Cariyələrə hədd cəzasının tətbiqi
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ , قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، وَزَيْدِ بْنِ خَالِدٍ ، وَشِبْلٍ , قَالُوا : كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَسَأَلَهُ رَجُلٌ عَنِ الأَمَةِ تَزْنِي قَبْلَ أَنْ تُحْصَنَ ، فَقَالَ : اجْلِدْهَا ، فَإِنْ زَنَتْ فَاجْلِدْهَا , ثُمَّ قَالَ فِي الثَّالِثَةِ أَوْ فِي الرَّابِعَةِ : فَبِعْهَا وَلَوْ بِحَبْلٍ مِنْ شَعَرٍ.
“Rəvayət edilir ki, Əbu Hureyra, Zeyd ibn Xalid və Şibl ﵃ demişlər: “Bir dəfə biz Peyğəmbərin ﷺ yanında idik. Bu əsnada ondan evlənmədən öncə zina edən cariyənin cəzasının nə olması soruşuldu. Allah Elçisi ﷺ buyurdu: “Zina etməsi dəqiqdirsə, həmin cariyəyə əlli şallaq vurmaqla döy. Əgər yenə zina edərsə, (yenə əlli şallaq vurmaqla) döy”. Sonra üç və ya dördüncü dəfə də belə dedi: “Cariyə yenə zina edərsə, artıq eybini bildirərək onu nazik bir ip dəyərində olsa belə, sat”.”
İstinad
İbn Məcə, 2565 (Hədd cəzaları, 33)
Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər