Qanbahasına aid fəsillər

Qəsdən adam öldürən və ölənin varislərinin təzminata razı olması

حَدَّثَنَا مَحْمُودُ بْنُ خَالِدٍ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا أَبِي ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَاشِدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ قَتَلَ عَمْدًا ، دُفِعَ إِلَى أَوْلِيَاءِ الْقَتِيلِ ، فَإِنْ شَاؤُوا قَتَلُوا ، وَإِنْ شَاؤُوا أَخَذُوا الدِّيَةَ ، وَذَلِكَ ثَلاَثُونَ حِقَّةً , وَثَلاَثُونَ جَذَعَةً , وَأَرْبَعُونَ خَلِفَةً ، وَذَلِكَ عَقْلُ الْعَمْدِ ، وَمَا صُولِحُوا عَلَيْهِ ، فَهُوَ لَهُمْ ، وَذَلِكَ تَشْدِيدُ الْعَقْلِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim başqasını qəsdən öldürərsə, o, ölənin vəlilərinə təhvil verilir. Ölənin vəliləri istəsələr, onu öldürər, istəsələr, ondan təzminat (qanbahası) alarlar. Bu da otuz hiqqa, otuz cəzəa və qırx xalifadır. Bu qanbahası qəsdən adam öldürməyin təzminatıdır. Öldürənin vəliləri ilə sülh hansı məbləğlə alınırsa, bu məbləğ onların haqqı sayılır. Bu isə qanbahasının ağırlaşdırılmış olanıdır”.”

Amr ibn Şueyb atasından və babasından
Həsən

İstinad

İbn Məcə, 2626 (Qanbahası, 12)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər