Hədd cəzalarına aid fəsillər

Hədd cəzasını yerinə yetirməkdə vasitəçi olmaq

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ قُرَيْشًا أَهَمَّهُمْ شَأْنُ الْمَرْأَةِ الْمَخْزُومِيَّةِ الَّتِي سَرَقَتْ ، فَقَالُوا : مَنْ يُكَلِّمُ فِيهَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ فَقَالُوا : وَمَنْ يَجْتَرِئُ عَلَيْهِ إِلاَّ أُسَامَةُ بْنُ زَيْدٍ , حِبُّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَكَلَّمَهُ أُسَامَةُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَتَشْفَعُ فِي حَدٍّ مِنْ حُدُودِ اللهِ ؟ ثُمَّ قَامَ فَاخْتَطَبَ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنَّمَا هَلَكَ الَّذِينَ مِنْ قَبْلِكُمْ , أَنَّهُمْ كَانُوا إِذَا سَرَقَ فِيهِمُ الشَّرِيفُ تَرَكُوهُ ، وَإِذَا سَرَقَ فِيهِمُ الضَّعِيفُ أَقَامُوا عَلَيْهِ الْحَدَّ ، وَايْمُ اللهِ ، لَوْ أَنَّ فَاطِمَةَ بِنْتَ مُحَمَّدٍ سَرَقَتْ ، لَقَطَعْتُ يَدَهَا. قَالَ مُحَمَّدُ بْنُ رُمْحٍ : سَمِعْتُ اللَّيْثَ بْنَ سَعْدٍ يَقُولُ : قَدْ أَعَاذَهَا اللَّهُ عَزَّ وَجَلَّ أَنْ تَسْرِقَ ، قَدْ أَعَاذَهَا اللَّهُ عَزَّ وَجَلَّ أَنْ تَسْرِقَ ، وَكُلُّ مُسْلِمٍ يَنْبَغِي لَهُ أَنْ يَقُولَ هَذَا.

“Aişə ﵂ rəvayət edir ki, Bəni Məxzum tayfasından olan oğurluq etmiş bir qadının əməli Qureyş qəbiləsini kədərləndirmişdi. Onlar dedilər: “Kim bu qadın haqda Allah Elçisi ﷺ ilə danışa bilər?” Sonra dedilər: “Allah Elçisinin ﷺ ən çox istədiyi Usamə ibn Zeyddən başqa onunla kim danışa bilər ki?” Usamə Allah Elçisi ﷺ ilə danışdıqdan sonra Allah Elçisi ﷺ ona: “Sən Allahın hədd cəzalarından birinin tərk edilməsi üçün vasitəçi olursan?”- dedi, sonra ayağa qalxdı və belə bir xütbə dedi: “Ey insanlar! Sizdən əvvəlkiləri həlak edən şey aralarında şərəfli birisi oğurluq etdikdə ona dəyməmələri, zəif birisi oğurluq etdikdə isə onu cəzalandırmaları idi. Allaha and olsun, əgər Muhəmmədin qızı Fatimə oğurluq etsəydi, şübhəsiz, onun əlini kəsərdim“. Ravi Muhəmməd ibn Rumh deyir: “Mən əl-Leys ibn Sədin: “Şübhəsiz ki, Allah ﷿ onun qızını oğurluq etməkdən qorumuşdur”- dediyini eşitdim. Hər bir müsəlman da bunu söyləməlidir”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 2547 (Hədd cəzaları, 15)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər