Tapılan əşya
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنْ سُوَيْدِ بْنِ غَفَلَةَ , قَالَ : خَرَجْتُ مَعَ زَيْدِ بْنِ صُوحَانَ , وَسَلْمَانَ بْنِ رَبِيعَةَ ، حَتَّى إِذَا كُنَّا بِالْعُذَيْبِ ، الْتَقَطْتُ سَوْطًا ، فَقَالاَ لِي : أَلْقِهِ ، فَأَبَيْتُ ، فَلَمَّا قَدِمْنَا الْمَدِينَةَ أَتَيْتُ أُبَيَّ بْنَ كَعْبٍ ، فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَقَالَ : أَصَبْتَ ، الْتَقَطْتُ مِئَةَ دِينَارٍ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَأَلْتُهُ ، فَقَالَ : عَرِّفْهَا سَنَةً , فَعَرَّفْتُهَا ، فَلَمْ أَجِدْ أَحَدًا يَعْرِفُهَا ، فَسَأَلْتُهُ ، فَقَالَ : عَرِّفْهَا , فَعَرَّفْتُهَا ، فَلَمْ أَجِدْ أَحَدًا يَعْرِفُهَا ، فَقَالَ : اعْرِفْ وِعَاءَهَا وَوِكَاءَهَا وَعَدَدَهَا ، ثُمَّ عَرِّفْهَا سَنَةً ، فَإِنْ جَاءَ مَنْ يَعْرِفُهَا ، وَإِلاَّ ، فَهِيَ كَسَبِيلِ مَالِكَ.
“Rəvayət edilir ki, Suveyd ibn Ğafələ ﵀ demişdir: “Bir dəfə mən Zeyd ibn Suhan və Salman ibn Rabia ilə (döyüşə) çıxdım. əl-Uzeyb adlı yerə gəlib çatdıqda yerdə bir qamçı tapdım. Zeyd və Salman mənə: “Onu yerə at!”- dedilər. Mən isə onu atmaqdan imtina etdim. Sonra Mədinəyə gəldikdə Ubey ibn Kəbin yanına gəldim və olanları ona xəbər verdim. Ubey dedi: “Sən düz etmisən. Mən Allah Elçisinin ﷺ dövründə yerdən yüz dinar tapmışdım və bu haqda Allah Elçisindən ﷺ soruşmuşdum. O da belə buyurmuşdu: “Bir il elan et“. Mən bir il elan etdim, lakin onun yiyəsini tapa bilmədim. Sonra Allah Elçisi ﷺ buyurdu: “Yenə elan et”. Yenə yiyəsini tapa bilmədim. Üçüncü dəfə Allah Elçisi ﷺ belə buyurdu: “Tapılan əşyanın ağzının bağlandığı ipini və nə qədər olduğunu yadda saxla, sonra onu daha bir il müddətində elan et. Əgər yiyəsi gələrsə, tapılan əşyanı ona ver. Yiyəsi tapılmasa, tapılanı öz malına qat”.”
İstinad
İbn Məcə, 2506 (Tapıntılar, 5)
Sunən İbn Məcə — Tapıntılara aid fəsillər