Hədd cəzalarına aid fəsillər

Möminin eyibləri örtülməli və cəzalar şübhələr əsasında tətbiq edilməməlidir

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ الْجُمَحِيُّ ، حَدَّثَنَا الْحَكَمُ بْنُ أَبَانَ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ سَتَرَ عَوْرَةَ أَخِيهِ الْمُسْلِمِ ، سَتَرَ اللَّهُ عَوْرَتَهُ يَوْمَ الْقِيَامَةِ ، وَمَنْ كَشَفَ عَوْرَةَ أَخِيهِ الْمُسْلِمِ ، كَشَفَ اللَّهُ عَوْرَتَهُ ، حَتَّى يَفْضَحَهُ بِهَا فِي بَيْتِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim müsəlman qardaşının eybini örtərsə, Allah da Qiyamət günü onun eybini örtər. Kim müsəlman qardaşının eybini yayarsa, evində bağlı qalsa belə, Allah bu günahına görə onu rüsvay edərək eybini üzə çıxarar”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 2546 (Hədd cəzaları, 14)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər