Hədd cəzası günaha kəffarədir
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، وَابْنُ أَبِي عَدِيٍّ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الأَشْعَثِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَصَابَ مِنْكُمْ حَدًّا , فَعُجِّلَتْ لَهُ عُقُوبَتُهُ ، فَهُوَ كَفَّارَتُهُ ، وَمَنْ لاَ , فَأَمْرُهُ إِلَى اللَّهِ.
“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimə (etdiyi günahına görə) hədd cəzası tətbiq edilərsə, o cəza onun günahı üçün kəffarə olar. Kimə hədd cəzası tətbiq edilməzsə, onun işi Allaha qalar”.”
İstinad
İbn Məcə, 2603 (Hədd cəzaları, 71)
Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər