Sunən İbn MəcəHədd cəzalarına aid fəsillər

Kitab 20

Hədd cəzalarına aid fəsillər

أَبْوَابُ الْحُدُودِ

62

hədis

Fəsil 1

Üç haldan başqa heç bir müsəlmanın qanı halal olmaz

بَابُ لاَ يَحِلُّ دَمُ امْرِئٍ مُسْلِمٍ إِلاَّ فِي ثَلاَثٍ

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ أَشْرَفَ عَلَيْهِمْ ، فَسَمِعَهُمْ وَهُمْ يَذْكُرُونَ الْقَتْلَ فَقَالَ : إِنَّهُمْ لَيَتَوَاعَدُونِي بِالْقَتْلِ ؟ فَلِمَ تَقْتُلُونِي ؟ وَقَدْ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ يَحِلُّ دَمُ امْرِئٍ مُسْلِمٍ إِلاَّ فِي إِحْدَى ثَلاَثٍ : رَجُلٌ زَنَى وَهُوَ مُحْصَنٌ فَرُجِمَ ، أَوْ رَجُلٌ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ ، أَوْ رَجُلٌ ارْتَدَّ بَعْدَ إِسْلاَمِهِ , فَوَاللَّهِ مَا زَنَيْتُ فِي جَاهِلِيَّةٍ وَلاَ فِي إِسْلاَمٍ ، وَلاَ قَتَلْتُ نَفْسًا مُسْلِمَةً ، وَلاَ ارْتَدَدْتُ مُنْذُ أَسْلَمْتُ.

“Əbu Umamə ibn Səhl ibn Huneyf ﵀ rəvayət edir ki, (evi mühasirəyə alındıqda) Osman ibn Əffan onların onu öldürəcəkləri haqda danışıqlarını eşitdi və dedi: “Onlar məni ölümlə hədələyirlər, məni nəyə görə öldürəcəklər? Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Müsəlmanın qanı üç haldan başqa heç kimə halal deyil; evli ola-ola zina edən adam – rəcm edilir, başqa birisini öldürən adam və İslamdan çıxaraq mürtəd olan adam”. Allaha and olsun, nə cahiliyyət vaxtı, nə də İslamda heç vaxt zina etmədim, heç bir müsəlmanı öldürmədim və İslama daxil olduqdan sonra mürtəd olmadım”.”

Əbu Umamə ibn Səhl ibn Huneyf
Səhihİbn Məcə, 2533 (Hədd cəzaları, 1)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَأَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ , قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَحِلُّ دَمُ امْرِئٍ مُسْلِمٍ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّي رَسُولُ اللهِ ، إِلاَّ أَحَدُ ثَلاَثَةِ نَفَرٍ : النَّفْسُ بِالنَّفْسِ ، وَالثَّيِّبُ الزَّانِي ، وَالتَّارِكُ لِدِينِهِ ، الْمُفَارِقُ لِلْجَمَاعَةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allahdan başqa məbudun olmadığına və mənim Allahın elçisi olduğuma şahidlik edən müsəlmanın qanı heç kimə halal deyil, yalnız bu üç nəfər istisnadır: adam öldürən, evli ola-ola zina edən və İslam camaatından ayrılaraq dinini tərk edən”.”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 2534 (Hədd cəzaları, 2)

Fəsil 2

İslam dinindən çıxan

بَابُ الْمُرْتَدِّ عَنْ دِينِهِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَيُّوبَ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ بَدَّلَ دِينَهُ فَاقْتُلُوهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim dinini dəyişdirərsə, onu qətl edin”.”

İbn Abbas
Səhihİbn Məcə, 2535 (Hədd cəzaları, 3)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ بَهْزِ بْنِ حَكِيمٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَقْبَلُ اللَّهُ مِنْ مُشْرِكٍ أَشْرَكَ بَعْدَ مَا أَسْلَمَ عَمَلاً , حَتَّى يُفَارِقَ الْمُشْرِكِينَ إِلَى الْمُسْلِمِينَ.

“Bəhz ibn Həkəm atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah müsəlman olduqdan sonra müşrik olan heç kimin əməlini qəbul etməz. Nə vaxt müşriklərdən uzaqlaşıb müsəlmanlara qoşularsa, onda qəbul edər”.”

Bəhz ibn Həkəm atasından və babasından
Həsənİbn Məcə, 2536 (Hədd cəzaları, 4)

Fəsil 3

Hədd cəzalarının yerinə yetirilməsi

بَابُ إِقَامَةِ الْحُدُودِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ سِنَانٍ ، عَنْ أَبِي الزَّاهِرِيَّةِ ، عَنْ أَبِي شَجَرَةَ كَثِيرِ بْنِ مُرَّةَ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِقَامَةُ حَدٍّ مِنْ حُدُودِ اللهِ ، خَيْرٌ مِنْ مَطَرِ أَرْبَعِينَ لَيْلَةً فِي بِلاَدِ اللهِ عَزَّ وَجَلَّ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allahın qoyduğu hədd cəzalarından birini yerinə yetirmək Allahın ﷿ yaratdığı torpaqlara qırx gecə yağış yağmasından daha xeyirlidir”.”

İbn Ömər
Həsənİbn Məcə, 2537 (Hədd cəzaları, 5)

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، حَدَّثَنَا عِيسَى بْنُ يَزِيدَ , قَالَ : أَظُنُّهُ عَنْ جَرِيرِ بْنِ يَزِيدَ , عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : حَدٌّ يُعْمَلُ بِهِ فِي الأَرْضِ ، خَيْرٌ لأَهْلِ الأَرْضِ مِنْ أَنْ يُمْطَرُوا أَرْبَعِينَ صَبَاحًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yer üzündə Allahın qoyduğu hədd cəzalarından birini yerinə yetirmək yerdəkilər üçün qırx gün yağış yağmasından daha xeyirlidir”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 2538 (Hədd cəzaları, 6)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَالِمٍ الْمَفْلُوجُ ، حَدَّثَنَا عُبَيْدَةُ بْنُ الأَسْوَدِ ، عَنِ الْقَاسِمِ بْنِ الْوَلِيدِ ، عَنْ أَبِي صَادِقٍ ، عَنْ رَبِيعَةَ بْنِ نَاجِدٍ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَقِيمُوا حُدُودَ اللهِ فِي الْقَرِيبِ وَالْبَعِيدِ ، وَلاَ تَأْخُذْكُمْ فِي اللهِ لَوْمَةُ لاَئِمٍ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın hədd cəzalarını sizə yaxın və uzaq olan hər kəsə tətbiq edin. Allah üçün bu mövzuda heç bir qınayanın qınaması sizi bu işdən çəkindirməsin”.”

Ubadə ibn əs-Samit
Həsənİbn Məcə, 2540 (Hədd cəzaları, 8)

Fəsil 4

Hədd cəzası tətbiq olunmayan

بَابُ مَنْ لاَ يَجِبُ عَلَيْهِ الْحَدُّ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ , قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ , قَالَ : سَمِعْتُ عَطِيَّةَ الْقُرَظِيَّ يَقُولُ : عُرِضْنَا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ قُرَيْظَةَ ، فَكَانَ مَنْ أَنْبَتَ قُتِلَ ، وَمَنْ لَمْ يُنْبِتْ خُلِّيَ سَبِيلُهُ ، فَكُنْتُ فِيمَنْ لَمْ يُنْبِتْ , فَخُلِّيَ سَبِيلِي.

“Rəvayət edilir ki, Atiyə əl-Qurazi ﵁ demişdir: “Qureyza döyüşü olan gün biz əsir olaraq Allah Elçisinə ﷺ təqdim edildik. Övrət yerlərində tük bitənlər qətl edildi, tük bitməyənlər isə azad edildi. Mən tük bitməyənlər arasında idim, ona görə də azad edildim və öldürülmədim”.”

Atiyə əl-Qurazi
Səhihİbn Məcə, 2541 (Hədd cəzaları, 9)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ , قَالَ : سَمِعْتُ عَطِيَّةَ الْقُرَظِيَّ يَقُولُ : فَهَا أَنَا ذَا بَيْنَ أَظْهُرِكُمْ.

“Rəvayət edilir ki, Abdul-Məlik ibn Umeyr ﵀ demişdir: “Mən Atiyə əl-Qurazinin belə dediyini eşitdim: “Mən (Qureyza döyüşü olan gün) öldürülmədiyimə görə aranızdayam”.”

Abdul-Məlik ibn Umeyr
Səhihİbn Məcə, 2542 (Hədd cəzaları, 10)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، وَأَبُو مُعَاوِيَةَ ، وَأَبُو أُسَامَةَ , قَالُوا : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : عُرِضْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ أُحُدٍ ، وَأَنَا ابْنُ أَرْبَعَ عَشْرَةَ ، فَلَمْ يُجِزْنِي ، وَعُرِضْتُ عَلَيْهِ يَوْمَ الْخَنْدَقِ , وَأَنَا ابْنُ خَمْسَ عَشْرَةَ ، فَأَجَازَنِي. قَالَ نَافِعٌ : فَحَدَّثْتُ بِهِ عُمَرَ بْنَ عَبْدِ الْعَزِيزِ فِي خِلاَفَتِهِ فَقَالَ : هَذَا فَصْلُ مَا بَيْنَ الصَّغِيرِ وَالْكَبِيرِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mənim on dörd yaşım olanda Qureyza döyüşü olan günü (döyüşmək üçün) Allah Elçisinə ﷺ təqdim edildim, lakin o, mənə döyüşdə iştirak etməyə izin vermədi. Xəndək döyüşü olan gün yenə ona təqdim edildim, o vaxt mənim on beş yaşım var idi. Allah Elçisi ﷺ bu dəfə mənə döyüşdə iştirak etməyə icazə verdi”. Nafi deyir: “Ömər ibn Abdul-Əzizin xilafəti dövründə mən bu hədisi ona danşdım. O da: “Bu (on dörd yaş ilə on beş yaş), kiçiklə böyük yaşın həddidir”.”

İbn Ömər
Səhihİbn Məcə, 2543 (Hədd cəzaları, 11)

Fəsil 5

Möminin eyibləri örtülməli və cəzalar şübhələr əsasında tətbiq edilməməlidir

بَابُ السِّتْرِ عَلَى الْمُؤْمِنِ وَدَفْعِ الْحُدُودِ بِالشُّبُهَاتِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالآخِرَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim müsəlmanın eybini örtərsə, Allah da dünya və Axirətdə onun eybini örtər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2544 (Hədd cəzaları, 12)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ الْجُمَحِيُّ ، حَدَّثَنَا الْحَكَمُ بْنُ أَبَانَ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ سَتَرَ عَوْرَةَ أَخِيهِ الْمُسْلِمِ ، سَتَرَ اللَّهُ عَوْرَتَهُ يَوْمَ الْقِيَامَةِ ، وَمَنْ كَشَفَ عَوْرَةَ أَخِيهِ الْمُسْلِمِ ، كَشَفَ اللَّهُ عَوْرَتَهُ ، حَتَّى يَفْضَحَهُ بِهَا فِي بَيْتِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim müsəlman qardaşının eybini örtərsə, Allah da Qiyamət günü onun eybini örtər. Kim müsəlman qardaşının eybini yayarsa, evində bağlı qalsa belə, Allah bu günahına görə onu rüsvay edərək eybini üzə çıxarar”.”

İbn Abbas
Səhihİbn Məcə, 2546 (Hədd cəzaları, 14)

Fəsil 6

Hədd cəzasını yerinə yetirməkdə vasitəçi olmaq

بَابُ الشَّفَاعَةِ فِي الْحُدُودِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ قُرَيْشًا أَهَمَّهُمْ شَأْنُ الْمَرْأَةِ الْمَخْزُومِيَّةِ الَّتِي سَرَقَتْ ، فَقَالُوا : مَنْ يُكَلِّمُ فِيهَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ فَقَالُوا : وَمَنْ يَجْتَرِئُ عَلَيْهِ إِلاَّ أُسَامَةُ بْنُ زَيْدٍ , حِبُّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَكَلَّمَهُ أُسَامَةُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَتَشْفَعُ فِي حَدٍّ مِنْ حُدُودِ اللهِ ؟ ثُمَّ قَامَ فَاخْتَطَبَ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنَّمَا هَلَكَ الَّذِينَ مِنْ قَبْلِكُمْ , أَنَّهُمْ كَانُوا إِذَا سَرَقَ فِيهِمُ الشَّرِيفُ تَرَكُوهُ ، وَإِذَا سَرَقَ فِيهِمُ الضَّعِيفُ أَقَامُوا عَلَيْهِ الْحَدَّ ، وَايْمُ اللهِ ، لَوْ أَنَّ فَاطِمَةَ بِنْتَ مُحَمَّدٍ سَرَقَتْ ، لَقَطَعْتُ يَدَهَا. قَالَ مُحَمَّدُ بْنُ رُمْحٍ : سَمِعْتُ اللَّيْثَ بْنَ سَعْدٍ يَقُولُ : قَدْ أَعَاذَهَا اللَّهُ عَزَّ وَجَلَّ أَنْ تَسْرِقَ ، قَدْ أَعَاذَهَا اللَّهُ عَزَّ وَجَلَّ أَنْ تَسْرِقَ ، وَكُلُّ مُسْلِمٍ يَنْبَغِي لَهُ أَنْ يَقُولَ هَذَا.

“Aişə ﵂ rəvayət edir ki, Bəni Məxzum tayfasından olan oğurluq etmiş bir qadının əməli Qureyş qəbiləsini kədərləndirmişdi. Onlar dedilər: “Kim bu qadın haqda Allah Elçisi ﷺ ilə danışa bilər?” Sonra dedilər: “Allah Elçisinin ﷺ ən çox istədiyi Usamə ibn Zeyddən başqa onunla kim danışa bilər ki?” Usamə Allah Elçisi ﷺ ilə danışdıqdan sonra Allah Elçisi ﷺ ona: “Sən Allahın hədd cəzalarından birinin tərk edilməsi üçün vasitəçi olursan?”- dedi, sonra ayağa qalxdı və belə bir xütbə dedi: “Ey insanlar! Sizdən əvvəlkiləri həlak edən şey aralarında şərəfli birisi oğurluq etdikdə ona dəyməmələri, zəif birisi oğurluq etdikdə isə onu cəzalandırmaları idi. Allaha and olsun, əgər Muhəmmədin qızı Fatimə oğurluq etsəydi, şübhəsiz, onun əlini kəsərdim“. Ravi Muhəmməd ibn Rumh deyir: “Mən əl-Leys ibn Sədin: “Şübhəsiz ki, Allah ﷿ onun qızını oğurluq etməkdən qorumuşdur”- dediyini eşitdim. Hər bir müsəlman da bunu söyləməlidir”.”

Aişə
Səhihİbn Məcə, 2547 (Hədd cəzaları, 15)

Fəsil 7

Zina edənin cəzalandırılması

بَابُ حَدِّ الزِّنَا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَهِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ , قَالُوا : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، وَزَيْدِ بْنِ خَالِدٍ ، وَشِبْلٍ , قَالُوا : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَأَتَاهُ رَجُلٌ فَقَالَ : أَنْشُدُكَ اللَّهَ ، إِلاَّ قَضَيْتَ بَيْنَنَا بِكِتَابِ اللهِ ، وَقَالَ خَصْمُهُ وَكَانَ أَفْقَهَ مِنْهُ : اقْضِ بَيْنَنَا بِكِتَابِ اللهِ ، وَأْذَنْ لِي حَتَّى أَقُولَ ، قَالَ : قُلْ , قَالَ : إِنَّ ابْنِي كَانَ عَسِيفًا عَلَى هَذَا ، وَإِنَّهُ زَنَى بِامْرَأَتِهِ ، فَافْتَدَيْتُ مِنْهُ بِمِئَةِ شَاةٍ وَخَادِمٍ ، فَسَأَلْتُ رِجَالاً مِنْ أَهْلِ الْعِلْمِ ، فَأُخْبِرْتُ أَنَّ عَلَى ابْنِي جَلْدَ مِئَةٍ وَتَغْرِيبَ عَامٍ ، وَأَنَّ عَلَى امْرَأَةِ هَذَا الرَّجْمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لأَقْضِيَنَّ بَيْنَكُمَا بِكِتَابِ اللهِ ، الْمِئَةُ شَاةٍ وَالْخَادِمُ رَدٌّ عَلَيْكَ ، وَعَلَى ابْنِكَ جَلْدُ مِئَةٍ وَتَغْرِيبُ عَامٍ ، وَاغْدُ يَا أُنَيْسُ عَلَى امْرَأَةِ هَذَا ، فَإِنِ اعْتَرَفَتْ فَارْجُمْهَا. قَالَ هِشَامٌ : فَغَدَا عَلَيْهَا ، فَاعْتَرَفَتْ ، فَرَجَمَهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra, Zeyd ibn Xalid və Şibl ﵃ demişlər: “Biz Allah Elçisinin yanında idik. Bir kişi gəlib belə dedi: “Səni Allaha and verirəm, bizim aramızda Allahın Kitabı ilə hökm ver!” Onunla ixtilaf edən ondan daha anlayışlı idi. O dedi: “Bizim aramızda Allahın Kitabı ilə hökm ver və mənə izin ver ki, məsələni sənə danışım”. Allah Elçisi ﷺ də: “Danış!”- dedi. Həmin adam dedi: “Mənim oğlum bunun yanında çoban idi və onun zövcəsi ilə zina etdi. Bu səbəblə mən bu adama yüz qoyun və bir xidmətçi verərək oğlumu xilas etdim. Sonra mən elm əhlindən bir neçə nəfərdən soruşdum. Mənə dedilər ki, oğluma yüz şallaq və bir il sürgün düşür, bu adamın zövcəsinə isə rəcm cəzası düşür. Bundan sonra Allah Elçisi ﷺ buyurdu: “Canım Əlində olan Allaha and olsun! Şübhəsiz, mən aranızda Allahın Kitabı ilə hökm verəcəyəm. Verdiyin yüz qoyun və xidmətçi sənə qaytarılır, oğluna isə yüz çubuq vurmaq və bir il sürgün etmək lazımdır. Ey Uneys, o qadının yanına get. Əgər qadın günahını etiraf etsə, onu rəcm et!” Ravi Hişam deyir: “Uneys qadının yanına getdi və qadın günahını etiraf etdi. Uneys də onu rəcm etdi”.”

Zeyd ibn Xalid və Şibl
Səhihİbn Məcə, 2549 (Hədd cəzaları, 17)

حَدَّثَنَا بَكْرُ بْنُ خَلَفٍ أَبُو بِشْرٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، عَنْ حِطَّانَ بْنِ عَبْدِ اللهِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خُذُوا عَنِّي ، خُذُوا عَنِّي ، قَدْ جَعَلَ اللَّهُ لَهُنَّ سَبِيلاً , الْبِكْرُ بِالْبِكْرِ جَلْدُ مِئَةٍ وَتَغْرِيبُ سَنَةٍ ، وَالثَّيِّبُ بِالثَّيِّبِ جَلْدُ مِئَةٍ وَالرَّجْمُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Məndən götürün! Məndən götürün! Allah zina edən qadınlar üçün çıxış yolu göstərmişdir. Subayın subayla zina etməsinin cəzası yüz şallaq və bir il sürgün edilməkdir. Evlinin evli ilə zina etməsinin cəzası yüz şallaq vurulması və rəcm edilməsidir”.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2550 (Hədd cəzaları, 18)

Fəsil 8

Rəcm

بَابُ الرَّجْمِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنِ ابْنِ عَبَّاسٍ , قَالَ : قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ : لَقَدْ خَشِيتُ أَنْ يَطُولَ بِالنَّاسِ زَمَانٌ , حَتَّى يَقُولَ قَائِلٌ : مَا أَجِدُ الرَّجْمَ فِي كِتَابِ اللهِ ، فَيَضِلُّوا بِتَرْكِ فَرِيضَةٍ مِنْ فَرَائِضِ اللهِ ، أَلاَ وَإِنَّ الرَّجْمَ حَقٌّ ، إِذَا أُحْصِنَ الرَّجُلُ وَقَامَتِ الْبَيِّنَةُ ، أَوْ كَانَ حَمْلٌ أَوِ اعْتِرَافٌ ، وَقَدْ قَرَأْتُهَا : الشَّيْخُ وَالشَّيْخَةُ إِذَا زَنَيَا فَارْجُمُوهُمَا الْبَتَّةَ , رَجَمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَرَجَمْنَا بَعْدَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ömər ibn əl-Xattab dedi: “Şübhəsiz, mən uzun zaman keçəndən sonra bir adamın: “Mən Allahın Kitabında rəcm ayəsini tapa bilmirəm”- deyəcəyindən və bu səbəbdən camaatın da Allahın fərzlərindən birini tərk etməklə zəlalətə düşəcəyindən qorxuram. Bilin ki, əgər dörd kişi şahid və ya hamiləlik və ya etiraf olarsa, zina edən evli kişini rəcm etmək haqq olur. Həqiqətən, mən rəcm ayəsini oxumuşdum: “Evli kişi və evli qadın zina edərlərsə, onları rəcm edin”. Allah Elçisi ﷺ rəcm etmişdir, ondan sonra da biz rəcm etmişik”.”

İbn Abbas
Səhihİbn Məcə, 2553 (Hədd cəzaları, 21)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبَّادُ بْنُ الْعَوَّامِ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : جَاءَ مَاعِزُ بْنُ مَالِكٍ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : إِنِّي قَدْ زَنَيْتُ ، فَأَعْرَضَ عَنْهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، حَتَّى أَقَرَّ أَرْبَعَ مَرَّاتٍ ، فَأَمَرَ بِهِ أَنْ يُرْجَمَ ، فَلَمَّا أَصَابَتْهُ الْحِجَارَةُ , أَدْبَرَ يَشْتَدُّ ، فَلَقِيَهُ رَجُلٌ بِيَدِهِ لَحْيُ جَمَلٍ ، فَضَرَبَهُ , فَصَرَعَهُ ، فَذُكِرَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِرَارُهُ حِينَ مَسَّتْهُ الْحِجَارَةُ ، فَقَالَ : فَهَلاَّ تَرَكْتُمُوهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Maiz ibn Malik Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Mən zina etmişəm”. Allah Elçisi ﷺ üzünü ondan çevirdi. Maiz yenə dedi: “Həqiqətən, mən zina etmişəm”. Bu hal dörd dəfə təkrar olundu. Sonra Allah Elçisi ﷺ onun rəcm edilməsini əmr etdi. Maiz rəcm olunduğu zaman ona daş dəydikdə dözə bilməyib qaçmağa başladı. Əlində dəvənin çənə sümüyü olan bir kişi ona çatıb onu vurdu və yerə yıxdı. Sonradan onun daş dəyəndə qaçmaq istəməsi Peyğəmbərə ﷺ xəbər verildikdə Peyğəmbər ﷺ buyurdu: “Nəyə görə onun arxasınca getdiniz?!””

Əbu Hureyra
Səhihİbn Məcə, 2554 (Hədd cəzaları, 22)

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عُثْمَانَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا أَبُو عَمْرٍو , حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمُهَاجِرِ ، عَنْ عِمْرَانَ بْنِ الْحُصَيْنِ ، أَنَّ امْرَأَةً أَتَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَاعْتَرَفَتْ بِالزِّنَا ، فَأَمَرَ بِهَا فَشُكَّتْ عَلَيْهَا ثِيَابُهَا ، ثُمَّ رَجَمَهَا ، ثُمَّ صَلَّى عَلَيْهَا.

“İmran ibn əl-Husayn ﵁ rəvayət edir ki, bir dəfə bir qadın Peyğəmbərin ﷺ yanına gəlib zina etdiyini etiraf etdi. Peyğəmbər ﷺ ona üstündəki paltarı özünə bərk bağlamağı buyurdu, sonra qadını rəcm etdirdi. Sonra isə qadının cənazə namazını qıldı.”

İmran ibn əl-Husayn
Səhihİbn Məcə, 2555 (Hədd cəzaları, 23)

Fəsil 9

Yəhudi kişinin və qadının rəcm edilməsi

بَابُ رَجْمِ الْيَهُودِيِّ وَالْيَهُودِيَّةِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَجَمَ يَهُودِيَّيْنِ ، أَنَا فِيمَنْ رَجَمَهُمَا ، فَلَقَدْ رَأَيْتُهُ وَإِنَّهُ لَيَسْتُرُهَا مِنَ الْحِجَارَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ zina edən bir yəhudi kişi ilə yəhudi qadını rəcm etdirdi. Mən onları rəcm edənlərdən idim. Allaha and olsun ki, mən rəcm edilən kişinin özünü rəcm edilən qadına sipər etdiyini gördüm.”

İbn Ömər
Səhihİbn Məcə, 2556 (Hədd cəzaları, 24)

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُوسَى ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَجَمَ يَهُودِيًّا وَيَهُودِيَّةً.

“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ zina edən yəhudi kişi ilə yəhudi qadını rəcm etdirdi.”

Cabir ibn Səmura
Səhihİbn Məcə, 2557 (Hədd cəzaları, 25)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ , قَالَ : مَرَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِيَهُودِيٍّ مُحَمَّمٍ مَجْلُودٍ , فَدَعَاهُمْ فَقَالَ : هَكَذَا تَجِدُونَ فِي كِتَابِكُمْ حَدَّ الزَّانِي ؟ قَالُوا : نَعَمْ , فَدَعَا رَجُلاً مِنْ عُلَمَائِهِمْ , فَقَالَ : أَنْشُدُكَ بِاللَّهِ الَّذِي أَنْزَلَ التَّوْرَاةَ عَلَى مُوسَى ، أَهَكَذَا تَجِدُونَ حَدَّ الزَّانِي ؟ قَالَ : لاَ , وَلَوْلاَ أَنَّكَ نَشَدْتَنِي لَمْ أُخْبِرْكَ , نَجِدُ حَدَّ الزَّانِي فِي كِتَابِنَا الرَّجْمَ ، وَلَكِنَّهُ كَثُرَ فِي أَشْرَافِنَا , فَكُنَّا إِذَا أَخَذْنَا الشَّرِيفَ تَرَكْنَاهُ ، وَكُنَّا إِذَا أَخَذْنَا الضَّعِيفَ أَقَمْنَا عَلَيْهِ الْحَدَّ , فَقُلْنَا : تَعَالَوْا فَلْنَجْتَمِعْ عَلَى شَيْءٍ نُقِيمُهُ عَلَى الشَّرِيفِ وَالْوَضِيعِ ، فَاجْتَمَعْنَا عَلَى التَّحْمِيمِ وَالْجَلْدِ مَكَانَ الرَّجْمِ , فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اللَّهُمَّ إِنِّي أَوَّلُ مَنْ أَحْيَا أَمْرَكَ إِذْ أَمَاتُوهُ , وَأَمَرَ بِهِ فَرُجِمَ.

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ üzü kömürlə qaraldılmış və dəyənəklə döyülmüş bir yəhudi kişinin yanından keçdi. Sonra yəhudiləri çağırtdırıb onlara buyurdu: “Siz kitabınızda zina edənin cəzasının belə olduğunu bilirsiniz?” Yəhudilər: “Bəli”- dedilər. Peyğəmbər ﷺ də onların alimlərindən bir nəfəri çağırtdırıb dedi: “Musaya Tövratı endirən Allaha and verərək səndən soruşuram: siz kitabınızda zina edənin cəzasının belə olduğunu bilirsiniz?” Yəhudi dedi: “Əgər mənə belə bir and etdirməyin olmasaydı, mən həqiqəti sənə bildirməzdim. Biz Kitabımızda zina edənin cəzasının rəcm etmək olduğunu bilirik. Lakin şərəflilərimiz arasında rəcm cəzası çoxaldığına görə şərəflilərdən olan kimsəni zinaya görə tutduğumuzda onu buraxır, zəif bir kəsi zina günahı ilə tutduqda isə ona rəcm cəzasını tətbiq edirdik. Sonra biz: “gəlin, şərəflilərdən olana və olmayana tətbiq edəcəyimiz bir cəzada ittifaq edək”- dedik, sonra da rəcm cəzasını üzü kömürlə qaraldılmaq və dəyənəklə döymək cəzası vermədə ittifaq etdik”. Bundan sonra Peyğəmbər ﷺ: “Allahım, yəhudilərin Sənin əmrini öldürdükləri (tətbiq etmədikləri) vaxt Sənin əmrini ilk dirildən (tətbiq edən) mənəm”- buyurdu və zina edən yəhudinin rəcm edilməsinə hökm verdi. Bu hökm də icra edildi”.”

Bəra ibn Azib
Səhihİbn Məcə, 2558 (Hədd cəzaları, 26)

Fəsil 10

Zinakarlığı bilinən

بَابُ مَنْ أَظْهَرَ الْفَاحِشَةَ

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ الْوَلِيدِ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا زَيْدُ بْنُ يَحْيَى بْنِ عُبَيْدٍ ، حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي جَعْفَرٍ ، عَنْ أَبِي الأَسْوَدِ ، عَنْ عُرْوَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَوْ كُنْتُ رَاجِمًا أَحَدًا بِغَيْرِ بَيِّنَةٍ , لَرَجَمْتُ فُلاَنَةَ , فَقَدْ ظَهَرَ مِنْهَا الرِّيبَةُ فِي مَنْطِقِهَا وَهَيْئَتِهَا وَمَنْ يَدْخُلُ عَلَيْهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zina edən hər hansı bir adamı şahidsiz rəcm etsəydim, filan qadını rəcm edərdim, çünki danışığından, özünü aparmasından və yanına gələnlərə görə onun haqqında ciddi şübhə meydana gəlmişdir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2559 (Hədd cəzaları, 27)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ , قَالَ : ذَكَرَ ابْنُ عَبَّاسٍ الْمُتَلاَعِنَيْنِ ، فَقَالَ لَهُ ابْنُ شَدَّادٍ : هِيَ الَّتِي قَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَوْ كُنْتُ رَاجِمًا أَحَدًا بِغَيْرِ بَيِّنَةٍ لَرَجَمْتُهَا ؟ فَقَالَ ابْنُ عَبَّاسٍ : تِلْكَ امْرَأَةٌ أَعْلَنَتْ.

“Rəvayət edilir ki, əl-Qasim ibn Muhəmməd ﵀ demişdir: “Bir dəfə İbn Abbas qarşılıqlı şəkildə lənətləşən ər-arvad haqda danışdı. Bu vaxt İbn Şəddad dedi: “O qadın Allah Elçisinin ﷺ: “Zina edən hər hansı bir adamı şahidsiz rəcm etmiş olsaydım, bu qadını rəcm edərdim”- dediyi qadındır?” İbn Abbas dedi: “Xeyr, sənin dediyin qadın pis hərəkətlərinin əlamətlərini aşkara vuran qadındır”.”

əl-Qasim ibn Muhəmməd
Səhihİbn Məcə, 2560 (Hədd cəzaları, 28)

Fəsil 11

Lut qövmünün etdiyini edən

بَابُ مَنْ عَمِلَ عَمَلَ قَوْمِ لُوطٍ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، وَأَبُو بَكْرِ بْنُ خَلاَّدٍ , قَالاَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيرِ بْنُ مُحَمَّدٍ ، عَنْ عَمْرِو بْنِ أَبِي عَمْرٍو ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ وَجَدْتُمُوهُ يَعْمَلُ عَمَلَ قَوْمِ لُوطٍ ، فَاقْتُلُوا الْفَاعِلَ وَالْمَفْعُولَ بِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kimin Lut qövmünün əməlini etdiyini bilsəniz, edəni də, etdirəni də öldürün”.”

İbn Abbas
Səhihİbn Məcə, 2561 (Hədd cəzaları, 29)

حَدَّثَنَا أَزْهَرُ بْنُ مَرْوَانَ ، حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا الْقَاسِمُ بْنُ عَبْدِ الْوَاحِدِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَى أُمَّتِي عَمَلُ قَوْمِ لُوطٍ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimin içində ən çox qorxduğum şeylərdən biri də, Lut qövmünün əməlini etmələridir”.”

Cabir ibn Abdullah
Həsənİbn Məcə, 2563 (Hədd cəzaları, 31)

Fəsil 12

Cariyələrə hədd cəzasının tətbiqi

بَابُ إِقَامَةِ الْحُدُودِ عَلَى الإِمَاءِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، وَزَيْدِ بْنِ خَالِدٍ ، وَشِبْلٍ , قَالُوا : كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَسَأَلَهُ رَجُلٌ عَنِ الأَمَةِ تَزْنِي قَبْلَ أَنْ تُحْصَنَ ، فَقَالَ : اجْلِدْهَا ، فَإِنْ زَنَتْ فَاجْلِدْهَا , ثُمَّ قَالَ فِي الثَّالِثَةِ أَوْ فِي الرَّابِعَةِ : فَبِعْهَا وَلَوْ بِحَبْلٍ مِنْ شَعَرٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra, Zeyd ibn Xalid və Şibl ﵃ demişlər: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında idik. Bu əsnada ondan evlənmədən öncə zina edən cariyənin cəzasının nə olması soruşuldu. Allah Elçisi ﷺ buyurdu: “Zina etməsi dəqiqdirsə, həmin cariyəyə əlli şallaq vurmaqla döy. Əgər yenə zina edərsə, (yenə əlli şallaq vurmaqla) döy”. Sonra üç və ya dördüncü dəfə də belə dedi: “Cariyə yenə zina edərsə, artıq eybini bildirərək onu nazik bir ip dəyərində olsa belə, sat”.”

Zeyd ibn Xalid və Şibl
Səhihİbn Məcə, 2565 (Hədd cəzaları, 33)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عَمَّارِ بْنِ أَبِي فَرْوَةَ ، أَنَّ مُحَمَّدَ بْنَ مُسْلِمٍ حَدَّثَهُ , أَنَّ عُرْوَةَ حَدَّثَهُ ، أَنَّ عَمْرَةَ بِنْتَ عَبْدِ الرَّحْمَنِ حَدَّثَتْهُ ، أَنَّ عَائِشَةَ حَدَّثَتْهَا , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا زَنَتِ الأَمَةُ فَاجْلِدُوهَا ، فَإِنْ زَنَتْ فَاجْلِدُوهَا ، فَإِنْ زَنَتْ فَاجْلِدُوهَا ، ثُمَّ بِيعُوهَا وَلَوْ بِضَفِيرٍ. وَالضَّفِيرُ : الْحَبْلُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cariyə zina edərsə, onu əlli şallaq vurmaqla döyün. Əgər yenə zina edərsə, (yenə əlli şallaq vurmaqla) döyün. Sonra yenə zina edərsə, yenə əlli şallaq vurmaqla döyün, sonra da eybini bəyan edərək onu bükülmüş bir ip dəyərində olsa belə, satın”. Hədisdəki “əd-dafi:r” sözü “ip” mənasındadır.”

Aişə
Səhihİbn Məcə, 2566 (Hədd cəzaları, 34)

Fəsil 13

Namuslu adamı zinada ittiham edənin hədd cəzası

بَابُ حَدِّ الْقَذْفِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ , قَالَتْ : لَمَّا نَزَلَ عُذْرِي , قَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى الْمِنْبَرِ , فَذَكَرَ ذَلِكَ وَتَلاَ الْقُرْآنَ ، فَلَمَّا نَزَلَ , أَمَرَ بِرَجُلَيْنِ وَامْرَأَةٍ فَضُرِبُوا حَدَّهُمْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənim bəraətim haqda ayələr nazil olduqda Allah Elçisi ﷺ minbərə çıxıb bu haqda olan Quran ayələrini oxudu. Sonra yerə düşərək iki kişinin və bir qadının namuslu insanı zinada ittiham etdiklərinə görə hədd cəzasına uyğun cəzalandırmalarını əmr etdi”.”

Aişə
Həsənİbn Məcə, 2567 (Hədd cəzaları, 35)

Fəsil 14

Sərxoşun hədd cəzası

بَابُ حَدِّ السَّكْرَانِ

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُوسَى ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي حَصِينٍ ، عَنْ عُمَيْرِ بْنِ سَعِيدٍ (ح) وحَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدٍ الزُّهْرِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، حَدَّثَنَا مُطَرِّفٌ , سَمِعْتُهُ عَنْ عُمَيْرِ بْنِ سَعِيدٍ , قَالَ : قَالَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ : مَا كُنْتُ أَدِي مَنْ أَقَمْتُ عَلَيْهِ الْحَدَّ ، إِلاَّ شَارِبَ الْخَمْرِ ، فَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَمْ يَسُنَّ فِيهِ شَيْئًا ، إِنَّمَا هُوَ شَيْءٌ جَعَلْنَاهُ نَحْنُ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Hədd cəzasını tətbiq etdiyim heç kimin qanbahasını verən deyiləm. Yalnız sərxoşedici içki içənə cəza verilən vaxt ölənin qanbahasını ödəyərəm. Çünki Allah Elçisi ﷺ sərxoşedici içki içən haqda müəyyən bir hədd qoymamışdır, ona görə də ona vurulacaq şallağın sayını özümüz təyin etmişik”.”

Əli ibn Əbu Talib
Səhihİbn Məcə, 2569 (Hədd cəzaları, 37)

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، حَدَّثَنَا سَعِيدٌ (ح) وحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامٍ الدَّسْتُوَائِيِّ ؛ جَمِيعًا عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ , قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَضْرِبُ فِي الْخَمْرِ بِالنِّعَالِ وَالْجَرِيدِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ sərxoşedici içki içəni ayaqqabılarla və yarpaqları soyulmuş xurma budaqları ilə döyməyi əmr edərdi”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2570 (Hədd cəzaları, 38)

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الدَّانَاجِ , سَمِعْتُ حُضَيْنَ بْنَ الْمُنْذِرِ الرَّقَاشِيَّ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْمُخْتَارِ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ فَيْرُوزَ الدَّانَاجُ , قَالَ : حَدَّثَنِي حُضَيْنُ بْنُ الْمُنْذِرِ , قَالَ : لَمَّا جِيءَ بِالْوَلِيدِ بْنِ عُقْبَةَ إِلَى عُثْمَانَ قَدْ شَهِدُوا عَلَيْهِ ، قَالَ لِعَلِيٍّ : دُونَكَ ابْنَ عَمِّكَ ، فَأَقِمْ عَلَيْهِ الْحَدَّ ، فَجَلَدَهُ عَلِيٌّ , وَقَالَ : جَلَدَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَرْبَعِينَ ، وَجَلَدَ أَبُو بَكْرٍ أَرْبَعِينَ ، وَجَلَدَ عُمَرُ ثَمَانِينَ ، وَكُلٌّ سُنَّةٌ.

“Rəvayət edilir ki, Hudeyn ibn əl-Munzir ﵀ demişdir: “əl-Valid ibn Uqbə Osman ibn Əffanın yanına gətirilərək şahidlər onun əleyhinə ifadə verdikdə Osman Əliyə dedi: “Əmin oğlunu götür və ona (sərxoşedici içki içdiyinə görə) hədd cəzasını yerinə yetir”. Əli də onu şallaqlatdırdı və dedi: “Allah Elçisi ﷺ (sərxoşedici içki içənə) qırx şallaq vurdurdu, Əbu Bəkr də qırx şallaq vurdurdu. Ömər isə səksən şallaq vurdurdu. Qırx şallaq da, səksən şallaq da sünnədir”.”

Hudeyn ibn əl-Munzir
Səhihİbn Məcə, 2571 (Hədd cəzaları, 39)

Fəsil 15

Dəfələrlə sərxoşedici içki içən

بَابُ مَنْ شَرِبَ الْخَمْرَ مِرَارًا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ ، عَنِ ابْنِ أَبِي ذِئْبٍ ، عَنِ الْحَارِثِ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا سَكِرَ فَاجْلِدُوهُ ، فَإِنْ عَادَ فَاجْلِدُوهُ ، فَإِنْ عَادَ فَاجْلِدُوهُ , ثُمَّ قَالَ فِي الرَّابِعَةِ : فَإِنْ عَادَ فَاضْرِبُوا عُنُقَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Adam sərxoş olarsa, onu şallaqlayın. Əgər yenə sərxoş olarsa, yenə şallaqlayın. Sonra yenə sərxoş olarsa, yenə şallaqlayın”. Dördüncü dəfə Allah Elçisi ﷺ buyurdu: “Əgər yenə sərxoş olarsa, onun boynunu vurun”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2572 (Hədd cəzaları, 40)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا شُعَيْبُ بْنُ إِسْحَاقَ ، حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، عَنْ عَاصِمِ بْنِ بَهْدَلَةَ ، عَنْ ذَكْوَانَ أَبِي صَالِحٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ أَبِي سُفْيَانَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا شَرِبُوا الْخَمْرَ فَاجْلِدُوهُمْ ، ثُمَّ إِذَا شَرِبُوا فَاجْلِدُوهُمْ ، ثُمَّ إِذَا شَرِبُوا فَاجْلِدُوهُمْ ، ثُمَّ إِذَا شَرِبُوا فَاقْتُلُوهُمْ.

“Müaviyə ibn Əbu Süfyan ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kişilər sərxoşedici içki içərlərsə, onları şallaqlayın. Əgər yenə sərxoşedici içki içərlərsə, onları şallaqlayın. Sonra yenə sərxoşedici içki içərlərsə, yenə şallaqlayın. Sonra yenə içərlərsə, onları qətl edin”.”

Müaviyə ibn Əbu Süfyan
Səhihİbn Məcə, 2573 (Hədd cəzaları, 41)

Fəsil 16

Hədd cəzası vacib olan qoca və xəstə

بَابُ الْكَبِيرِ وَالْمَرِيضِ يَجِبُ عَلَيْهِ الْحَدُّ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنْ يَعْقُوبَ بْنِ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، عَنْ سَعِيدِ بْنِ سَعْدِ بْنِ عُبَادَةَ , قَالَ : كَانَ بَيْنَ أَبْيَاتِنَا رَجُلٌ مُخْدَجٌ ضَعِيفٌ ، فَلَمْ يُرَعْ إِلاَّ وَهُوَ عَلَى أَمَةٍ مِنْ إِمَاءِ الدَّارِ يَخْبُثُ بِهَا ، فَرَفَعَ شَأْنَهُ سَعْدُ بْنُ عُبَادَةَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : اجْلِدُوهُ ضَرْبَ مِئَةِ سَوْطٍ , قَالُوا : يَا نَبِيَّ اللهِ ، هُوَ أَضْعَفُ مِنْ ذَلِكَ ، لَوْ ضَرَبْنَاهُ مِئَةَ سَوْطٍ مَاتَ ، قَالَ فَخُذُوا لَهُ عِثْكَالاً فِيهِ مِئَةُ شِمْرَاخٍ فَاضْرِبُوهُ ضَرْبَةً وَاحِدَةً.

“Rəvayət edilir ki, Səid ibn Səd ibn Ubadə ﵁ demişdir: “Evlərimizin arasında bədəni şikəst olan zəif bir adam var idi. Bir dəfə cariyələrdən biri ilə pis vəziyyətdə tutuldu. Atam Səd ibn Ubadə onun halını Allah Elçisinə ﷺ dedikdə o buyurdu: “Ona yüz şallaq vurun”. Səhabələr dedilər: “Ey Allahın Peyğəmbəri, həmin adam bu şallaqlara dözə bilməyəcək qədər zəifdir. Ona yüz şallaq vursaq, ölər”. Allah Elçisi ﷺ buyurdu: “Onda onun üçün yüz salxım saxlayan xurma budağı tapıb onu bu budaqla bir dəfə vurun”.”

Səid ibn Səd ibn Ubadə
Səhihİbn Məcə, 2574 (Hədd cəzaları, 42)

Fəsil 17

Möminlərin üstünə silah çəkən

بَابُ مَنْ شَهَرَ السِّلاَحَ

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي حَازِمٍ ، عَنْ سُهَيْلِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ (ح) قَالَ : وحَدَّثَنَا الْمُغِيرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ (ح) قَالَ : وحَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ ، عَنْ أَبِي مَعْشَرٍ ، عَنْ مُحَمَّدِ بْنِ كَعْبٍ ، وَمُوسَى بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ حَمَلَ عَلَيْنَا السِّلاَحَ فَلَيْسَ مِنَّا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim bizim üstümüzə silah çəkərsə, bizdən deyil”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2575 (Hədd cəzaları, 43)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ الْبَرَّادِ بْنِ يُوسُفَ بْنِ أَبِي بُرْدَةَ بْنِ أَبِي مُوسَى الأَشْعَرِيِّ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ حَمَلَ عَلَيْنَا السِّلاَحَ فَلَيْسَ مِنَّا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bizim üstümüzə silah çəkərsə, bizdən deyil”.”

İbn Ömər
Səhihİbn Məcə, 2576 (Hədd cəzaları, 44)

حَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، وَأَبُو كُرَيْبٍ ، وَيُوسُفُ بْنُ مُوسَى ، وَعَبْدُ اللهِ بْنُ الْبَرَّادِ , قَالُوا : حَدَّثَنَا أَبُو أُسَامَةُ ، عَنْ بُرَيْدٍ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ شَهَرَ عَلَيْنَا السِّلاَحَ فَلَيْسَ مِنَّا.

“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bizim üstümüzə silah çəkərsə, bizdən deyil”.”

Əbu Musa əl-Əşari
Səhihİbn Məcə, 2577 (Hədd cəzaları, 45)

Fəsil 18

Yer üzərində hərb edən və fəsad törətməyə çalışan

بَابُ مَنْ حَارَبَ وَسَعَى فِي الأَرْضِ فَسَادًا

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ أُنَاسًا مِنْ عُرَيْنَةَ قَدِمُوا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَاجْتَوَوْا الْمَدِينَةَ ، فَقَالَ : لَوْ خَرَجْتُمْ إِلَى ذَوْدٍ لَنَا ، فَشَرِبْتُمْ مِنْ أَلْبَانِهَا وَأَبْوَالِهَا , فَفَعَلُوا , فَارْتَدُّوا عَنِ الإِسْلاَمِ ، وَقَتَلُوا رَاعِيَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَاسْتَاقُوا ذَوْدَهُ ، فَبَعَثَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي طَلَبِهِمْ ، فَجِيءَ بِهِمْ ، فَقَطَعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ , وَسَمَرَ أَعْيُنَهُمْ , وَتَرَكَهُمْ بِالْحَرَّةِ حَتَّى مَاتُوا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Ureynə tayfasından olanlar Allah Elçisinin ﷺ yanına gəldilər, lakin Mədinədə qalmaq istəmədilər. Allah Elçisi ﷺ onlara dedi: “Bizim bir dəvə sürüsünün olduğu yerə gedib dəvələrin südlərindən və sidiklərindən için”. Onlar belə də etdilər. Sağalandan sonra isə İslamdan çıxıb Allah Elçisinin ﷺ çobanını öldürdülər və dəvələri sürüb özləri ilə apardılar. Allah Elçisi ﷺ onları tutmaq üçün bir dəstə göndərdi. Onlar tutulub Allah Elçisinin ﷺ hüzuruna gətirildilər. Allah Elçisi ﷺ onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini çıxartdırdı və onları Hərra deyilən yerdə ölənə qədər tərk etdi.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2578 (Hədd cəzaları, 46)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى , قَالاَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ أَبِي الْوَزِيرِ ، حَدَّثَنَا الدَّرَاوَرْدِيُّ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ قَوْمًا أَغَارُوا عَلَى لِقَاحِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَطَعَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ , وَسَمَلَ أَعْيُنَهُمْ.

“Aişə ﵂ rəvayət edir ki, bir toplum Allah Elçisinin ﷺ sağmal dəvələrinə hücum etdi. Peyğəmbər ﷺ onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini çıxartdırdı.”

Aişə
Səhihİbn Məcə, 2579 (Hədd cəzaları, 47)

Fəsil 19

Kim malını qoruyaraq öldürülərsə, şəhiddir

بَابُ مَنْ قُتِلَ دُونَ مَالِهِ فَهُوَ شَهِيدٌ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ طَلْحَةَ بْنِ عَبْدِ اللهِ بْنِ عَوْفٍ ، عَنْ سَعِيدِ بْنِ زَيْدِ بْنِ عَمْرِو بْنِ نُفَيْلٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ قُتِلَ دُونَ مَالِهِ فَهُوَ شَهِيدٌ.

“Səid ibn Zeyd ibn Amr ibn Nufeyl ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim malını qoruyaraq öldürülərsə, şəhiddir”.”

Səid ibn Zeyd ibn Amr ibn Nufeyl
Səhihİbn Məcə, 2580 (Hədd cəzaları, 48)

حَدَّثَنَا الْخَلِيلُ بْنُ عَمْرٍو ، حَدَّثَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ سِنَانٍ الْجَزَرِيُّ ، عَنْ مَيْمُونِ بْنِ مِهْرَانَ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أُتِيَ عِنْدَ مَالِهِ ، فَقُوتِلَ فَقَاتَلَ فَقُتِلَ ، فَهُوَ شَهِيدٌ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir kəsin malının qəsb edilməsi üçün onunla döyüşülər, o da malını qorumaq üçün döyüşər və öldürülərsə, şəhiddir”.”

İbn Ömər
Səhihİbn Məcə, 2581 (Hədd cəzaları, 49)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْمُطَّلِبِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَسَنِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أُرِيدَ مَالُهُ ظُلْمًا فَقُتِلَ ، فَهُوَ شَهِيدٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin malı haqsız yerə ondan götürülər və öldürülərsə, o adam şəhiddir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2582 (Hədd cəzaları, 50)

Fəsil 20

Oğurluq edənin hədd cəzası

بَابُ حَدِّ السَّارِقِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَعَنَ اللَّهُ السَّارِقَ , يَسْرِقُ الْبَيْضَةَ فَتُقْطَعُ يَدُهُ ، وَيَسْرِقُ الْحَبْلَ فَتُقْطَعُ يَدُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah oğurluq edənə lənət etsin. O, yumurta oğurlayır, buna görə onun əli kəsilər, ip oğurlayır, buna görə onun əli kəsilər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2583 (Hədd cəzaları, 51)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَطَعَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي مِجَنٍّ قِيمَتُهُ ثَلاَثَةُ دَرَاهِمَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ dəyəri üç dirhəm olan qalxanın oğurlanmasına görə oğrunun əlini kəsdirdi”.”

İbn Ömər
Səhihİbn Məcə, 2584 (Hədd cəzaları, 52)

حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، أَنَّ عَمْرَةَ أَخْبَرَتْهُ عَنْ عَائِشَةَ قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تُقْطَعُ الْيَدُ إِلاَّ فِي رُبُعِ دِينَارٍ فَصَاعِدًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Oğrunun əli yalnız dörddəbir dinar və daha çox dəyəri olan malın oğurlanmasına görə kəsilir”.”

Aişə
Səhihİbn Məcə, 2585 (Hədd cəzaları, 53)

Fəsil 21

Əmanətə xəyanət edən, malı qəsb edən və əl cəldliyi ilə hiss olunmadan oğurluq edən

بَابُ الْخَائِنِ وَالْمُنْتَهِبِ وَالْمُخْتَلِسِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَاصِمٍ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يُقْطَعُ الْخَائِنُ ، وَلاَ الْمُنْتَهِبُ ، وَلاَ الْمُخْتَلِسُ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Nə əmanətə xəyanət edənin, nə malı qəsb edənin və nə də əl cəldliyi ilə hiss olunmadan oğurluq edənin əli kəsilir”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 2591 (Hədd cəzaları, 59)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَاصِمِ بْنِ جَعْفَرٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا الْمُفَضَّلُ بْنُ فَضَالَةَ ، عَنْ يُونُسَ بْنِ يَزِيدَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، عَنْ أَبِيهِ , قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لَيْسَ عَلَى الْمُخْتَلِسِ قَطْعٌ.

“İbrahim ibn Abdur-Rahmən ibn Auf atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Əl cəldliyi ilə hiss olunmadan oğurluq edənə əl kəsilməsi cəzası tətbiq olumur”.”

İbrahim ibn Abdur-Rahmən ibn Auf atasından
Səhihİbn Məcə, 2592 (Hədd cəzaları, 60)

Fəsil 22

Ağac üzərində olan meyvəni və xurma ağacının başında çıxan yeməli hissəni oğurlayanın əli kəsilmir

بَابُ لاَ يُقْطَعُ فِي ثَمَرٍ وَلاَ كَثَرٍ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ عَمِّهِ وَاسِعِ بْنِ حَبَّانَ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ قَطْعَ فِي ثَمَرٍ وَلاَ كَثَرٍ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dərilən meyvə və xurma salxımına görə əl kəsilmir”.”

Rafi ibn Xadic
Səhihİbn Məcə, 2593 (Hədd cəzaları, 61)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سَعْدُ بْنُ سَعِيدٍ الْمَقْبُرِيُّ ، عَنْ أَخِيهِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ قَطْعَ فِي ثَمَرٍ وَلاَ كَثَرٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ağac üzərində olan meyvəni və xurma ağacının başında çıxan yeməli hissəni oğurlayanın əli kəsilmir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2594 (Hədd cəzaları, 62)

Fəsil 23

Bir malı qorunan yerdən oğurlayan

بَابُ مَنْ سَرَقَ مِنَ الْحِرْزِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ صَفْوَانَ ، عَنْ أَبِيهِ ، أَنَّهُ نَامَ فِي الْمَسْجِدِ , وَتَوَسَّدَ رِدَاءَهُ ، فَأُخِذَ مِنْ تَحْتِ رَأْسِهِ ، فَجَاءَ بِسَارِقِهِ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَمَرَ بِهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يُقْطَعَ ، فَقَالَ صَفْوَانُ : يَا رَسُولَ اللهِ ، لَمْ أُرِدْ هَذَا ، رِدَائِي عَلَيْهِ صَدَقَةٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَهَلاَّ قَبْلَ أَنْ تَأْتِيَنِي بِهِ.

“Abdullah ibn Safvən atasından ﵁ rəvayət edir ki, bir dəfə o, məsciddə ridasını başının altına qoyub yatmışdı. Onun ridası başının altından oğurlandı və o, ridanı oğurlayan adamla birgə Allah Elçisinin ﷺ yanına gəldi. Allah Elçisi ﷺ onun əlinin kəsilməsini əmr etdi. Safvən dedi: “Ey Allah Elçisi, mən bunu istəmirdim. Ridam ona sədəqə olsun“. Allah Elçisi ﷺ dedi: “Bəs niyə onu mənim yanıma gətirməmişdən əvvəl etmədin?””

Abdullah ibn Safvən atasından
Səhihİbn Məcə, 2595 (Hədd cəzaları, 63)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنِ الْوَلِيدِ بْنِ كَثِيرٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَجُلاً مِنْ مُزَيْنَةَ سَأَلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الثِّمَارِ ، فَقَالَ : مَا أُخِذَ فِي أَكْمَامِهِ فَاحْتُمِلَ ، فَثَمَنُهُ وَمِثْلُهُ مَعَهُ ، وَمَا كَانَ فِي الْجِرَانِ ، فَفِيهِ الْقَطْعُ , إِذَا بَلَغَ ثَمَنَ الْمِجَنِّ ، وَإِنْ أَكَلَ وَلَمْ يَأْخُذْ ، فَلَيْسَ عَلَيْهِ , قَالَ : الشَّاةُ الْحَرِيسَةُ مِنْهُنَّ يَا رَسُولَ اللهِ ، ؟ قَالَ : ثَمَنُهَا وَمِثْلُهُ مَعَهُ وَالنَّكَالُ ، وَمَا كَانَ فِي الْمُرَاحِ ، فَفِيهِ الْقَطْعُ ، إِذَا كَانَ مَا يَأْخُذُ مِنْ ذَلِكَ ثَمَنَ الْمِجَنِّ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Muzeynədən olan bir kişi Peyğəmbərdən ﷺ meyvə oğurlamağın hökmünü soruşduqda o buyurdu: “Ağacın üstündə olan meyvələri oğurlayana, meyvələrin dəyəri və bir qatı da əlavə olaraq ödətdirilir. Xırmanda yığılan meyvələri oğurlayanın isə hədd cəzası olaraq əli kəsilir. (Kasıb olan adam) meyvədən yesə və bundan bir şey götürüb aparmazsa, ona (bir cəza) lazım deyil”. Kişi dedi: “Bəs otlaqdan oğurlanan qoyun haqda nə deyirsən, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “(Oğurlayana) qoyunun dəyəri, əlavə olaraq bir qatı və cəza var. Tövlədə olan qoyunu oğurlamağa görə isə əgər qoyunun dəyəri qalxandan baha olarsa, əlin kəsilməsi cəzası var”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2596 (Hədd cəzaları, 64)

Fəsil 24

Hədd cəzasının məscidlərdə tətbiq edilməsinin qadağan olunması

بَابُ النَّهْيِ عَنْ إِقَامَةِ الْحُدُودِ فِي الْمَسَاجِدِ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ (ح) وحَدَّثَنَا الْحَسَنُ بْنُ عَرَفَةَ ، حَدَّثَنَا أَبُو حَفْصٍ الأَبَّارُ ؛ جَمِيعًا عَنْ إِسْمَاعِيلَ بْنِ مُسْلِمٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تُقَامُ الْحُدُودُ فِي الْمَسَاجِدِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hədd cəzası məscidlərdə tətbiq edilmir”.”

İbn Abbas
Həsənİbn Məcə, 2599 (Hədd cəzaları, 67)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ لَهِيعَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، أَنَّهُ سَمِعَ عَمْرَو بْنَ شُعَيْبٍ يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ جَلْدِ الْحَدِّ فِي الْمَسَاجِدِ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ hədd cəzasının məscidlərdə tətbiq edilməsini qadağan etmişdir.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2600 (Hədd cəzaları, 68)

Fəsil 25

Təzir cəzası

بَابُ التَّعْزِيرِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ بُكَيْرِ بْنِ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي بُرْدَةَ بْنِ نِيَارٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يَقُولُ : لاَ يُجْلَدُ أَحَدٌ فَوْقَ عَشْرِ جَلَدَاتٍ ، إِلاَّ فِي حَدٍّ مِنْ حُدُودِ اللَّهِ.

“Bureydə ibn Niyar ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurardı: “Allahın qoyduğu hədd cəzalarından başqa heç bir cəzada heç kimə on şallaqdan artıq vurmaq olmaz”.”

Əbu Burdə ibn Niyar
Səhihİbn Məcə, 2601 (Hədd cəzaları, 69)

Fəsil 26

Hədd cəzası günaha kəffarədir

بَابُ الْحَدِّ كَفَّارَةٌ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، وَابْنُ أَبِي عَدِيٍّ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الأَشْعَثِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَصَابَ مِنْكُمْ حَدًّا , فَعُجِّلَتْ لَهُ عُقُوبَتُهُ ، فَهُوَ كَفَّارَتُهُ ، وَمَنْ لاَ , فَأَمْرُهُ إِلَى اللَّهِ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimə (etdiyi günahına görə) hədd cəzası tətbiq edilərsə, o cəza onun günahı üçün kəffarə olar. Kimə hədd cəzası tətbiq edilməzsə, onun işi Allaha qalar”.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2603 (Hədd cəzaları, 71)

Fəsil 27

Zövcəsinin yanında başqa kişi görən adam

بَابُ الرَّجُلِ يَجِدُ مَعَ امْرَأَتِهِ رَجُلاً

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، وَمُحَمَّدُ بْنُ عُبَيْدٍ الْمَدِينِيُّ أَبُو عُبَيْدٍ , قَالاَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ سَعْدَ بْنَ عُبَادَةَ الأَنْصَارِيَّ , قَالَ : يَا رَسُولَ اللهِ ، الرَّجُلُ يَجِدُ مَعَ امْرَأَتِهِ رَجُلاً ، أَيَقْتُلُهُ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ , قَالَ سَعْدٌ : بَلَى ، وَالَّذِي أَكْرَمَكَ بِالْحَقِّ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اسْمَعُوا مَا يَقُولُ سَيِّدُكُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Səd ibn Ubadə əl-Ənsari dedi: “Ey Allahın Elçisi, zövcəsinin yanında başqa kişi görən adam onu öldürə bilərmi?” Allah Elçisi ﷺ: “Xeyr” cavabını verdi. Səd dedi: “Səni haqq ilə Kəramətləndirənə and olsun, adam onu (qısqanclığına görə) öldürər”. Allah Elçisi ﷺ buyurdu: “Böyüyünüzün (Sadın) dediyini eşitdiniz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2605 (Hədd cəzaları, 73)

Fəsil 28

Atasının ölümündən sonra atasının digər zövcəsilə evlənən

بَابُ مَنْ تَزَوَّجَ امْرَأَةَ أَبِيهِ بَعْدَهُ

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُوسَى ، حَدَّثَنَا هُشَيْمٌ (ح) وحَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ؛ جَمِيعًا عَنْ أَشْعَثَ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ , قَالَ : مَرَّ بِي خَالِي ، سَمَّاهُ هُشَيْمٌ فِي حَدِيثِهِ : الْحَارِثَ بْنَ عَمْرٍو ، وَقَدْ عَقَدَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِوَاءً ، فَقُلْتُ لَهُ : أَيْنَ تُرِيدُ ؟ فَقَالَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى رَجُلٍ تَزَوَّجَ امْرَأَةَ أَبِيهِ مِنْ بَعْدِهِ ، فَأَمَرَنِي أَنْ أَضْرِبَ عُنُقَهُ.

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Dayım mənim yanıma gəldi. Peyğəmbər ﷺ ona bir bayraq vermişdi. Mən dayıma dedim: “Hara getmək istəyirsən?” Dayım dedi: “Allah Elçisi ﷺ məni atasının ölümündən sonra onun digər zövcəsilə evlənən bir adamın yanına göndərdi və onun boynunu vurmağımı əmr etdi”.”

Bəra ibn Azib
Səhihİbn Məcə, 2607 (Hədd cəzaları, 75)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ابْنُ أَخِي الْحُسَيْنِ الْجُعْفِيِّ ، حَدَّثَنَا يُوسُفُ بْنُ مَنَازِلَ التَّيْمِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ خَالِدِ بْنِ أَبِي كَرِيمَةَ ، عَنْ مُعَاوِيَةَ بْنِ قُرَّةَ ، عَنْ أَبِيهِ , قَالَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى رَجُلٍ تَزَوَّجَ امْرَأَةَ أَبِيهِ ، أَنْ أَضْرِبَ عُنُقَهُ , وَأُصَفِّيَ مَالَهُ.

“Müaviyə ibn Qurra atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ məni atasının başqa zövcəsi ilə evlənən bir kişinin yanına onun boynunu vurmaq və malını müsadirə etmək üçün göndərdi”.”

Müaviyə ibn Qurra atasından
Səhihİbn Məcə, 2608 (Hədd cəzaları, 76)

Fəsil 29

Atasından başqasının onun atası olduğunu iddia edən şəxs və ya onu azad edəndən başqa adamın azad etməsini iddia edən kölə

بَابُ مَنِ ادَّعَى إِلَى غَيْرِ أَبِيهِ أَوْ تَوَلَّى غَيْرَ مَوَالِيهِ

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا ابْنُ أَبِي الضَّيْفِ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عُثْمَانَ بْنِ خُثَيْمٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنِ انْتَسَبَ إِلَى غَيْرِ أَبِيهِ , أَوْ تَوَلَّى غَيْرَ مَوَالِيهِ ، فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالْمَلاَئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Atasından başqasının onun atası olduğunu iddia edənin və ya onu azad edəndən başqa adamın azad etməsini iddia edən kölənin üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun!””

İbn Abbas
Səhihİbn Məcə, 2609 (Hədd cəzaları, 77)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ عَاصِمٍ الأَحْوَلِ ، عَنْ أَبِي عُثْمَانَ النَّهْدِيِّ , قَالَ : سَمِعْتُ سَعْدًا ، وَأَبَا بَكْرَةَ ، وَكُلُّ وَاحِدٍ مِنْهُمَا يَقُولُ : سَمِعَتْ أُذُنَايَ , وَوَعَى قَلْبِي مُحَمَّدًا صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنِ ادَّعَى إِلَى غَيْرِ أَبِيهِ وَهُوَ يَعْلَمُ أَنَّهُ غَيْرُ أَبِيهِ , فَالْجَنَّةُ عَلَيْهِ حَرَامٌ.

“Rəvayət edilir ki, Əbu Osman ən-Nəhdi ﵀ demişdir: “Mən ikisinin də - Səd və Əbu Bəkratənin belə dediklərini eşitdim: “Muhəmməd ﷺ belə buyurdu: “Kim bilə-bilə atasından başqasının onun atası olduğunu iddia edərsə, Cənnət ona haram olar”.”

Əbu Osman ən-Nəhdi
Səhihİbn Məcə, 2610 (Hədd cəzaları, 78)

Fəsil 30

Bir kişinin öz tayfasından olmadığını deyən

بَابُ مَنْ نَفَى رَجُلاً مِنْ قَبِيلَتِهِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ (ح) وحَدَّثَنَا هَارُونُ بْنُ حَيَّانَ ، أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْمُغِيرَةِ , قَالاَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَقِيلِ بْنِ طَلْحَةَ السُّلَمِيِّ ، عَنْ مُسْلِمِ بْنِ هَيْصَمٍ ، عَنِ الأَشْعَثِ بْنِ قَيْسٍ , قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي وَفْدِ كِنْدَةَ ، وَلاَ يَرَوْنِي أَفْضَلَهُمْ ، فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، أَلَسْتُمْ مِنَّا ؟ قَالَ : نَحْنُ بَنُو النَّضْرِ بْنِ كِنَانَةَ ، لاَ نَقْفُو أُمَّنَا ، وَلاَ نَنْتَفِي مِنْ أَبِينَا. قَالَ : فَكَانَ الأَشْعَثُ بْنُ قَيْسٍ يَقُولُ : لاَ أُوتَى بِرَجُلٍ نَفَى رَجُلاً مِنْ قُرَيْشٍ مِنَ النَّضْرِ بْنِ كِنَانَةَ , إِلاَّ جَلَدْتُهُ الْحَدَّ.

“Rəvayət edilir ki, əl-Əşas ibn Qeys ﵁ demişdir: “Mən öz elçilərinin arasında olan Allah Elçisinin ﷺ yanına gəldim, onlar məni özlərindən üstün görmürdülər. Mən dedim: “Ey Allahın Elçisi, siz bizdən deyilsinizmi?” Allah Elçisi ﷺ buyurdu: “Biz Bəni ən-Nədr ibn Kinanə tayfasındanıq. Biz anamızı namussuzluqda ittiham edə bilmərik, atalarımızı da inkar edə bilmərik”. Ravi deyir: “əl-Əşas ibn Qeys deyirdi: “Yanıma Qureyş qəbiləsindən olan hər hansı bir adamın ən-Nədr ibn Kinanə tayfasından olmadığını iddia edən kimsə gətirilsə, ona (iftira cəzası olaraq) hədd cəzası (səksən şallaq) tətbiq edərəm”.”

əl-Əşas ibn Qeys
Həsənİbn Məcə, 2612 (Hədd cəzaları, 80)

Fəsil 31

Muxannəs - qadın kimi olan kişilər

بَابُ الْمُخَنَّثِينَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ زَيْنَبَ بِنْتِ أُمِّ سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ دَخَلَ عَلَيْهَا , فَسَمِعَ مُخَنَّثًا وَهُوَ يَقُولُ لِعَبْدِ اللهِ بْنِ أَبِي أُمَيَّةَ : إِنْ يَفْتَحِ اللَّهُ الطَّائِفَ غَدًا ، دَلَلْتُكَ عَلَى امْرَأَةٍ تُقْبِلُ بِأَرْبَعٍ وَتُدْبِرُ بِثَمَانٍ , فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَخْرِجُوهُمْ مِنْ بُيُوتِكُمْ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ (Taif qalasının fəthi vaxtı) onun yanına gəldikdə (Ummu Sələmənin qardaşı Abdullah ibn Əbu Umeyyə və qadın kimi olan kişi köləsi orada idi) qadın kimi olan kölə Abdullah ibn Əbu Umeyyəyə: “Əgər sabah Allah Taifin fəthini nəsib etsə, sənə elə bir qadın göstərəcəyəm ki, səni dörd büküşlə qarşılayar, səkkiz büküşlə yola salar”- deyərkən Allah Elçisi ﷺ onu eşitdi və buyurdu: “Onları evlərinizdən çıxarın!””

Ummu Sələmə
Səhihİbn Məcə, 2614 (Hədd cəzaları, 82)