Hədd cəzalarına aid fəsillər

Atasından başqasının onun atası olduğunu iddia edən şəxs və ya onu azad edəndən başqa adamın azad etməsini iddia edən kölə

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا ابْنُ أَبِي الضَّيْفِ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عُثْمَانَ بْنِ خُثَيْمٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنِ انْتَسَبَ إِلَى غَيْرِ أَبِيهِ , أَوْ تَوَلَّى غَيْرَ مَوَالِيهِ ، فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالْمَلاَئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Atasından başqasının onun atası olduğunu iddia edənin və ya onu azad edəndən başqa adamın azad etməsini iddia edən kölənin üzərinə Allahın, mələklərin və bütün insanların lənəti olsun!””

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 2609 (Hədd cəzaları, 77)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər