Hədd cəzalarına aid fəsillər

Hədd cəzası vacib olan qoca və xəstə

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنْ يَعْقُوبَ بْنِ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، عَنْ سَعِيدِ بْنِ سَعْدِ بْنِ عُبَادَةَ , قَالَ : كَانَ بَيْنَ أَبْيَاتِنَا رَجُلٌ مُخْدَجٌ ضَعِيفٌ ، فَلَمْ يُرَعْ إِلاَّ وَهُوَ عَلَى أَمَةٍ مِنْ إِمَاءِ الدَّارِ يَخْبُثُ بِهَا ، فَرَفَعَ شَأْنَهُ سَعْدُ بْنُ عُبَادَةَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : اجْلِدُوهُ ضَرْبَ مِئَةِ سَوْطٍ , قَالُوا : يَا نَبِيَّ اللهِ ، هُوَ أَضْعَفُ مِنْ ذَلِكَ ، لَوْ ضَرَبْنَاهُ مِئَةَ سَوْطٍ مَاتَ ، قَالَ فَخُذُوا لَهُ عِثْكَالاً فِيهِ مِئَةُ شِمْرَاخٍ فَاضْرِبُوهُ ضَرْبَةً وَاحِدَةً.

“Rəvayət edilir ki, Səid ibn Səd ibn Ubadə ﵁ demişdir: “Evlərimizin arasında bədəni şikəst olan zəif bir adam var idi. Bir dəfə cariyələrdən biri ilə pis vəziyyətdə tutuldu. Atam Səd ibn Ubadə onun halını Allah Elçisinə ﷺ dedikdə o buyurdu: “Ona yüz şallaq vurun”. Səhabələr dedilər: “Ey Allahın Peyğəmbəri, həmin adam bu şallaqlara dözə bilməyəcək qədər zəifdir. Ona yüz şallaq vursaq, ölər”. Allah Elçisi ﷺ buyurdu: “Onda onun üçün yüz salxım saxlayan xurma budağı tapıb onu bu budaqla bir dəfə vurun”.”

Səid ibn Səd ibn Ubadə
Səhih

İstinad

İbn Məcə, 2574 (Hədd cəzaları, 42)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər