Bir malı qorunan yerdən oğurlayan
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنِ الْوَلِيدِ بْنِ كَثِيرٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَجُلاً مِنْ مُزَيْنَةَ سَأَلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الثِّمَارِ ، فَقَالَ : مَا أُخِذَ فِي أَكْمَامِهِ فَاحْتُمِلَ ، فَثَمَنُهُ وَمِثْلُهُ مَعَهُ ، وَمَا كَانَ فِي الْجِرَانِ ، فَفِيهِ الْقَطْعُ , إِذَا بَلَغَ ثَمَنَ الْمِجَنِّ ، وَإِنْ أَكَلَ وَلَمْ يَأْخُذْ ، فَلَيْسَ عَلَيْهِ , قَالَ : الشَّاةُ الْحَرِيسَةُ مِنْهُنَّ يَا رَسُولَ اللهِ ، ؟ قَالَ : ثَمَنُهَا وَمِثْلُهُ مَعَهُ وَالنَّكَالُ ، وَمَا كَانَ فِي الْمُرَاحِ ، فَفِيهِ الْقَطْعُ ، إِذَا كَانَ مَا يَأْخُذُ مِنْ ذَلِكَ ثَمَنَ الْمِجَنِّ.
“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Muzeynədən olan bir kişi Peyğəmbərdən ﷺ meyvə oğurlamağın hökmünü soruşduqda o buyurdu: “Ağacın üstündə olan meyvələri oğurlayana, meyvələrin dəyəri və bir qatı da əlavə olaraq ödətdirilir. Xırmanda yığılan meyvələri oğurlayanın isə hədd cəzası olaraq əli kəsilir. (Kasıb olan adam) meyvədən yesə və bundan bir şey götürüb aparmazsa, ona (bir cəza) lazım deyil”. Kişi dedi: “Bəs otlaqdan oğurlanan qoyun haqda nə deyirsən, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “(Oğurlayana) qoyunun dəyəri, əlavə olaraq bir qatı və cəza var. Tövlədə olan qoyunu oğurlamağa görə isə əgər qoyunun dəyəri qalxandan baha olarsa, əlin kəsilməsi cəzası var”.”
İstinad
İbn Məcə, 2596 (Hədd cəzaları, 64)
Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər