀ demişdir: “Bir dəfə mən Zeyd ibn Suhan və Salman ibn Rabia ilə (döyüşə) çıxdım. əl-Uzeyb adlı yerə gəlib çatdıqda yerdə bir qamçı tapdım. Zeyd və Salman mənə: “Onu yerə at!”- dedilər. Mən isə onu atmaqdan imtina etdim. Sonra Mədinəyə gəldikdə Ubey ibn Kəbin yanına gəldim və olanları ona xəbər verdim. Ubey dedi: “Sən düz etmisən. Mən Allah Elçisinin ﷺ dövründə yerdən yüz dinar tapmışdım və bu haqda Allah Elçisindən ﷺ soruşmuşdum. O da belə buyurmuşdu: “Bir il elan et“. Mən bir il elan etdim, lakin onun yiyəsini tapa bilmədim. Sonra Allah Elçisi ﷺ buyurdu: “Yenə elan et”. Yenə yiyəsini tapa bilmədim. Üçüncü dəfə Allah Elçisi ﷺ belə buyurdu: “Tapılan əşyanın ağzının bağlandığı ipini və nə qədər olduğunu yadda saxla, sonra onu daha bir il müddətində elan et. Əgər yiyəsi gələrsə, tapılan əşyanı ona ver. Yiyəsi tapılmasa, tapılanı öz malına qat”.”

Suveyd ibn Ğafələ
Səhihİbn Məcə, 2506 (Tapıntılar, 5)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو بَكْرٍ الْحَنَفِيُّ (ح) وحَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ , قَالاَ : حَدَّثَنَا الضَّحَّاكُ بْنُ عُثْمَانَ الْقُرَشِيُّ , حَدَّثَنِي سَالِمٌ أَبُو النَّضْرِ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سُئِلَ عَنِ اللُّقَطَةِ ، فَقَالَ : عَرِّفْهَا سَنَةً ، فَإِنِ اعْتُرِفَتْ فَأَدِّهَا ، فَإِنْ لَمْ تُعْتَرَفْ ، فَاعْرِفْ عِفَاصَهَا وَوِعَاءَهَا ، ثُمَّ كُلْهَا ، فَإِنْ جَاءَ صَاحِبُهَا فَأَدِّهَا إِلَيْهِ.

“Zeyd ibn Xalid əl-Cuhəni ﵁ rəvayət edir ki, Allah Elçisindən ﷺ tapılan əşya haqda soruşuldu. O buyurdu: “Bir il müddətində elan et. Əgər yiyəsi vəsflərini bildirərsə, bu əşyanı ona ver. Əgər belə bir adam gəlməsə, o malın ağzının ipini, qabının nə formada olmasını yadda saxla, sonra ondan istifadə et. Əgər yiyəsi gələrsə, malın bənzərini ona ödə”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Səhihİbn Məcə, 2507 (Tapıntılar, 6)

Fəsil 3

Xəzinə tapan

بَابُ مَنْ أَصَابَ رِكَازًا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَيْمُونٍ الْمَكِّيُّ ، وَهِشَامُ بْنُ عَمَّارٍ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدٍ ، وَأَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : فِي الرِّكَازِ الْخُمُسُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Xəzinə tapan adam onun beşdəbirini zəkat verməlidir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2509 (Tapıntılar, 8)

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا أَبُو أَحْمَدَ ، عَنْ إِسْرَائِيلَ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فِي الرِّكَازِ الْخُمُسُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xəzinə tapan adam onun beşdəbirini zəkat verməlidir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2510 (Tapıntılar, 9)

حَدَّثَنَا أَحْمَدُ بْنُ ثَابِتٍ الْجَحْدَرِيُّ ، حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِسْحَاقَ الْحَضْرَمِيُّ ، حَدَّثَنَا سَلِيمُ بْنُ حَيَّانَ , قَالَ : سَمِعْتُ أَبِي يُحَدِّثُ عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : كَانَ فِيمَنْ كَانَ قَبْلَكُمْ , رَجُلٌ اشْتَرَى عَقَارًا ، فَوَجَدَ فِيهَا جَرَّةً مِنْ ذَهَبٍ ، فَقَالَ : اشْتَرَيْتُ مِنْكَ الأَرْضَ ، وَلَمْ أَشْتَرِ مِنْكَ الذَّهَبَ ، فَقَالَ الرَّجُلُ : إِنَّمَا بِعْتُكَ الأَرْضَ بِمَا فِيهَا , فَتَحَاكَمَا إِلَى رَجُلٍ ، فَقَالَ : أَلَكُمَا وَلَدٌ ؟ فَقَالَ أَحَدُهُمَا : لِي غُلاَمٌ ، وَقَالَ الآخَرُ : لِي جَارِيَةٌ ، قَالَ : فَأَنْكِحَا الْغُلاَمَ الْجَارِيَةَ ، وَلْيُنْفِقَا عَلَى أَنْفُسِهِمَا مِنْهُ ، وَلْيَتَصَدَّقَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən qabaqkı ümmətlərdə bir adam sahə almışdı. O həmin ərazidə içi qızılla dolu bir küp tapdı. Yeri alan adam satan adama dedi: “Mən səndən torpaq sahəsi aldım, qızıl almadım”. Satan adam da dedi: “Mən sənə bu torpağı içindəki ilə birlikdə satmışam”. Sonra onlar başqa bir adamın yanına gedib bu haqda ondan soruşdular. Həmin adam onlara dedi: “Sizin oğlunuz və qızınız var?” Onlardan biri dedi: “Mənim bir oğlum var”. O birisi isə: “Mənim də bir qızım var”- dedi. O adam dedi: “Oğlanla qızı evləndirin, onlar da bu qızıldan özləri üçün xərcləsinlər və sədəqə versinlər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2511 (Tapıntılar, 10)