Hədd cəzalarına aid fəsillər

Rəcm

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنِ ابْنِ عَبَّاسٍ , قَالَ : قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ : لَقَدْ خَشِيتُ أَنْ يَطُولَ بِالنَّاسِ زَمَانٌ , حَتَّى يَقُولَ قَائِلٌ : مَا أَجِدُ الرَّجْمَ فِي كِتَابِ اللهِ ، فَيَضِلُّوا بِتَرْكِ فَرِيضَةٍ مِنْ فَرَائِضِ اللهِ ، أَلاَ وَإِنَّ الرَّجْمَ حَقٌّ ، إِذَا أُحْصِنَ الرَّجُلُ وَقَامَتِ الْبَيِّنَةُ ، أَوْ كَانَ حَمْلٌ أَوِ اعْتِرَافٌ ، وَقَدْ قَرَأْتُهَا : الشَّيْخُ وَالشَّيْخَةُ إِذَا زَنَيَا فَارْجُمُوهُمَا الْبَتَّةَ , رَجَمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَرَجَمْنَا بَعْدَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ömər ibn əl-Xattab dedi: “Şübhəsiz, mən uzun zaman keçəndən sonra bir adamın: “Mən Allahın Kitabında rəcm ayəsini tapa bilmirəm”- deyəcəyindən və bu səbəbdən camaatın da Allahın fərzlərindən birini tərk etməklə zəlalətə düşəcəyindən qorxuram. Bilin ki, əgər dörd kişi şahid və ya hamiləlik və ya etiraf olarsa, zina edən evli kişini rəcm etmək haqq olur. Həqiqətən, mən rəcm ayəsini oxumuşdum: “Evli kişi və evli qadın zina edərlərsə, onları rəcm edin”. Allah Elçisi ﷺ rəcm etmişdir, ondan sonra da biz rəcm etmişik”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 2553 (Hədd cəzaları, 21)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər