Hədd cəzalarına aid fəsillər

Yəhudi kişinin və qadının rəcm edilməsi

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَجَمَ يَهُودِيَّيْنِ ، أَنَا فِيمَنْ رَجَمَهُمَا ، فَلَقَدْ رَأَيْتُهُ وَإِنَّهُ لَيَسْتُرُهَا مِنَ الْحِجَارَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ zina edən bir yəhudi kişi ilə yəhudi qadını rəcm etdirdi. Mən onları rəcm edənlərdən idim. Allaha and olsun ki, mən rəcm edilən kişinin özünü rəcm edilən qadına sipər etdiyini gördüm.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 2556 (Hədd cəzaları, 24)

Sunən İbn Məcə — Hədd cəzalarına aid fəsillər