Hədd cəzalarına aid fəsillər

Sərxoşun hədd cəzası

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُوسَى ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي حَصِينٍ ، عَنْ عُمَيْرِ بْنِ سَعِيدٍ (ح) وحَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدٍ الزُّهْرِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، حَدَّثَنَا مُطَرِّفٌ , سَمِعْتُهُ عَنْ عُمَيْرِ بْنِ سَعِيدٍ , قَالَ : قَالَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ : مَا كُنْتُ أَدِي مَنْ أَقَمْتُ عَلَيْهِ الْحَدَّ ، إِلاَّ شَارِبَ الْخَمْرِ ، فَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَمْ يَسُنَّ فِيهِ شَيْئًا ، إِنَّمَا هُوَ شَيْءٌ جَعَلْنَاهُ نَحْنُ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Hədd cəzasını tətbiq etdiyim heç kimin qanbahasını verən deyiləm. Yalnız sərxoşedici içki içənə cəza verilən vaxt ölənin qanbahasını ödəyərəm. Çünki Allah Elçisi ﷺ sərxoşedici içki içən haqda müəyyən bir hədd qoymamışdır, ona görə də ona vurulacaq şallağın sayını özümüz təyin etmişik”.”

Əli ibn Əbu Talib
Səhih

İstinad

İbn Məcə, 2569 (Hədd cəzaları, 37)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər