Zina edənin cəzalandırılması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَهِشَامُ بْنُ عَمَّارٍ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ , قَالُوا : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، وَزَيْدِ بْنِ خَالِدٍ ، وَشِبْلٍ , قَالُوا : كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَأَتَاهُ رَجُلٌ فَقَالَ : أَنْشُدُكَ اللَّهَ ، إِلاَّ قَضَيْتَ بَيْنَنَا بِكِتَابِ اللهِ ، وَقَالَ خَصْمُهُ وَكَانَ أَفْقَهَ مِنْهُ : اقْضِ بَيْنَنَا بِكِتَابِ اللهِ ، وَأْذَنْ لِي حَتَّى أَقُولَ ، قَالَ : قُلْ , قَالَ : إِنَّ ابْنِي كَانَ عَسِيفًا عَلَى هَذَا ، وَإِنَّهُ زَنَى بِامْرَأَتِهِ ، فَافْتَدَيْتُ مِنْهُ بِمِئَةِ شَاةٍ وَخَادِمٍ ، فَسَأَلْتُ رِجَالاً مِنْ أَهْلِ الْعِلْمِ ، فَأُخْبِرْتُ أَنَّ عَلَى ابْنِي جَلْدَ مِئَةٍ وَتَغْرِيبَ عَامٍ ، وَأَنَّ عَلَى امْرَأَةِ هَذَا الرَّجْمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لأَقْضِيَنَّ بَيْنَكُمَا بِكِتَابِ اللهِ ، الْمِئَةُ شَاةٍ وَالْخَادِمُ رَدٌّ عَلَيْكَ ، وَعَلَى ابْنِكَ جَلْدُ مِئَةٍ وَتَغْرِيبُ عَامٍ ، وَاغْدُ يَا أُنَيْسُ عَلَى امْرَأَةِ هَذَا ، فَإِنِ اعْتَرَفَتْ فَارْجُمْهَا. قَالَ هِشَامٌ : فَغَدَا عَلَيْهَا ، فَاعْتَرَفَتْ ، فَرَجَمَهَا.
“Rəvayət edilir ki, Əbu Hureyra, Zeyd ibn Xalid və Şibl ﵃ demişlər: “Biz Allah Elçisinin yanında idik. Bir kişi gəlib belə dedi: “Səni Allaha and verirəm, bizim aramızda Allahın Kitabı ilə hökm ver!” Onunla ixtilaf edən ondan daha anlayışlı idi. O dedi: “Bizim aramızda Allahın Kitabı ilə hökm ver və mənə izin ver ki, məsələni sənə danışım”. Allah Elçisi ﷺ də: “Danış!”- dedi. Həmin adam dedi: “Mənim oğlum bunun yanında çoban idi və onun zövcəsi ilə zina etdi. Bu səbəblə mən bu adama yüz qoyun və bir xidmətçi verərək oğlumu xilas etdim. Sonra mən elm əhlindən bir neçə nəfərdən soruşdum. Mənə dedilər ki, oğluma yüz şallaq və bir il sürgün düşür, bu adamın zövcəsinə isə rəcm cəzası düşür. Bundan sonra Allah Elçisi ﷺ buyurdu: “Canım Əlində olan Allaha and olsun! Şübhəsiz, mən aranızda Allahın Kitabı ilə hökm verəcəyəm. Verdiyin yüz qoyun və xidmətçi sənə qaytarılır, oğluna isə yüz çubuq vurmaq və bir il sürgün etmək lazımdır. Ey Uneys, o qadının yanına get. Əgər qadın günahını etiraf etsə, onu rəcm et!” Ravi Hişam deyir: “Uneys qadının yanına getdi və qadın günahını etiraf etdi. Uneys də onu rəcm etdi”.”
İstinad
İbn Məcə, 2549 (Hədd cəzaları, 17)
Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər