Hədd cəzalarına aid fəsillər

Sərxoşun hədd cəzası

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الدَّانَاجِ , سَمِعْتُ حُضَيْنَ بْنَ الْمُنْذِرِ الرَّقَاشِيَّ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْمُخْتَارِ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ فَيْرُوزَ الدَّانَاجُ , قَالَ : حَدَّثَنِي حُضَيْنُ بْنُ الْمُنْذِرِ , قَالَ : لَمَّا جِيءَ بِالْوَلِيدِ بْنِ عُقْبَةَ إِلَى عُثْمَانَ قَدْ شَهِدُوا عَلَيْهِ ، قَالَ لِعَلِيٍّ : دُونَكَ ابْنَ عَمِّكَ ، فَأَقِمْ عَلَيْهِ الْحَدَّ ، فَجَلَدَهُ عَلِيٌّ , وَقَالَ : جَلَدَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَرْبَعِينَ ، وَجَلَدَ أَبُو بَكْرٍ أَرْبَعِينَ ، وَجَلَدَ عُمَرُ ثَمَانِينَ ، وَكُلٌّ سُنَّةٌ.

“Rəvayət edilir ki, Hudeyn ibn əl-Munzir ﵀ demişdir: “əl-Valid ibn Uqbə Osman ibn Əffanın yanına gətirilərək şahidlər onun əleyhinə ifadə verdikdə Osman Əliyə dedi: “Əmin oğlunu götür və ona (sərxoşedici içki içdiyinə görə) hədd cəzasını yerinə yetir”. Əli də onu şallaqlatdırdı və dedi: “Allah Elçisi ﷺ (sərxoşedici içki içənə) qırx şallaq vurdurdu, Əbu Bəkr də qırx şallaq vurdurdu. Ömər isə səksən şallaq vurdurdu. Qırx şallaq da, səksən şallaq da sünnədir”.”

Hudeyn ibn əl-Munzir
Səhih

İstinad

İbn Məcə, 2571 (Hədd cəzaları, 39)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər