Hədd cəzalarına aid fəsillər

Bir malı qorunan yerdən oğurlayan

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ صَفْوَانَ ، عَنْ أَبِيهِ ، أَنَّهُ نَامَ فِي الْمَسْجِدِ , وَتَوَسَّدَ رِدَاءَهُ ، فَأُخِذَ مِنْ تَحْتِ رَأْسِهِ ، فَجَاءَ بِسَارِقِهِ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَمَرَ بِهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يُقْطَعَ ، فَقَالَ صَفْوَانُ : يَا رَسُولَ اللهِ ، لَمْ أُرِدْ هَذَا ، رِدَائِي عَلَيْهِ صَدَقَةٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَهَلاَّ قَبْلَ أَنْ تَأْتِيَنِي بِهِ.

“Abdullah ibn Safvən atasından ﵁ rəvayət edir ki, bir dəfə o, məsciddə ridasını başının altına qoyub yatmışdı. Onun ridası başının altından oğurlandı və o, ridanı oğurlayan adamla birgə Allah Elçisinin ﷺ yanına gəldi. Allah Elçisi ﷺ onun əlinin kəsilməsini əmr etdi. Safvən dedi: “Ey Allah Elçisi, mən bunu istəmirdim. Ridam ona sədəqə olsun“. Allah Elçisi ﷺ dedi: “Bəs niyə onu mənim yanıma gətirməmişdən əvvəl etmədin?””

Abdullah ibn Safvən atasından
Səhih

İstinad

İbn Məcə, 2595 (Hədd cəzaları, 63)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər