Tapıntılara aid fəsillər

Tapılan əşya

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو بَكْرٍ الْحَنَفِيُّ (ح) وحَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ , قَالاَ : حَدَّثَنَا الضَّحَّاكُ بْنُ عُثْمَانَ الْقُرَشِيُّ , حَدَّثَنِي سَالِمٌ أَبُو النَّضْرِ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سُئِلَ عَنِ اللُّقَطَةِ ، فَقَالَ : عَرِّفْهَا سَنَةً ، فَإِنِ اعْتُرِفَتْ فَأَدِّهَا ، فَإِنْ لَمْ تُعْتَرَفْ ، فَاعْرِفْ عِفَاصَهَا وَوِعَاءَهَا ، ثُمَّ كُلْهَا ، فَإِنْ جَاءَ صَاحِبُهَا فَأَدِّهَا إِلَيْهِ.

“Zeyd ibn Xalid əl-Cuhəni ﵁ rəvayət edir ki, Allah Elçisindən ﷺ tapılan əşya haqda soruşuldu. O buyurdu: “Bir il müddətində elan et. Əgər yiyəsi vəsflərini bildirərsə, bu əşyanı ona ver. Əgər belə bir adam gəlməsə, o malın ağzının ipini, qabının nə formada olmasını yadda saxla, sonra ondan istifadə et. Əgər yiyəsi gələrsə, malın bənzərini ona ödə”.”

Zeyd ibn Xalid əl-Cuhəni
Səhih

İstinad

İbn Məcə, 2507 (Tapıntılar, 6)

Sunən İbn Məcə — Tapıntılara aid fəsillər