Üç haldan başqa heç bir müsəlmanın qanı halal olmaz
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَأَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ , قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَحِلُّ دَمُ امْرِئٍ مُسْلِمٍ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّي رَسُولُ اللهِ ، إِلاَّ أَحَدُ ثَلاَثَةِ نَفَرٍ : النَّفْسُ بِالنَّفْسِ ، وَالثَّيِّبُ الزَّانِي ، وَالتَّارِكُ لِدِينِهِ ، الْمُفَارِقُ لِلْجَمَاعَةِ.
“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allahdan başqa məbudun olmadığına və mənim Allahın elçisi olduğuma şahidlik edən müsəlmanın qanı heç kimə halal deyil, yalnız bu üç nəfər istisnadır: adam öldürən, evli ola-ola zina edən və İslam camaatından ayrılaraq dinini tərk edən”.”
İstinad
İbn Məcə, 2534 (Hədd cəzaları, 2)
Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər