Hədd cəzalarına aid fəsillər

Rəcm

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبَّادُ بْنُ الْعَوَّامِ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : جَاءَ مَاعِزُ بْنُ مَالِكٍ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : إِنِّي قَدْ زَنَيْتُ ، فَأَعْرَضَ عَنْهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، حَتَّى أَقَرَّ أَرْبَعَ مَرَّاتٍ ، فَأَمَرَ بِهِ أَنْ يُرْجَمَ ، فَلَمَّا أَصَابَتْهُ الْحِجَارَةُ , أَدْبَرَ يَشْتَدُّ ، فَلَقِيَهُ رَجُلٌ بِيَدِهِ لَحْيُ جَمَلٍ ، فَضَرَبَهُ , فَصَرَعَهُ ، فَذُكِرَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِرَارُهُ حِينَ مَسَّتْهُ الْحِجَارَةُ ، فَقَالَ : فَهَلاَّ تَرَكْتُمُوهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Maiz ibn Malik Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Mən zina etmişəm”. Allah Elçisi ﷺ üzünü ondan çevirdi. Maiz yenə dedi: “Həqiqətən, mən zina etmişəm”. Bu hal dörd dəfə təkrar olundu. Sonra Allah Elçisi ﷺ onun rəcm edilməsini əmr etdi. Maiz rəcm olunduğu zaman ona daş dəydikdə dözə bilməyib qaçmağa başladı. Əlində dəvənin çənə sümüyü olan bir kişi ona çatıb onu vurdu və yerə yıxdı. Sonradan onun daş dəyəndə qaçmaq istəməsi Peyğəmbərə ﷺ xəbər verildikdə Peyğəmbər ﷺ buyurdu: “Nəyə görə onun arxasınca getdiniz?!””

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2554 (Hədd cəzaları, 22)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər