Namuslu adamı zinada ittiham edənin hədd cəzası
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ , قَالَتْ : لَمَّا نَزَلَ عُذْرِي , قَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى الْمِنْبَرِ , فَذَكَرَ ذَلِكَ وَتَلاَ الْقُرْآنَ ، فَلَمَّا نَزَلَ , أَمَرَ بِرَجُلَيْنِ وَامْرَأَةٍ فَضُرِبُوا حَدَّهُمْ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənim bəraətim haqda ayələr nazil olduqda Allah Elçisi ﷺ minbərə çıxıb bu haqda olan Quran ayələrini oxudu. Sonra yerə düşərək iki kişinin və bir qadının namuslu insanı zinada ittiham etdiklərinə görə hədd cəzasına uyğun cəzalandırmalarını əmr etdi”.”
İstinad
İbn Məcə, 2567 (Hədd cəzaları, 35)
Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər