Hədd cəzalarına aid fəsillər

Zövcəsinin yanında başqa kişi görən adam

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، وَمُحَمَّدُ بْنُ عُبَيْدٍ الْمَدِينِيُّ أَبُو عُبَيْدٍ , قَالاَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ سَعْدَ بْنَ عُبَادَةَ الأَنْصَارِيَّ , قَالَ : يَا رَسُولَ اللهِ ، الرَّجُلُ يَجِدُ مَعَ امْرَأَتِهِ رَجُلاً ، أَيَقْتُلُهُ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ , قَالَ سَعْدٌ : بَلَى ، وَالَّذِي أَكْرَمَكَ بِالْحَقِّ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اسْمَعُوا مَا يَقُولُ سَيِّدُكُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Səd ibn Ubadə əl-Ənsari dedi: “Ey Allahın Elçisi, zövcəsinin yanında başqa kişi görən adam onu öldürə bilərmi?” Allah Elçisi ﷺ: “Xeyr” cavabını verdi. Səd dedi: “Səni haqq ilə Kəramətləndirənə and olsun, adam onu (qısqanclığına görə) öldürər”. Allah Elçisi ﷺ buyurdu: “Böyüyünüzün (Sadın) dediyini eşitdiniz”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2605 (Hədd cəzaları, 73)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər