Yer üzərində hərb edən və fəsad törətməyə çalışan
حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ أُنَاسًا مِنْ عُرَيْنَةَ قَدِمُوا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَاجْتَوَوْا الْمَدِينَةَ ، فَقَالَ : لَوْ خَرَجْتُمْ إِلَى ذَوْدٍ لَنَا ، فَشَرِبْتُمْ مِنْ أَلْبَانِهَا وَأَبْوَالِهَا , فَفَعَلُوا , فَارْتَدُّوا عَنِ الإِسْلاَمِ ، وَقَتَلُوا رَاعِيَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَاسْتَاقُوا ذَوْدَهُ ، فَبَعَثَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي طَلَبِهِمْ ، فَجِيءَ بِهِمْ ، فَقَطَعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ , وَسَمَرَ أَعْيُنَهُمْ , وَتَرَكَهُمْ بِالْحَرَّةِ حَتَّى مَاتُوا.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Ureynə tayfasından olanlar Allah Elçisinin ﷺ yanına gəldilər, lakin Mədinədə qalmaq istəmədilər. Allah Elçisi ﷺ onlara dedi: “Bizim bir dəvə sürüsünün olduğu yerə gedib dəvələrin südlərindən və sidiklərindən için”. Onlar belə də etdilər. Sağalandan sonra isə İslamdan çıxıb Allah Elçisinin ﷺ çobanını öldürdülər və dəvələri sürüb özləri ilə apardılar. Allah Elçisi ﷺ onları tutmaq üçün bir dəstə göndərdi. Onlar tutulub Allah Elçisinin ﷺ hüzuruna gətirildilər. Allah Elçisi ﷺ onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini çıxartdırdı və onları Hərra deyilən yerdə ölənə qədər tərk etdi.”
İstinad
İbn Məcə, 2578 (Hədd cəzaları, 46)
Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər