Hədd cəzalarına aid fəsillər

Yəhudi kişinin və qadının rəcm edilməsi

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ , قَالَ : مَرَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِيَهُودِيٍّ مُحَمَّمٍ مَجْلُودٍ , فَدَعَاهُمْ فَقَالَ : هَكَذَا تَجِدُونَ فِي كِتَابِكُمْ حَدَّ الزَّانِي ؟ قَالُوا : نَعَمْ , فَدَعَا رَجُلاً مِنْ عُلَمَائِهِمْ , فَقَالَ : أَنْشُدُكَ بِاللَّهِ الَّذِي أَنْزَلَ التَّوْرَاةَ عَلَى مُوسَى ، أَهَكَذَا تَجِدُونَ حَدَّ الزَّانِي ؟ قَالَ : لاَ , وَلَوْلاَ أَنَّكَ نَشَدْتَنِي لَمْ أُخْبِرْكَ , نَجِدُ حَدَّ الزَّانِي فِي كِتَابِنَا الرَّجْمَ ، وَلَكِنَّهُ كَثُرَ فِي أَشْرَافِنَا , فَكُنَّا إِذَا أَخَذْنَا الشَّرِيفَ تَرَكْنَاهُ ، وَكُنَّا إِذَا أَخَذْنَا الضَّعِيفَ أَقَمْنَا عَلَيْهِ الْحَدَّ , فَقُلْنَا : تَعَالَوْا فَلْنَجْتَمِعْ عَلَى شَيْءٍ نُقِيمُهُ عَلَى الشَّرِيفِ وَالْوَضِيعِ ، فَاجْتَمَعْنَا عَلَى التَّحْمِيمِ وَالْجَلْدِ مَكَانَ الرَّجْمِ , فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اللَّهُمَّ إِنِّي أَوَّلُ مَنْ أَحْيَا أَمْرَكَ إِذْ أَمَاتُوهُ , وَأَمَرَ بِهِ فَرُجِمَ.

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ üzü kömürlə qaraldılmış və dəyənəklə döyülmüş bir yəhudi kişinin yanından keçdi. Sonra yəhudiləri çağırtdırıb onlara buyurdu: “Siz kitabınızda zina edənin cəzasının belə olduğunu bilirsiniz?” Yəhudilər: “Bəli”- dedilər. Peyğəmbər ﷺ də onların alimlərindən bir nəfəri çağırtdırıb dedi: “Musaya Tövratı endirən Allaha and verərək səndən soruşuram: siz kitabınızda zina edənin cəzasının belə olduğunu bilirsiniz?” Yəhudi dedi: “Əgər mənə belə bir and etdirməyin olmasaydı, mən həqiqəti sənə bildirməzdim. Biz Kitabımızda zina edənin cəzasının rəcm etmək olduğunu bilirik. Lakin şərəflilərimiz arasında rəcm cəzası çoxaldığına görə şərəflilərdən olan kimsəni zinaya görə tutduğumuzda onu buraxır, zəif bir kəsi zina günahı ilə tutduqda isə ona rəcm cəzasını tətbiq edirdik. Sonra biz: “gəlin, şərəflilərdən olana və olmayana tətbiq edəcəyimiz bir cəzada ittifaq edək”- dedik, sonra da rəcm cəzasını üzü kömürlə qaraldılmaq və dəyənəklə döymək cəzası vermədə ittifaq etdik”. Bundan sonra Peyğəmbər ﷺ: “Allahım, yəhudilərin Sənin əmrini öldürdükləri (tətbiq etmədikləri) vaxt Sənin əmrini ilk dirildən (tətbiq edən) mənəm”- buyurdu və zina edən yəhudinin rəcm edilməsinə hökm verdi. Bu hökm də icra edildi”.”

Bəra ibn Azib
Səhih

İstinad

İbn Məcə, 2558 (Hədd cəzaları, 26)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər