Sunən İbn MəcəQanbahasına aid fəsillər

Kitab 21

Qanbahasına aid fəsillər

أَبْوَابُ الدِّيَاتِ

63

hədis

Fəsil 1

Zülm edərək müsəlmanı öldürməyin ağır cəzası

بَابُ التَّغْلِيظِ فِي قَتْلِ مُسْلِمٍ ظُلْمًا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ , قَالُوا : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ شَقِيقٍ ، عَنْ عَبْدِ اللهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَوَّلُ مَا يُقْضَى بَيْنَ النَّاسِ يَوْمَ الْقِيَامَةِ فِي الدِّمَاءِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü insanlar arasında veriləcək ilk hökmlər qana görə olacaq”.”

Abdullah
Səhihİbn Məcə, 2615 (Qanbahası, 1)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُرَّةَ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدِ اللهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تُقْتَلُ نَفْسٌ ظُلْمًا ، إِلاَّ كَانَ عَلَى ابْنِ آدَمَ الأَوَّلِ كِفْلٌ مِنْ دَمِهَا ، لأَنَّهُ أَوَّلُ مَنْ سَنَّ الْقَتْلَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zülm edilərək öldürülən hər kəsin (günahından) bir pay Adəmin oğluna düşür, çünki kimisə öldürmək cığırını açan ilk adam odur”.”

Abdullah
Səhihİbn Məcə, 2616 (Qanbahası, 2)

حَدَّثَنَا سَعِيدُ بْنُ يَحْيَى بْنِ الأَزْهَرِ الْوَاسِطِيُّ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ الأَزْرَقُ ، عَنْ شَرِيكٍ ، عَنْ عَاصِمٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَبْدِ اللهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَوَّلُ مَا يُقْضَى بَيْنَ النَّاسِ يَوْمَ الْقِيَامَةِ فِي الدِّمَاءِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü insanlar arasında veriləcək ilk hökmlər qana görə olacaq”.”

Abdullah
Səhihİbn Məcə, 2617 (Qanbahası, 3)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِي خَالِدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَائِذٍ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِيِّ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ لَقِيَ اللَّهَ لاَ يُشْرِكُ بِهِ شَيْئًا , لَمْ يَتَنَدَّ بِدَمٍ حَرَامٍ , دَخَلَ الْجَنَّةَ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allaha şərik qoşmadan və haram olan qana bulaşmadan Allahla qarşılaşarsa, Cənnətə girər”.”

Uqbə ibn Amir əl-Cuhəni
Səhihİbn Məcə, 2618 (Qanbahası, 4)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا مَرْوَانُ بْنُ جَنَاحٍ ، عَنْ أَبِي الْجَهْمِ الْجُوزَجَانِيِّ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لَزَوَالُ الدُّنْيَا أَهْوَنُ عَلَى اللهِ مِنْ قَتْلِ مُؤْمِنٍ بِغَيْرِ حَقٍّ.

“Bəra ibn Azib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dünyanın məhv olması Allaha bir möminin haqsız yerə öldürülməsindən daha üstündür”.”

Bəra ibn Azib
Səhihİbn Məcə, 2619 (Qanbahası, 5)

Fəsil 2

Mömini öldürən üçün tövbə varmı?

بَابُ هَلْ لِقَاتِلِ مُؤْمِنٍ تَوْبَةٌ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمَّارٍ الدُّهْنِيِّ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ , قَالَ : سُئِلَ ابْنُ عَبَّاسٍ : مَنْ قَتَلَ مُؤْمِنًا مُتَعَمِّدًا , ثُمَّ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا , ثُمَّ اهْتَدَى ، قَالَ : وَيْحَهُ ، وَأَنَّى لَهُ الْهُدَى ؟ سَمِعْتُ نَبِيَّكُمْ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : يَجِيءُ الْقَاتِلُ وَالْمَقْتُولُ يَوْمَ الْقِيَامَةِ , مُتَعَلِّقٌ بِرَأْسِ صَاحِبِهِ يَقُولُ : رَبِّ سَلْ هَذَا لِمَ قَتَلَنِي ؟ وَاللَّهِ لَقَدْ أَنْزَلَهَا اللَّهُ عَزَّ وَجَلَّ عَلَى نَبِيِّكُمْ ، ثُمَّ مَا نَسَخَهَا بَعْدَ مَا أَنْزَلَهَا.

“Rəvayət edilir ki, Səlim ibn Əbul-Cəd demişdir: “İbn Abbasa belə bir sual verildi: “Bir mömini qəsdən öldürən, sonra tövbə edərək iman gətirən, yaxşı əməl edən və hidayət yolunda olan kəsin hökmü nədir?” Bəra ibn Azib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dünyanın məhv olması Allaha mömin bir kəsin haqsız yerə öldürülməsindən daha üstündür”. İbn Abbas dedi: “Vay olsun ona! Onun üçün hidayət haradadır? Mən sizin Peyğəmbərinizin ﷺ belə buyurduğunu eşitmişəm: “Öldürülən insan Qiyamət günü qatilin başından tutaraq gələcək və deyəcək: “Ya Rəbb, ondan soruş ki, məni niyə öldürdü?” Allaha and olsun ki, Allah bu haqda Peyğəmbərinizə ﷺ ayə nazil etdi və bu nazil etdiyindən sonra bunun hökmünü nəsx (ləğv) etmədi”.”

Səlim ibn Əbul-Cəd
Səhihİbn Məcə, 2621 (Qanbahası, 7)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا هَمَّامُ بْنُ يَحْيَى ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي الصِّدِّيقِ النَّاجِيِّ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ , قَالَ : أَلاَ أُخْبِرُكُمْ بِمَا سَمِعْتُ مِنْ فِي رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ سَمِعَتْهُ أُذُنَايَ ، وَوَعَاهُ قَلْبِي , إِنَّ عَبْدًا قَتَلَ تِسْعَةً وَتِسْعِينَ نَفْسًا , ثُمَّ عَرَضَتْ لَهُ التَّوْبَةُ ، فَسَأَلَ عَنْ أَعْلَمِ أَهْلِ الأَرْضِ ، فَدُلَّ عَلَى رَجُلٍ , فَأَتَاهُ ، فَقَالَ : إِنِّي قَتَلْتُ تِسْعَةً وَتِسْعِينَ نَفْسًا ، فَهَلْ لِي مِنْ تَوْبَةٍ ؟ قَالَ : بَعْدَ تِسْعَةٍ وَتِسْعِينَ نَفْسًا ! قَالَ : فَانْتَضَى سَيْفَهُ فَقَتَلَهُ ، فَأَكْمَلَ بِهِ الْمِئَةَ ، ثُمَّ عَرَضَتْ لَهُ التَّوْبَةُ ، فَسَأَلَ عَنْ أَعْلَمِ أَهْلِ الأَرْضِ ، فَدُلَّ عَلَى رَجُلٍ , فَأَتَاهُ , فَقَالَ : إِنِّي قَتَلْتُ مِئَةَ نَفْسٍ ، فَهَلْ لِي مِنْ تَوْبَةٍ ؟ فَقَالَ : وَيْحَكَ ، وَمَنْ يَحُولُ بَيْنَكَ وَبَيْنَ التَّوْبَةِ ؟ اخْرُجْ مِنَ الْقَرْيَةِ الْخَبِيثَةِ الَّتِي أَنْتَ بِهَا , إِلَى الْقَرْيَةِ الصَّالِحَةِ , قَرْيَةِ كَذَا وَكَذَا ، فَاعْبُدْ رَبَّكَ فِيهَا ، فَخَرَجَ يُرِيدُ الْقَرْيَةَ الصَّالِحَةَ ، فَعَرَضَ لَهُ أَجَلُهُ فِي الطَّرِيقِ ، فَاخْتَصَمَتْ فِيهِ مَلاَئِكَةُ الرَّحْمَةِ وَمَلاَئِكَةُ الْعَذَابِ ، قَالَ إِبْلِيسُ : أَنَا أَوْلَى بِهِ ، إِنَّهُ لَمْ يَعْصِنِي سَاعَةً قَطُّ ، قَالَ : فَقَالَتْ مَلاَئِكَةُ الرَّحْمَةِ : إِنَّهُ خَرَجَ تَائِبًا. قَالَ هَمَّامٌ : فَحَدَّثَنِي حُمَيْدٌ الطَّوِيلُ ، عَنْ بَكْرِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي رَافِعٍ , قَالَ : فَبَعَثَ اللَّهُ عَزَّ وَجَلَّ مَلَكًا ، فَاخْتَصَمُوا إِلَيْهِ , ثُمَّ رَجَعُوا ، فَقَالَ : انْظُرُوا أَيَّ الْقَرْيَتَيْنِ كَانَتْ أَقْرَبَ ، فَأَلْحِقُوهُ بِأَهْلِهَا. قَالَ قَتَادَةُ : فَحَدَّثَنَا الْحَسَنُ ، قَالَ : لَمَّا حَضَرَهُ الْمَوْتُ , احْتَفَزَ بِنَفْسِهِ , فَقَرُبَ مِنَ الْقَرْيَةِ الصَّالِحَةِ ، وَبَاعَدَ مِنْهُ الْقَرْيَةَ الْخَبِيثَةَ ، فَأَلْحَقُوهُ بِأَهْلِ الْقَرْيَةِ الصَّالِحَةِ. قَالَ أَبُو الْحَسَنِ ابْنُ الْقَطَّان : حَدَّثَنَا أَبُو الْعَبَّاسِ بْنُ عَبْدِ اللهِ بْنِ إِسْمَاعِيلَ الْبَغْدَادِيُّ ، حَدَّثَنَا عَفَّانُ ، حَدَّثَنَا هَمَّامٌ , فَذَكَرَ نَحْوَهُ.

“Əbu Səid əl-Xudri ﵁ demişdir: “Sizə Allah Elçisindən ﷺ eşitdiyim bir hədisi xəbər verimmi? Mən bunu qulaqlarımla eşitdim, qəlbimlə duydum. Bir bəndə doxsan doqquz adam öldürmüşdü. Sonra ona tövbə etmək istədi və yer üzünün ən elmli adamın kim olduğunu soruşdu. Ona bir kişini göstərdilər. Onun yanına gedib dedi: “Mən doxsan doqquz adam öldürmüşəm, mənə tövbə varmı?” Kişi dedi: “Doxsan doqquz adam öldürdükdən sonra!?” Bu adam qılıncını çıxarıb onu da öldürdü və bu sayı yüzə çıxartdı. Sonra tövbə etmək istədi və yer üzünün ən elmli adamının kim olduğunu soruşdu. Ona bir kişini göstərdilər. Onun yanına gedib dedi: “Mən yüz adam öldürmüşəm, mənə tövbə varmı?” Kişi dedi: “Vay olsun sənə! Səninlə tövbənin arasına kim girə bilər? Sənin olduğun bu pis kənddən çıx və yaxşı insanlar olan filan və filan kəndə get, orada Rəbbinə ibadət et”. O, yaxşı insanlar olan kəndə getmək istədikdə yolda əcəl onu yaxaladı. Bu vaxt rəhmət mələkləri ilə əzab mələkləri ona görə öz aralarında çəkişməyə başladılar. Bu əsnada İblis dedi: “Bu adam mənə daha yaxındır, o mənə bir saat belə üsyan etmədi”. Rəhmət mələkləri dedilər: “O, tövbə edərək yola çıxmışdı”. Əbu Rafi deyir: “Allah ﷿ mübahisəni həll etmək üçün mələk göndərdi, mələklər də ona müraciət etdilər. Bu mələk dedi: “Baxın görün hansı kəndə yaxındırsa, onunla o kəndin əhalisinə uyğun davranın”. Həsən əl-Bəsri deyir: “Bu adama yolun yarısında ölüm çatdıqda o, özünü yaxşı insanlar olan kəndə tərəf yönəltdi və beləliklə də, pis insanların olduğu kənddən bir az uzaqlaşdı. Mələklər də onunla yaxşı insanlar olan kəndin əhalisinə uyğun davrandılar”.”

Əbu Səid əl-Xudri
Həsənİbn Məcə, 2622 (Qanbahası, 8)

Fəsil 3

Yaxını öldürülən kəs üç şeyi seçməkdə ixtiyar sahibidir

بَابُ مَنْ قُتِلَ لَهُ قَتِيلٌ فَهُوَ بِالْخِيَارِ بَيْنَ إِحْدَى ثَلاَثٍ

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ قُتِلَ لَهُ قَتِيلٌ فَهُوَ بِخَيْرِ النَّظَرَيْنِ : إِمَّا أَنْ يَقْتُلَ ، وَإِمَّا أَنْ يُفْدَى.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yaxını öldürülən kəs iki şeydən birini seçməkdə ixtiyar sahibidir; ya qatilin öldürülməsini seçə bilər, ya da təzminat ala bilər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2624 (Qanbahası, 10)

Fəsil 4

Qəsdən adam öldürən və ölənin varislərinin təzminata razı olması

بَابُ مَنْ قَتَلَ عَمْدًا فَرَضِيَ بِالدِّيَةِ

حَدَّثَنَا مَحْمُودُ بْنُ خَالِدٍ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا أَبِي ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَاشِدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ قَتَلَ عَمْدًا ، دُفِعَ إِلَى أَوْلِيَاءِ الْقَتِيلِ ، فَإِنْ شَاؤُوا قَتَلُوا ، وَإِنْ شَاؤُوا أَخَذُوا الدِّيَةَ ، وَذَلِكَ ثَلاَثُونَ حِقَّةً , وَثَلاَثُونَ جَذَعَةً , وَأَرْبَعُونَ خَلِفَةً ، وَذَلِكَ عَقْلُ الْعَمْدِ ، وَمَا صُولِحُوا عَلَيْهِ ، فَهُوَ لَهُمْ ، وَذَلِكَ تَشْدِيدُ الْعَقْلِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim başqasını qəsdən öldürərsə, o, ölənin vəlilərinə təhvil verilir. Ölənin vəliləri istəsələr, onu öldürər, istəsələr, ondan təzminat (qanbahası) alarlar. Bu da otuz hiqqa, otuz cəzəa və qırx xalifadır. Bu qanbahası qəsdən adam öldürməyin təzminatıdır. Öldürənin vəliləri ilə sülh hansı məbləğlə alınırsa, bu məbləğ onların haqqı sayılır. Bu isə qanbahasının ağırlaşdırılmış olanıdır”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2626 (Qanbahası, 12)

Fəsil 5

Qəsdən öldürməyin təzminatı ağırlaşdırmadır

بَابُ دِيَةِ شِبْهِ الْعَمْدِ مُغَلَّظَةٌ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، وَمُحَمَّدُ بْنُ جَعْفَرٍ , قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَيُّوبَ , سَمِعْتُ الْقَاسِمَ بْنَ رَبِيعَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : قَتِيلُ الْخَطَأِ شِبْهِ الْعَمْدِ ، قَتِيلُ السَّوْطِ وَالْعَصَا ، مِئَةٌ مِنَ الإِبِلِ ، أَرْبَعُونَ مِنْهَا فِي بُطُونِهَا أَوْلاَدُهَا.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qəsdən adam öldürməyə bənzəyən (xəta ilə) öldürmək hadisəsində öldürülən qamçı və dəyənək ilə öldürülən kəsdir. Bunun təzminatı qırxı hamilə olmaqla yüz dəvədir”.”

Abdullah ibn Amr
Səhihİbn Məcə, 2627 (Qanbahası, 13)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدٍ الزُّهْرِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ ابْنِ جُدْعَانَ ، سَمِعَهُ مِنَ الْقَاسِمِ بْنِ رَبِيعَةَ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَامَ يَوْمَ فَتْحِ مَكَّةَ , وَهُوَ عَلَى دَرَجِ الْكَعْبَةِ , فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ , فَقَالَ : الْحَمْدُ لِلَّهِ الَّذِي صَدَقَ وَعْدَهُ ، وَنَصَرَ عَبْدَهُ ، وَهَزَمَ الأَحْزَابَ وَحْدَهُ ، أَلاَ إِنَّ قَتِيلَ الْخَطَأِ ، قَتِيلُ السَّوْطِ وَالْعَصَا , فِيهِ مِئَةٌ مِنَ الإِبِلِ ، مِنْهَا أَرْبَعُونَ خَلِفَةً ، فِي بُطُونِهَا أَوْلاَدُهَا ، أَلاَ إِنَّ كُلَّ مَأْثُرَةٍ كَانَتْ فِي الْجَاهِلِيَّةِ وَدَمٍ تَحْتَ قَدَمَيَّ هَاتَيْنِ ، إِلاَّ مَا كَانَ مِنْ سِدَانَةِ الْبَيْتِ , وَسِقَايَةِ الْحَاجِّ ، أَلاَ إِنِّي قَدْ أَمْضَيْتُهُمَا لأَهْلِهِمَا كَمَا كَانَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkənin fəth olunduğu gün Kəbənin nərdivanında ayağa durub Allaha həmd-səna edib Onu təriflədi və belə buyurdu: “Vədinə sadiq olan, quluna kömək edən və (düşmənlərdən olan) dəstələri tək məğlub edən Allaha həmd olsun! Qəsdən adam öldürməyə bənzəyən (xəta ilə) öldürmək hadisəsində öldürülən qamçı və dəyənək ilə öldürülən kəsdir. Bunun təzminatı yüz dəvədir. Dəvələrin qırxı bətnlərində balaları olan “xalifa” dəvələrdir. Bilin ki, cahiliyyət dövründə fəxrə səbəb olan hər şey və bütün qan davaları bu ayaqlarımın altındadır (batildir). Ancaq Kəbəyə xidmət etmək və hacılara su verilməsi bu hökmdən istisnadır. Bilin ki, bu iki işi əvvəllər olduğu kimi öz əhlinə verməyi dəstəkləyirəm”.”

İbn Ömər
Həsənİbn Məcə, 2628 (Qanbahası, 14)

Fəsil 6

Səhvən adam öldürənin qanbahası

بَابُ دِيَةِ الْخَطَأِ

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ الْمَرْوَزِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَاشِدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ قُتِلَ خَطَأً فَدِيَتُهُ مِنَ الإِبِلِ ثَلاَثُونَ بِنْتَ مَخَاضٍ , وَثَلاَثُونَ بِنْتَ لَبُونٍ , وَثَلاَثُونَ حِقَّةً , وَعَشَرٌ بَنِي لَبُونٍ , وَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُقَوِّمُهَا عَلَى أَهْلِ الْقُرَى أَرْبَعَ مِئَةِ دِينَارٍ ، أَوْ عَدْلَهَا مِنَ الْوَرِقِ ، وَيُقَوِّمُهَا عَلَى أَزْمَانِ الإِبِلِ إِذَا غَلَتْ رَفَعَ فِي ثَمَنِهَا , وَإِذَا هَانَتْ نَقَصَ مِنْ ثَمَنِهَا ، عَلَى نَحْوِ الزَّمَانِ مَا كَانَ , فَبَلَغَ قِيمَتُهَا عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَا بَيْنَ الأَرْبَعِ مِئَةِ دِينَارٍ إِلَى ثَمَانِ مِئَةِ دِينَارٍ ، أَوْ عَدْلُهَا مِنَ الْوَرِقِ ثَمَانِيَةُ آلاَفِ دِرْهَمٍ ، وَقَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّ مَنْ كَانَ عَقْلُهُ فِي الْبَقَرِ ، عَلَى أَهْلِ الْبَقَرِ مِئَتَيْ بَقَرَةٍ ، وَمَنْ كَانَ عَقْلُهُ فِي الشَّاءِ ، عَلَى أَهْلِ الشَّاءِ أَلْفَيْ شَاةٍ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim səhvən adam öldürərsə, onun təzminatı otuz məxad (bir yaşı tamam olan dəvə), otuz ləbun (iki yaşı tamam olan dişi dəvə), otuz hiqqa (üç yaşı tamam olan dişi dəvə) və on iki yaşı tamam olan erkək dəvədir”. Allah Elçisi ﷺ kəndlilərin ödəyəcəyi bu qanbahası üçün dörd yüz dinar və ya buna bərabər olan gümüş təyin edərdi. Dəvə yiyələrinin ödəyəcəyi qanbahası üçün qiymət təyin edərdi. Dəvələr bahalaşdıqda qanbahasının əvəzini də artırırdı və dəvələrin qiyməti düşdükdə qiymətini azaldırdı. Allah Elçisi ﷺ o dövrün tələbinə görə təyin edərdi. Allah Elçisinin ﷺ dövründə belə bir qanbahasının qiyməti dörd yüz ilə səkkiz yüz dinar və ya bunun gümüşdən olan dəyərinə bərabər olan səkkiz yüz dirhəmə çatırdı. Allah Elçisi ﷺ inək sürüsünün yiyələri üçün öldürülənin qanbahasının iki yüz inək olduğuna və qoyun sürüsü yiyələri üçün öldürülənin qanbahasının iki min qoyun olmasına hökm etdi”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2630 (Qanbahası, 16)

Fəsil 7

Qanbahası qatilin yaxınlarına vacibdir, əgər yaxınları yoxdursa, beytul-maldan ödənilir

بَابُ الدِّيَةِ عَلَى الْعَاقِلَةِ فَإِنْ لَمْ يَكُنْ لَهُ عَاقِلَةٌ فَفِي بَيْتِ الْمَالِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا أَبِي ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عُبَيْدِ بْنِ نُضَيْلَةَ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ , قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالدِّيَةِ عَلَى الْعَاقِلَةِ.

“Rəvayət edilir ki, əl-Muğira ibn Şubə ﵁ demişdir: “Allah Elçisi ﷺ qanbahasını qatilin yaxınları tərəfindən ödənilməsinə hökm etdi”.”

əl-Muğira ibn Şubə
Səhihİbn Məcə, 2633 (Qanbahası, 19)

حَدَّثَنَا يَحْيَى بْنُ دُرُسْتَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ بُدَيْلِ بْنِ مَيْسَرَةَ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ رَاشِدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِي عَامِرٍ الْهَوْزَنِيِّ ، عَنِ الْمِقْدَامِ الشَّامِيِّ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَنَا وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ ، أَعْقِلُ عَنْهُ وَأَرِثُهُ ، وَالْخَالُ وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ ، يَعْقِلُ عَنْهُ وَيَرِثُهُ.

“Rəvayət edilir ki, əl-Miqdəm ibn əş-Şami (ibn Mədi Kərib) ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Varisi olmayanın varisi mənəm. Onun qanbahasını ödəyərəm və ona varis olaram. Dayı varisi olmayanın (bacıoğlunun) varisidir. Onun yerinə qanbahası ödəyər və onun mirasını alar”.”

əl-Miqdam əş-Şami
Səhihİbn Məcə, 2634 (Qanbahası, 20)

Fəsil 8

Öldürülənin vəlisi ilə qisas və ya qanbahası arasına girən

بَابُ مَنْ حَالَ بَيْنَ وَلِيِّ الْمَقْتُولِ وَبَيْنَ الْقَوَدِ أَوِ الدِّيَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ كَثِيرٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، رَفَعَهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ قَتَلَ فِي عِمِّيَّةٍ أَوْ عَصَبِيَّةٍ بِحَجَرٍ أَوْ سَوْطٍ أَوْ عَصًا , فَعَلَيْهِ عَقْلُ الْخَطَأِ ، وَمَنْ قَتَلَ عَمْدًا فَهُوَ قَوَدٌ ، وَمَنْ حَالَ بَيْنَهُ وَبَيْنَهُ , فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالْمَلاَئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ ، لاَ يُقْبَلُ مِنْهُ صَرْفٌ وَلاَ عَدْلٌ.

“İbn Abbas ﵄ Peyğəmbərə ﷺ isnad edərək belə buyurmuşdur: “Kim qarışıqlıqda və ya əsəbi halda bir daşla və ya bir dəyənəklə öldürmək qəsdi olmadan xəta edərək kimisə öldürərsə, onun üzərinə qanbahası ödəmək düşür. Kim qəsdən adam öldürərsə, bu hal qisas alınmağa səbəbdir. Kim də qatillə qisas arasına girərsə (qatilin öldürülməsinə mane olarsa), Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olsun! Ondan nə tövbə qəbul olunar, nə də bir əvəz (nafilə ibadətlər, nə də fərz ibadətlər) qəbul olunar”.”

İbn Abbas
Səhihİbn Məcə, 2635 (Qanbahası, 21)

Fəsil 9

Başqasını yaralayan qisas əvəzinə qanbahası verir

بَابُ الْجَارِحِ يُفْتَدَى بِالْقَوَدِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَعَثَ أَبَا جَهْمِ بْنَ حُذَيْفَةَ مُصَدِّقًا , فَلاَجَّهُ رَجُلٌ فِي صَدَقَتِهِ , فَضَرَبَهُ أَبُو جَهْمٍ , فَشَجَّهُ ، فَأَتَوُا النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالُوا : الْقَوَدَ يَا رَسُولَ اللهِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَكُمْ كَذَا وَكَذَا ، فَلَمْ يَرْضَوْا ، فَقَالَ : لَكُمْ كَذَا وَكَذَا , فَرَضُوا ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي خَاطِبٌ عَلَى النَّاسِ وَمُخْبِرُهُمْ بِرِضَاكُمْ ؟ قَالُوا : نَعَمْ ، فَخَطَبَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : إِنَّ هَؤُلاَءِ اللَّيْثِيِّينَ أَتَوْنِي يُرِيدُونَ الْقَوَدَ ، فَعَرَضْتُ عَلَيْهِمْ كَذَا وَكَذَا ، أَرَضِيتُمْ ؟ قَالُوا : لاَ ، فَهَمَّ بِهِمُ الْمُهَاجِرُونَ ، فَأَمَرَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَكُفُّوا ، فَكَفُّوا ، ثُمَّ دَعَاهُمْ فَزَادَهُمْ ، قَالَ : أَرَضِيتُمْ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : إِنِّي خَاطِبٌ عَلَى النَّاسِ وَمُخْبِرُهُمْ بِرِضَاكُمْ , قَالُوا : نَعَمْ , فَخَطَبَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ قَالَ : أَرَضِيتُمْ ؟ قَالُوا : نَعَمْ. قَالَ ابْنُ مَاجَهْ : سَمِعْتُ مُحَمَّدَ بْنَ يَحْيَى يَقُولُ : تَفَرَّدَ بِهَذَا مَعْمَرٌ , لاَ أَعْلَمُ رَوَاهُ غَيْرُهُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Əbu Cəhm ibn Huzeyfəni zəkat məmuru olaraq göndərdi. Bir nəfər zəkata görə onunla tutaşdı. Əbu Cəhm onun başından vurub yaraladı. Yaralananın vəliləri Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Biz qisas almaq istəyirik, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Sizə filan qədər verimmi?” Onlar bu təklifə razı olmadılar. Peyğəmbər ﷺ buyurdu: “Bəs filan qədər verimmi?” Onlar bu məbləğlə razılaşdılar. Peyğəmbər ﷺ buyurdu: “Mən insanlara müraciət edib sizin razılığınızı onlara xəbər verəcəyəm”. Onlar dedilər: “Bəli, de”. Peyğəmbər ﷺ insanlara müraciət edərək dedi: “Bu Leyslilər yanıma gəlib qisas tələb etdilər. Mən də onlara filan qədər mal təklif etdim. Onlar razılaşdılar. Bəs siz razısınızmı?” Onlar: “Xeyr” dedilər. Mühacirlər onların üzərinə atılmaq istədilər. Peyğəmbər ﷺ onlara vaz keçmələrini əmr etdi. Onlar da əl çəkdilər. Sonra çağırıb əlavə məbləğ təklif etdi və soruşdu: “İndi razısınız?” Onlar dedilər: “Bəli, razıyıq”. Peyğəmbər ﷺ buyurdu: “Mən insanlara müraciət edib sizin razılığınızı onlara xəbər verəcəyəm”. Onlar dedilər: “Bəli, de”. Peyğəmbər ﷺ müraciət edib dedi: “Razısınızmı?” Onlar da: “Bəli”- dedilər.”

Aişə
Səhihİbn Məcə, 2638 (Qanbahası, 24)

Fəsil 10

Ana bətnində olan uşağın qanbahası

بَابُ دِيَةِ الْجَنِينِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الْجَنِينِ بِغُرَّةٍ : عَبْدٍ أَوْ أَمَةٍ , فَقَالَ الَّذِي قُضِيَ عَلَيْهِ : أَيُعْقَلُ مَنْ لاَ شَرِبَ وَلاَ أَكَلَ ، وَلاَ صَاحَ وَلاَ اسْتَهَلَّ ، وَمِثْلُ ذَلِكَ يُطَلُّ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ هَذَا لَيَقُولُ بِقَوْلِ شَاعِرٍ ، فِيهِ غُرَّةٌ عَبْدٌ أَوْ أَمَةٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ ana bətnində olan uşağın qanbahası olaraq bir “ğurra” verilməsinə hökm etdi. “Ğurra” – bir kölə və ya cariyədir. Əleyhinə hökm verilən adam dedi: “Hələ içməyən, yeməyən, çığırmayan, doğularkən səs çıxarmayan dölə görə qanbahası verməliyik? Axı bu qanbahası hədər gedir”. Allah Elçisi ﷺ buyurdu: “Bu adam bir şairin sözü ilə hökm verir. Ana bətnində olanın qanbahası bir ğurradır. Ğurra isə bir kölə və ya bir cariyədir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2639 (Qanbahası, 25)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ , قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ , قَالَ : اسْتَشَارَ عُمَرُ بْنُ الْخَطَّابِ النَّاسَ فِي مِلاَصِ الْمَرْأَةِ ، يَعْنِي سِقْطَهَا ، فَقَالَ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ : شَهِدْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى فِيهِ بِغُرَّةٍ ، عَبْدٍ أَوْ أَمَةٍ , فَقَالَ عُمَرُ : ائْتِنِي بِمَنْ يَشْهَدُ مَعَكَ ، فَشَهِدَ مَعَهُ مُحَمَّدُ بْنُ مَسْلَمَةَ.

“Rəvayət edilir ki, Misvər ibn Məxramə ﵁ demişdir: “Ömər ibn əl-Xattab zərbə ilə qadının ana bətnindən düşən uşağa görə səhabələrlə məsləhətləşdi. Muğira ibn Şubə dedi: “Mən Allah Elçisinin ﷺ buna görə bir ğurra, yəni bir kölə və ya cariyənin verilməsinə hökm etdiyinə şahid olmuşam”. Ömər dedi: “Səninlə bərabər bu hökmə şahid olan ikinci adamı gətir”. Sonra Muhəmməd ibn Məsləmə də Muğira ilə bərabər bu hökmə şahid olduğunu bildirdi”.”

Misvər ibn Məxramə
Səhihİbn Məcə, 2640 (Qanbahası, 26)

حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الدَّارِمِيُّ ، حَدَّثَنَا أَبُو عَاصِمٍ ، حَدَّثَنَا ابْنُ جُرَيْجٍ , حَدَّثَنِي عَمْرُو بْنُ دِينَارٍ ، أَنَّهُ سَمِعَ طَاوُوسًا ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ ، أَنَّهُ نَشَدَ النَّاسَ قَضَاءَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي ذَلِكَ ، يَعْنِي فِي الْجَنِينِ ، فَقَامَ حَمَلُ بْنُ مَالِكِ بْنِ النَّابِغَةِ , فَقَالَ : كُنْتُ بَيْنَ امْرَأَتَيْنِ لِي , فَضَرَبَتْ إِحْدَاهُمَا الأُخْرَى بِمِسْطَحٍ فَقَتَلَتْهَا ، وَقَتَلَتْ جَنِينَهَا ، فَقَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الْجَنِينِ بِغُرَّةٍ , وَأَنْ تُقْتَلَ بِهَا.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ səhabələrdən Peyğəmbərin ﷺ ana bətnindən düşən uşağın qanbahası haqda hökmünü soruşdu. Həməl ibn Malik ibn ən-Nabiğa ayağa duraraq belə dedi: “Mən iki zövcəmin yanında idim. Onlardan biri digərini çadırın dirəyi ilə döyüb öldürdü və onun bətnindəki uşaq da öldü. Allah Elçisi ﷺ uşağa görə bir ğurranın verilməsini, ölən qadına görə də öldürən qadının öldürülməsinə hökm verdi”.”

Ömər ibn əl-Xattab
Səhihİbn Məcə, 2641 (Qanbahası, 27)

Fəsil 11

Qanbahasına varis olmaq

بَابُ الْمِيرَاثِ مِنَ الدِّيَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بِنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَنَّ عُمَرَ كَانَ يَقُولُ : الدِّيَةُ لِلْعَاقِلَةِ , وَلاَ تَرِثُ الْمَرْأَةُ مِنْ دِيَةِ زَوْجِهَا شَيْئًا ، حَتَّى كَتَبَ إِلَيْهِ الضَّحَّاكُ بْنُ سُفْيَانَ , أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَرَّثَ امْرَأَةَ أَشْيَمَ الضِّبَابِيِّ مِنْ دِيَةِ زَوْجِهَا.

“Səid ibn əl-Museyyib ﵀ rəvayət edir ki, Ömər deyərdi: “Qanbahası öldürülənin ata tərəfindən olan qohumlarının haqqıdır və qadın öldürülən ərinin qanbahasından heç bir şeyə varis ola bilməz”. Nəhayət, əd-Dahhak ibn Süfyan Ömərə Peyğəmbərin ﷺ Əşyəm əd-Dabbinin zövcəsini ərinə varis etdiyini yazdı.”

Səid ibn əl-Museyyib
Səhihİbn Məcə, 2642 (Qanbahası, 28)

حَدَّثَنَا عَبْدُ رَبِّهِ بْنُ خَالِدٍ النُّمَيْرِيُّ ، حَدَّثَنَا الْفُضَيْلُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ ، عَنْ إِسْحَاقَ بْنِ يَحْيَى بْنِ الْوَلِيدِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى لِحَمَلِ بْنِ مَالِكٍ الْهُذَلِيِّ اللِّحْيَانِيِّ بِمِيرَاثِهِ مِنَ امْرَأَتِهِ الَّتِي قَتَلَتْهَا امْرَأَتُهُ الأُخْرَى.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Himəl ibn Malik əl-Huzəli əl-Lihyənini bir zövcəsi tərəfindən öldürülən digər zövcəsinə varis etdi.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2643 (Qanbahası, 29)

Fəsil 12

Kafirin qanbahası

بَابُ دِيَةِ الْكَافِرِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَيَّاشٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى : أَنَّ عَقْلَ أَهْلِ الْكِتَابَيْنِ نِصْفُ عَقْلِ الْمُسْلِمِينَ ، وَهُمُ الْيَهُودُ وَالنَّصَارَى.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ iki Kitab Əhlinin qanbahasının müsəlmanın qanbahasının yarısına bərabər olduğuna hökm verdi. İki Kitab əhli – yəhudi və nəsranilərdir.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2644 (Qanbahası, 30)

Fəsil 13

Qatil (öldürdüyü adamın malına) varis ola bilməz

بَابُ الْقَاتِلِ لاَ يَرِثُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ إِسْحَاقَ بْنِ أَبِي فَرْوَةَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْقَاتِلُ لاَ يَرِثُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qatil (öldürdüyü adamın malına) varis ola bilməz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2645 (Qanbahası, 31)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، وَعَبْدُ اللهِ بْنُ سَعِيدٍ الْكِنْدِيُّ , قَالاَ : حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، أَنَّ أَبَا قَتَادَةَ , رَجُلاً مِنْ بَنِي مُدْلِجٍ ، قَتَلَ ابْنَهُ ، فَأَخَذَ مِنْهُ عُمَرُ مِئَةً مِنَ الإِبِلِ : ثَلاَثِينَ حِقَّةً , وَثَلاَثِينَ جَذَعَةً , وَأَرْبَعِينَ خَلِفَةً ، فَقَالَ : أَيْنَ أَخُو الْمَقْتُولِ ؟ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لَيْسَ لِقَاتِلٍ مِيرَاثٌ.

“Amr ibn Şueyb ﵀ rəvayət edir ki, bir dəfə Bəni Mudlic tayfasından olan Əbu Qatədə adlı bir kişi öz oğlunu öldürmüşdü. Ömər otuz hiqqa, otuz cəzəa və qırx xalifa olaraq cəmi yüz dəvə aldı. Sonra dedi: Öldürülənin qardaşı haradadır? Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Qatil (öldürdüyü adamın malına) varis ola bilməz”.”

Amr ibn Şueyb
Səhihİbn Məcə, 2646 (Qanbahası, 32)

Fəsil 14

Cinayət edən qadının qanbahası onun ata tərəfindən olan kişi qohumlarının üzərinə düşür

بَابُ عَقْلِ الْمَرْأَةِ عَلَى عَصَبَتِهَا وَمِيرَاثُهَا لِوَلَدِهَا

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، أَخْبَرَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَاشِدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَعْقِلَ الْمَرْأَةَ عَصَبَتُهَا مَنْ كَانُوا ، وَلاَ يَرِثُوا مِنْهَا شَيْئًا ، إِلاَّ مَا فَضَلَ عَنْ وَرَثَتِهَا , وَإِنْ قُتِلَتْ فَعَقْلُهَا بَيْنَ وَرَثَتِهَا , وَهُمْ يَقْتُلُونَ قَاتِلَهَا.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediklərini rəvayət etmişdir: “Allah Elçisi ﷺ cinayət edən qadının qanbahasını onun ata tərəfindən olan kişi qohumlarının üzərinə düşməsinə və qadının varislərindən artandan başqa miras ola bilməyən topluluğunun arasında ortaq olduğuna hökm verdi. Əgər bir qadın öldürülərsə, onun qanbahası varisləri arasında bölüşdürülür. Onlar qatili öldürə bilərlər”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2647 (Qanbahası, 33)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا الْمُعَلَّى بْنُ أَسَدٍ ، حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، حَدَّثَنَا مُجَالِدٌ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ جَابِرٍ , قَالَ : جَعَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الدِّيَةَ عَلَى عَاقِلَةِ الْقَاتِلَةِ ، فَقَالَتْ عَاقِلَةُ الْمَقْتُولَةِ : يَا رَسُولَ اللهِ ، مِيرَاثُهَا لَنَا ، قَالَ : لاَ , مِيرَاثُهَا لِزَوْجِهَا وَوَلَدِهَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ cinayət edən qadının qanbahasını onun ata tərəfindən olan kişi qohumlarının üzərinə təyin etdi. Öldürülmüş qadının ata tərəfindən olan kişi qohumları dedilər: “Ey Allahın Elçisi, onda öldürülən qadının mirası bizə düşür”. Allah Elçisi ﷺ buyurdu: “Xeyr, onun mirası ərinin və övladlarınındır”.”

Cabir
Səhihİbn Məcə, 2648 (Qanbahası, 34)

Fəsil 15

Dişin sındırılmasına görə tətbiq edilən qisas

بَابُ الْقِصَاصِ فِي السِّنِّ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى أَبُو مُوسَى ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، وَابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ , قَالَ : كَسَرَتِ الرُّبَيِّعُ عَمَّةُ أَنَسٍ ثَنِيَّةَ جَارِيَةٍ ، فَطَلَبُوا الْعَفْوَ ، فَأَبَوْا ، فَعُرِضَ عَلَيْهِمُ الأَرْشَ ، فَأَبَوْا ، فَأَتَوُا النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَمَرَ بِالْقِصَاصِ ، فَقَالَ أَنَسُ بْنُ النَّضْرِ : يَا رَسُولَ اللهِ ، تُكْسَرُ ثَنِيَّةُ الرُّبَيِّعِ , وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ لاَ تُكْسَرُ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا أَنَسُ , كِتَابُ اللهِ الْقِصَاصُ , قَالَ : فَرَضِيَ الْقَوْمُ , فَعَفَوْا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ مِنْ عِبَادِ اللهِ مَنْ لَوْ أَقْسَمَ عَلَى اللهِ لأَبَرَّهُ.

“Ənəs ﵁ rəvayət edir ki, xalası Rubeyyi bir cariyənin ön dişini sındırdı. Rubeyyinin qohumları qarşı tərəfdən onların bağışlamasını istədilər, lakin qarşı tərəf bundan imtina etdi. Rubeyyinin qohumları bunun qanbahasını ödəmək istədilər, lakin qarşı tərəf bunu da qəbul etmədi. Peyğəmbərin ﷺ yanına getdilər. Peyğəmbər ﷺ qisasın tətbiq olunmasını əmr etdi. (Rubeyyinin qardaşı) Ənəs ibn ən-Nədr dedi: “Ey Allahın Elçisi, Rubeyyinin ön dişi sındırılacaqmı? Səni haqq ilə göndərənə and olsun ki, Rubeyyinin dişi qırılmayacaq”. Peyğəmbər ﷺ buyurdu: “Ey Ənəs, qisas Allahın Kitabındadır”. Ravi deyir: “Ənəsin andından sonra cariyənin adamları qanbahasına razı oldular və Rubeyyini bağışladılar. Bu vaxt Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allahın bəndələrindən elələri var ki, and içsə, Allah onun andını yerinə yetirər”.”

Ənəs
Səhihİbn Məcə, 2649 (Qanbahası, 35)

Fəsil 16

Sındırılan dişlərin qanbahası

بَابُ دِيَةِ الأَسْنَانِ

حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، حَدَّثَنَا عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ , حَدَّثَنِي شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الأَسْنَانُ سَوَاءٌ , الثَّنِيَّةُ وَالضِّرْسُ سَوَاءٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dişlərin qanbahası eynidir. Ön və digər dişlərin qanbahası eynidir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2650 (Qanbahası, 36)

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ الْبَالِسِيُّ ، حَدَّثَنَا عَلِيُّ بْنُ الْحَسَنِ بْنِ شَقِيقٍ ، حَدَّثَنَا أَبُو حَمْزَةَ الْمَرْوَزِيُّ ، حَدَّثَنَا يَزِيدُ النَّحْوِيُّ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ , عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , أَنَّهُ قَضَى فِي السِّنِّ خَمْسًا مِنَ الإِبِلِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ dişin sındırılmasına görə qanbahasının beş dəvə olmasına hökm verdi.”

İbn Abbas
Səhihİbn Məcə, 2651 (Qanbahası, 37)

Fəsil 17

Sındırılan barmaqların qanbahası

بَابُ دِيَةِ الأَصَابِعِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، وَمُحَمَّدُ بْنُ جَعْفَرٍ ، وَابْنُ أَبِي عَدِيٍّ , قَالُوا : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : هَذِهِ وَهَذِهِ سَوَاءٌ ، يَعْنِي الْخِنْصَرَ وَالإِبْهَامَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bu və bu”, yəni üzük taxılan barmaq ilə baş barmağın qanbahası eynidir.”

İbn Abbas
Səhihİbn Məcə, 2652 (Qanbahası, 38)

حَدَّثَنَا جَمِيلُ بْنُ الْحَسَنِ الْعَتَكِيُّ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ مَطَرٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الأَصَابِعُ سَوَاءٌ كُلُّهُنَّ فِيهِنَّ عَشْرٌ عَشْرٌ مِنَ الإِبِلِ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Barmaqların hamısının (qanbahası) eynidir. Bunların qanbahası on dəvədir”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2653 (Qanbahası, 39)

حَدَّثَنَا رَجَاءُ بْنُ الْمُرَجَّى السَّمَرْقَنْدِيُّ ، حَدَّثَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، عَنْ غَالِبٍ التَّمَّارِ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ مَسْرُوقِ بْنِ أَوْسٍ ، عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الأَصَابِعُ سَوَاءٌ.

“Əbu Musa əl-Əşari ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Barmaqların hamısının (qanbahası) eynidir”.”

Əbu Musa əl-Əşari
Səhihİbn Məcə, 2654 (Qanbahası, 40)

Fəsil 18

Sümüyə çatan baş yarasının və üzdə olan yaranın qanbahası

بَابُ الْمُوضِحَةِ

حَدَّثَنَا جَمِيلُ بْنُ الْحَسَنِ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، عَنْ مَطَرٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : فِي الْمَوَاضِحِ خَمْسٌ خَمْسٌ مِنَ الإِبِلِ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sümüyə çatan baş yarasının və üzdə olan yaranın qanbahası beş dəvədir”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2655 (Qanbahası, 41)

Fəsil 19

Birinin əlini dişlədikdə əlini çəkən zaman dişləyən adamın dişlərinin düşməsi

بَابُ مَنْ عَضَّ رَجُلاً فَنَزَعَ يَدَهُ فَنَدَرَ ثَنَايَاهُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الرَّحِيمِ بْنُ سُلَيْمَانَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَطَاءٍ ، عَنْ صَفْوَانَ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَمَّيْهِ يَعْلَى , وَسَلَمَةَ ابْنَيْ أُمَيَّةَ , قَالاَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي غَزْوَةِ تَبُوكَ , وَمَعَنَا صَاحِبٌ لَنَا ، فَاقْتَتَلَ هُوَ وَرَجُلٌ آخَرُ , وَنَحْنُ بِالطَّرِيقِ ، قَالَ : فَعَضَّ الرَّجُلُ يَدَ صَاحِبِهِ ، فَجَذَبَ صَاحِبُهُ يَدَهُ مِنْ فِيهِ ، فَطَرَحَ ثَنِيَّتَهُ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَلْتَمِسُ عَقْلَ ثَنِيَّتِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَعْمِدُ أَحَدُكُمْ إِلَى أَخِيهِ فَيَعَضُّهُ كَعِضَاضِ الْفَحْلِ ، ثُمَّ يَأْتِي يَلْتَمِسُ الْعَقْلَ , لاَ عَقْلَ لَهَا , فَأَبْطَلَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Safvən ibn Abdullah Bəni Umeyyə tayfasından olan əmiləri Yalə və Sələmənin ﵄ belə dediklərini rəvayət etmişdir: “Biz Allah Elçisi ﷺ birlikdə Təbuk döyüşünə çıxmışdıq. Bizimlə birlikdə bir yoldaşımız da var idi. Yolda yoldaşımız bir nəfərlə dalaşdı. O, dalaşdığı adamın əlindən dişlədi. Bu vaxt əli dişlənən adam əlini onun ağzından çəkəndə dişləyən adamın qabaq dişi çıxdı. Dişi çıxan adam Allah Elçisinin ﷺ yanına gələrək qabaq dişlərinin qanbahasını istədi. Allah Elçisi ﷺ də buyurdu: “Sizdən biri yoldaşına yönələrək onu erkək dəvənin dişlədiyi kimi dişləyir, sonra da gəlib (düşən dişinə görə) qanbahası tələb edir. Düşən dişə görə qanbahası yoxdur”. Beləliklə, Allah Elçisi ﷺ düşən dişin qanbahasının batil olduğuna hökm verdi”.”

Yalə və Sələmə
Səhihİbn Məcə, 2656 (Qanbahası, 42)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، أَنَّ رَجُلاً عَضَّ رَجُلاً عَلَى ذِرَاعِهِ , فَنَزَعَ يَدَهُ , فَوَقَعَتْ ثَنِيَّتَاهُ ، فَرُفِعَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَأَبْطَلَهُمَا , وَقَالَ : يَقْضَمُ أَحَدُكُمْ كَمَا يَقْضَمُ الْفَحْلُ.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, bir dəfə bir kişi başqa birinin qolundan dişlədi. Dişlənən adam isə tez qolunu çəkdi. Bu vaxt dişləyənin dişi düşdü. Məsələni Peyğəmbərə ﷺ çatdırdılar və Peyğəmbər ﷺ düşən dişin qanbahasının batil olduğuna hökm verdi və buyurdu: “Sizdən biri (din qardaşının qolunu) erkək dəvənin bərk yem yeməsi kimi dişləm-dişləm edir...”.”

İmran ibn Husayn
Səhihİbn Məcə, 2657 (Qanbahası, 43)

Fəsil 20

Mömin kafirin qətlinə görə öldürülmür

بَابُ لاَ يُقْتَلُ مُؤْمِنٌ بِكَافِرٍ

حَدَّثَنَا عَلْقَمَةُ بْنُ عَمْرٍو الدَّارِمِيُّ ، حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ مُطَرِّفٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ أَبِي جُحَيْفَةَ , قَالَ : قُلْتُ لِعَلِيِّ بْنِ أَبِي طَالِبٍ : هَلْ عِنْدَكُمْ شَيْءٌ مِنَ الْعِلْمِ لَيْسَ عِنْدَ النَّاسِ ؟ قَالَ : لاَ وَاللَّهِ مَا عِنْدَنَا إِلاَّ مَا عِنْدَ النَّاسِ ، إِلاَّ أَنْ يَرْزُقَ اللَّهُ رَجُلاً فَهْمًا فِي الْقُرْآنِ ، أَوْ مَا فِي هَذِهِ الصَّحِيفَةِ , فِيهَا الدِّيَاتُ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَأَنْ لاَ يُقْتَلَ مُسْلِمٌ بِكَافِرٍ.

“Rəvayət edilir ki, Əbu Cuheyfə ﵀ demişdir: “Mən Əli ibn Əbu Talibə dedim: “Sizin bilib, insanların isə bilmədiyi bir şey varmı?” Əli dedi: “Xeyr, Allaha and olsun ki, bizim bildiyimiz, insanların isə bilmədiyi heç nə yoxdur. Yalnız Allahın bir adama Quran hökmlərini dərk etmək qabiliyyəti verməsi və bu səhifədə olan hökmlər var. Bu səhifədə Allah Elçisi ﷺ tərəfindən buyurulan qanbahalarının hökmləri və müsəlmanın kafiri qətlə yetirməsinə görə öldürülməməsi hökmü var”.”

Əbu Cuheyfə
Zəifİbn Məcə, 2658 (Qanbahası, 44)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَيَّاشٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يُقْتَلُ مُسْلِمٌ بِكَافِرٍ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlman kafiri qətlə yetirməsinə görə öldürülmür”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2659 (Qanbahası, 45)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، حَدَّثَنَا مُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنْ أَبِيهِ ، عَنْ حَنَشٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يُقْتَلُ مُؤْمِنٌ بِكَافِرٍ ، وَلاَ ذُو عَهْدٍ فِي عَهْدِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heç bir mömin kafiri qətlə yetirməsinə görə öldürülmür və əhd yiyəsi (olan kafir) əhd daxilində öldürülmür”.”

İbn Abbas
Səhihİbn Məcə, 2660 (Qanbahası, 46)

Fəsil 21

Ata oğlunu qətl etdiyinə görə öldürülmür

بَابُ لاَ يُقْتَلُ وَالِدٌ بِوَلَدِهِ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنْ إِسْمَاعِيلَ بْنِ مُسْلِمٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يُقْتَلُ بِالْوَلَدِ الْوَالِدُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ata oğlunu qətl etdiyinə görə öldürülmür”.”

İbn Abbas
Səhihİbn Məcə, 2661 (Qanbahası, 47)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ حَجَّاجٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ , قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ يُقْتَلُ الْوَالِدُ بِالْوَلَدِ

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Ata oğlunu qətl etdiyinə görə öldürülmür”.”

Ömər ibn əl-Xattab
Səhihİbn Məcə, 2662 (Qanbahası, 48)

Fəsil 22

Qatil öldürüləni necə öldürülübsə, elə də öldürülür

بَابُ يُقْتَادُ مِنَ الْقَاتِلِ كَمَا قَتَلَ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هَمَّامِ بْنِ يَحْيَى ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ يَهُودِيًّا رَضَخَ رَأْسَ امْرَأَةٍ بَيْنَ حَجَرَيْنِ فَقَتَلَهَا , فَرَضَخَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَأْسَهُ بَيْنَ حَجَرَيْنِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə bir yəhudi (ənsardan olan) bir qadının başını iki daşın arasında sıxaraq onu öldürmüşdü. Allah Elçisi ﷺ də yəhudinin başını iki daş arasında sıxıb onu öldürtdürdü.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2665 (Qanbahası, 51)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ (ح) وحَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، أَخْبَرَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ , قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ هِشَامِ بْنِ زَيْدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ يَهُودِيًّا قَتَلَ جَارِيَةً عَلَى أَوْضَاحٍ لَهَا ، فَقَالَ لَهَا : أَقَتَلَكِ فُلاَنٌ ؟ فَأَشَارَتْ بِرَأْسِهَا : أَنْ لاَ ، ثُمَّ سَأَلَهَا الثَّانِيَةَ ، فَأَشَارَتْ بِرَأْسِهَا : أَنْ لاَ ، ثُمَّ سَأَلَهَا الثَّالِثَةَ ، فَأَشَارَتْ بِرَأْسِهَا : أَنْ نَعَمْ ، فَقَتَلَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَيْنَ حَجَرَيْنِ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə bir yəhudi (ənsardan olan) gənc bir qadını üzərindəki gümüşdən olan zinət əşyasına görə başını iki daşın arasında sıxaraq onu öldürmüşdü. Qadın hələ can verməmiş Allah Elçisinin ﷺ yanına gətirildi. Allah Elçisi ﷺ dedi: “Səni filankəs vurdu?” Qadın başı ilə “xeyr” cavabını verdi. Allah Elçisi ﷺ ikinci dəfə başqa birisinin adını çəkərək dedi: “Səni filankəs vurdu?” Qadın başı ilə yenə “xeyr” cavabını verdi. Sonra Allah Elçisi ﷺ üçüncü dəfə başqa birisinin adını çəkərək dedi: “Səni filankəs vurdu?” Qadın başı ilə “bəli” cavabını verdi. Allah Elçisinin ﷺ əmri ilə qatilin başı iki daş arasında əzilərək öldürüldü.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2666 (Qanbahası, 52)

Fəsil 23

Heç kəs heç kəsə görə cazəlandırılmır

بَابُ لاَ يَجْنِي أَحَدٌ عَلَى أَحَدٍ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ شَبِيبِ بْنِ غَرْقَدَةَ ، عَنْ سُلَيْمَانَ بْنِ عَمْرِو بْنِ الأَحْوَصِ ، عَنْ أَبِيهِ , قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ فِي حَجَّةِ الْوَدَاعِ : أَلاَ لاَ يَجْنِي جَانٍ إِلاَّ عَلَى نَفْسِهِ , لاَ يَجْنِي وَالِدٌ عَلَى وَلَدِهِ ، وَلاَ مَوْلُودٌ عَلَى وَالِدِهِ.

“Süleyman ibn Amr ibn əl-Əhvas atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Vida həccində Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Bilin ki, hər cani ancaq özünün etdiyi günaha görə məsuliyyət daşıyır. Heç bir ata oğlunun günahına görə məsuliyyət daşımır və heç bir oğul da atasının günahına görə məsuliyyət daşımır”.”

Süleyman ibn Amr ibn əl-Əhvas atasından
Səhihİbn Məcə, 2669 (Qanbahası, 55)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ يَزِيدَ بْنِ زِيَادٍ (1)، حَدَّثَنَا جَامِعُ بْنُ شَدَّادٍ ، عَنْ طَارِقٍ الْمُحَارِبِيِّ , قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَرْفَعُ يَدَيْهِ حَتَّى رَأَيْتُ بَيَاضَ إِبْطَيْهِ ، يَقُولُ : أَلاَ لاَ تَجْنِي أُمٌّ عَلَى وَلَدٍ , أَلاَ لاَ تَجْنِي أُمٌّ عَلَى وَلَدٍ.

“Rəvayət edilir ki, Tariq əl-Muharibi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ qoltuq altlarının ağlığı görünənə qədər əllərini havaya qaldıraraq belə buyurduğunu gördüm: “Bilin ki, heç bir ana oğlunun günahına görə məsuliyyət daşımır. Bilin ki, heç bir ana oğlunun günahına görə məsuliyyət daşımır”.”

Tariq əl-Muharibi
Səhihİbn Məcə, 2670 (Qanbahası, 56)

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ يُونُسَ ، عَنْ حُصَيْنِ بْنِ أَبِي الْحُرِّ ، عَنِ الْخَشْخَاشِ الْعَنْبَرِيِّ , قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَمَعِيَ ابْنِي ، فَقَالَ : لاَ تَجْنِي عَلَيْهِ ، وَلاَ يَجْنِي عَلَيْكَ.

“Rəvayət edilir ki, əl-Xaşxaşi əl-Anbəri ﵁ demişdir: “Yanımda oğlum olduğu halda Peyğəmbərin ﷺ yanına gəldim. Peyğəmbər ﷺ buyurdu: “Sən oğlunun günahına görə, oğlun da sənin günahına görə məsuliyyət daşımır”.”

əl-Xaşxaşi əl-Anbəri
Səhihİbn Məcə, 2671 (Qanbahası, 57)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عَقِيلٍ ، حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ ، حَدَّثَنَا أَبُو الْعَوَّامِ الْقَطَّانُ ، عَنْ مُحَمَّدِ بْنِ جُحَادَةَ ، عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ ، عَنْ أُسَامَةَ بْنِ شَرِيكٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَجْنِي نَفْسٌ عَلَى أُخْرَى.

“Rəvayət edilir ki, Usamə ibn Şərik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç kim başqa adamın günahına görə məsuliyyət daşımır”.”

Usamə ibn Şərik
Səhihİbn Məcə, 2672 (Qanbahası, 58)

Fəsil 24

Heç kimə ödətdirilməyən ziyan

بَابُ الْجُبَارِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْعَجْمَاءُ جَرْحُهَا جُبَارٌ ، وَالْمَعْدِنُ جُبَارٌ ، وَالْبِئْرُ جُبَارٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yırtıcı olmayan dördayaqlı heyvanın verdiyi zərər ödətdirilmir. Mədəndən götürülən ödətdirilmir. Quyudan götürülən ödətdirilmir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2673 (Qanbahası, 59)

حَدَّثَنَا أَبو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ ، حَدَّثَنَا كَثِيرُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ عَوْفٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الْعَجْمَاءُ جَرْحُهَا جُبَارٌ ، وَالْمَعْدِنُ جُبَارٌ.

“Kəsir ibn Abdullah ibn Amr ibn Auf atasının və babasının ﵄ dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Yırtıcı olmayan dördayaqlı heyvanın verdiyi zərər ödətdirilmir. Mədəndən götürülən ödətdirilmir”.”

Kəsir ibn Abdullah ibn Amr ibn Auf atasından və babasından
Səhihİbn Məcə, 2674 (Qanbahası, 60)

حَدَّثَنَا عَبْدُ رَبِّهِ بْنُ خَالِدٍ النُّمَيْرِيُّ ، حَدَّثَنَا فُضَيْلُ بْنُ سُلَيْمَانَ , حَدَّثَنِي مُوسَى بْنُ عُقْبَةَ , حَدَّثَنِي إِسْحَاقُ بْنُ يَحْيَى بْنِ الْوَلِيدِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ , قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّ الْمَعْدِنَ جُبَارٌ ، وَالْبِئْرَ جُبَارٌ ، وَالْعَجْمَاءَ جَرْحُهَا جُبَارٌ. وَالْعَجْمَاءُ : الْبَهِيمَةُ مِنَ الأَنْعَامِ وَغَيْرِهَا ، وَالْجُبَارُ : هُوَ الْهَدْرُ الَّذِي لاَ يُغَرَّمُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ yırtıcı olmayan dördayaqlı heyvanın verdiyi zərərin, quyudan götürülənin və mədəndən götürülənin ödətdirilməməsinə hökm etdi”. Dördayaqlı heyvan – dəvə, inək, qoyun, keçi və başqa ev heyvanları deməkdir. Ödətdirilməyən – yəni bunun zərərini heç kim ödəmir.”

Ubadə ibn əs-Samit
Səhihİbn Məcə, 2675 (Qanbahası, 61)

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، عَنْ مَعْمَرٍ ، عَنْ هَمَّامٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : النَّارُ جُبَارٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Odun (alovun) vurduğu zərəri heç kim ödəmir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2676 (Qanbahası, 62)

Fəsil 25

Andlar

بَابُ الْقَسَامَةِ

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا بِشْرُ بْنُ عُمَرَ , سَمِعْتُ مَالِكَ بْنَ أَنَسٍ , حَدَّثَنِي أَبُو لَيْلَى بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ ، عَنْ سَهْلِ بْنِ أَبِي حَثْمَةَ , أَنَّهُ أَخْبَرَهُ عَنْ رِجَالٍ مِنْ كُبَرَاءِ قَوْمِهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ سَهْلٍ , وَمُحَيِّصَةَ خَرَجَا إِلَى خَيْبَرَ مِنْ جَهْدٍ أَصَابَهُمْ ، فَأُتِيَ مُحَيِّصَةُ , فَأُخْبِرَ أَنَّ عَبْدَ اللهِ بْنَ سَهْلٍ قَدْ قُتِلَ وَأُلْقِيَ فِي فَقِيرٍ أَوْ عَيْنٍ بِخَيْبَرَ ، فَأَتَى يَهُودَ , فَقَالَ : أَنْتُمْ وَاللَّهِ قَتَلْتُمُوهُ ، فَقَالُوا : وَاللَّهِ مَا قَتَلْنَاهُ ، ثُمَّ أَقْبَلَ حَتَّى قَدِمَ عَلَى قَوْمِهِ ، فَذَكَرَ لَهُمْ ذَلِكَ ، ثُمَّ أَقْبَلَ هُوَ وَأَخُوهُ حُوَيِّصَةُ ، وَهُوَ أَكْبَرُ مِنْهُ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ سَهْلٍ ، فَذَهَبَ مُحَيِّصَةُ يَتَكَلَّمُ ، وَهُوَ الَّذِي كَانَ بِخَيْبَرَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِمُحَيِّصَةَ : كَبِّرْ كَبِّرْ , يُرِيدُ السِّنَّ ، فَتَكَلَّمَ حُوَيِّصَةُ ، ثُمَّ تَكَلَّمَ مُحَيِّصَةُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِمَّا أَنْ يَدُوا صَاحِبَكُمْ ، وَإِمَّا أَنْ يُؤْذَنُوا بِحَرْبٍ , فَكَتَبَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَيْهِمْ فِي ذَلِكَ ، فَكَتَبُوا : إِنَّا وَاللَّهِ مَا قَتَلْنَاهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِحُوَيِّصَةَ , وَمُحَيِّصَةَ , وَعَبْدِ الرَّحْمَنِ : تَحْلِفُونَ وَتَسْتَحِقُّونَ دَمَ صَاحِبِكُمْ ؟ قَالُوا : لاَ , قَالَ : فَتَحْلِفُ لَكُمْ يَهُودُ ؟ قَالُوا : لَيْسُوا بِمُسْلِمِينَ , فَوَدَاهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ عِنْدِهِ ، فَبَعَثَ إِلَيْهِمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِئَةَ نَاقَةٍ ، حَتَّى أُدْخِلَتْ عَلَيْهِمُ الدَّارَ. فَقَالَ سَهْلٌ : فَلَقَدْ رَكَضَتْنِي مِنْهَا نَاقَةٌ حَمْرَاءُ.

“Səhl ibn Həsmə ﵀ öz tayfasının öndə gedənlərindən rəvayət edir ki, bir dəfə Abdullah ibn Səhl və Muheyyisa çətinlik üzündən qazanc əldə etmək məqsədilə Xeybərə doğru yola çıxdılar. (Orada ayrı-ayrılıqda işəyirdilər). Bu əsnada Muheyyisaya yoldaşının öldürülüb bir quyuya və ya Xeybər tərəfdə olan bulağa atıldığı xəbəri çatdırıldı. Muheyyisa yəhudilərin yanına gedərək: “Sizsiniz, Allaha and olsun ki, yoldaşımı siz öldürmüsünüz”- dedi. Onlar dedilər: “Allaha and olsun ki, onu biz öldürməmişik”. Sonra Muheyyisa Mədinəyə qayıdıb olanları tayfasına xəbər verdi. Sonra da böyük qardaşı Huveyyisa və Abdur-Rahmən ibn Səhl ilə birlikdə qalxıb Allah Elçisinin ﷺ yanına getdilər. Muheyyisa danışmağa başladı, çünki Xeybərdə o olmuşdu. Allah Elçisi ﷺ Muheyyisaya yaşca böyük olan qardaşını qəsd edərək: “Böyük danışsın, böyük danışsın!”- dedi. Ona görə əvvəl Huveyyisa, sonra isə Muheyyisa danışdı. Allah Elçisi ﷺ buyurdu: “Onlar ya öldürülən yoldaşınızın qanbahasını verməlidirlər, ya da onlarla müharibə olacaq”. Allah Elçisi məsələ ilə bağlı məktubu Xeybərlilərə göndərdi. Onlar da bu məktuba cavab olaraq: “Allaha and olsun! Onu biz öldürməmişik”. Allah Elçisi ﷺ Huveyyisa, Muheyyisa və Abdur-Rahmənə dedi: “Yoldaşınızın (Xeybər yəhudiləri tərəfindən) öldürüldüyünə and içə bilərsinizmi? Belə olduqda onun qanbahasını ala biləcəksiniz”. Onlar: “Xeyr”- dedilər. Allah Elçisi ﷺ buyurdu: “Onda yəhudilər sizin üçün (bu cinayəti etmədiklərinə) and içəcəklər”. Onlar dedilər: “Axı onlar müsəlman deyillər (andları necə həqiqət sayıla bilər)”. Bundan sonra Allah Elçisi ﷺ öldürülənin qanbahasını özü verdi. Allah Elçisi ﷺ öldürülənin yaxınlarına yüz dişi dəvə göndərib onların evlərində onlara təhvil etdirdi. Ravi Səhl deyir: “O dəvələrdən qırmızı bir dəvə mənə şıllaq atmışdı”.”

Səhl ibn Əbu Həsmə
Səhihİbn Məcə, 2677 (Qanbahası, 63)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ حَجَّاجٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ حُوَيِّصَةَ , وَمُحَيِّصَةَ ابْنَيْ مَسْعُودٍ ، وَعَبْدَ اللهِ , وَعَبْدَ الرَّحْمَنِ ابْنَيْ سَهْلٍ ، خَرَجُوا يَمْتَارُونَ بِخَيْبَرَ ، فَعُدِيَ عَلَى عَبْدِ اللهِ ، فَقُتِلَ , فَذُكِرَ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَ : تُقْسِمُونَ وَتَسْتَحِقُّونَ ؟ فَقَالُوا : يَا رَسُولَ اللهِ ، كَيْفَ نُقْسِمُ وَلَمْ نَشْهَدْ ؟ قَالَ : فَتُبْرِئُكُمْ يَهُودُ ؟ فَقَالُوا : يَا رَسُولَ اللهِ ، إِذًا تَقْتُلَنَا ، قَالَ : فَوَدَاهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ عِنْدِهِ.

“Amr ibn Şueyb atasından və babasından rəvayət edir ki, bir dəfə Məsudun oğulları olan Huveyyisa və Muheyyisa və Səhlin oğlanları Abdullah və Abdur-Rahmən azuqə üçün Xeybərə getdilər. Sonra (Xeybərdə) Abdullah öldürüldü. Bunu Allah Elçisinə ﷺ bildirdikdə o buyurdu: “Yoldaşınızın (Xeybər yəhudiləri tərəfindən) öldürüldüyünə and içə biləsinizmi? Belə olduqda onun qanbahasını ala biləcəksiniz”. Onlar dedilər: “Ey Allahın Elçisi, biz necə and içə bilərik, axı biz buna şahid olmamışıq”. Allah Elçisi ﷺ buyurdu: “Onda yəhudilər (and içib) sizin ittihamınızdan bəraət qazanacaqlar”. Onlar dedilər: “Ey Allahın Elçisi, yəhudilər and içməklə bəraət alsalar, bizi öldürəcəklər”. Ravi deyir: “Bundan sonra Allah Elçisi ﷺ öldürülənin qanbahasını özü verdi”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2678 (Qanbahası, 64)

Fəsil 26

Kim köləsinin bir əzasını kəsərək ona əziyyət verərsə, o kölə azad sayılır

بَابُ مَنْ مَثَّلَ بِعَبْدِهِ فَهُوَ حُرٌّ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا عَبْدُ السَّلاَمِ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي فَرْوَةَ ، عَنْ سَلَمَةَ بْنِ رَوْحِ بْنِ زِنْبَاعٍ ، عَنْ جَدِّهِ ، أَنَّهُ قَدِمَ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَقَدْ خَصَى غُلاَمًا لَهُ ، فَأَعْتَقَهُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالْمُثْلَةِ.

“Sələmə ibn Ravh ibn Zinbai ﵀ rəvayət edir ki, babası bir kölənin xayalarını çıxartmışdı və buna görə Peyğəmbərin ﷺ yanına gəldi. Peyğəmbər ﷺ də həmin kölənin azad olmasına hökm verdi.”

Sələmə ibn Ravh ibn Zinbai
Həsənİbn Məcə, 2679 (Qanbahası, 65)

حَدَّثَنَا رَجَاءُ بْنُ الْمُرَجَّى السَّمَرْقَنْدِيُّ ، حَدَّثَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ ، حَدَّثَنَا أَبُو حَمْزَةَ الصَّيْرَفِيُّ , حَدَّثَنِي عَمْرُو بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَارِخًا ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا لَكَ ؟ قَالَ : سَيِّدِي رَآنِي أُقَبِّلُ جَارِيَةً لَهُ , فَجَبَّ مَذَاكِيرِي ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : عَلَيَّ بِالرَّجُلِ , فَطُلِبَ , فَلَمْ يُقْدَرْ عَلَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اذْهَبْ ، فَأَنْتَ حُرٌّ , قَالَ : عَلَى مَنْ نُصْرَتِي يَا رَسُولَ اللهِ ؟ قَالَ : يَقُولُ : أَرَأَيْتَ إِنِ اسْتَرَقَّنِي مَوْلاَيَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : عَلَى كُلِّ مُؤْمِنٍ أَوْ مُسْلِمٍ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Bir kölə kişi Peyğəmbərin ﷺ yanına gələrək kömək istədi. Allah Elçisi ﷺ ona dedi: “Nə olub?” Kişi dedi: “Ağam məni bir cariyəsini öpdüyüm vaxt gördü və buna görə mənim cinsiyyət üzvümü kəsdi”. Peyğəmbər ﷺ səhabələrinə buyurdu: “O adamı mənim yanıma gətirin!” Səhabələr onu axtardılar, lakin tapa bilmədilər. Allah Elçisi ﷺ də buyurdu: “Get, sən azadsan!” Kölə dedi: “Bu məsələdə mənə kim kömək edər, ey Allahın Elçisi? Ağam məni kölə etmək istəsə, buna kim mane olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Hər bir mömin və ya hər bir müsəlman”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 2680 (Qanbahası, 66)

Fəsil 27

Müsəlmanların qanbahaları bərabər hüquq sahibidirlər

بَابُ الْمُسْلِمُونَ تَتَكَافَأُ دِمَاؤُهُمْ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنْ أَبِيهِ ، عَنْ حَنَشٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : الْمُسْلِمُونَ تَتَكَافَأُ دِمَاؤُهُمْ , وَهُمْ يَدٌ عَلَى مَنْ سِوَاهُمْ ، يَسْعَى بِذِمَّتِهِمْ أَدْنَاهُمْ ، وَيُرَدُّ عَلَى أَقْصَاهُمْ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmanlar qanbahalarında bərabər hüquq sahibidirlər və düşmənlərə qarşı bir yumruq kimidirlər. Onların kafirlərə verə biləcəkləri haqları ən aşağı səviyyədə olanı da verə bilər. Qəniməti isə dəstədə ən uzaq olana da verilir”.”

İbn Abbas
Səhihİbn Məcə, 2683 (Qanbahası, 69)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعِيدٍ الْجَوْهَرِيُّ ، حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ أَبُو ضَمْرَةَ ، عَنْ عَبْدِ السَّلاَمِ بْنِ أَبِي الْجَنُوبِ ، عَنِ الْحَسَنِ ، عَنْ مَعْقِلِ بْنِ يَسَارٍ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْمُسْلِمُونَ يَدٌ عَلَى مَنْ سِوَاهُمْ ، وَتَتَكَافَأُ دِمَاؤُهُمْ.

“Rəvayət edilir ki, Məqil ibn Yəsar demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlmanlar düşmənlərə qarşı bir yumruq kimi olmalıdırlar və onlar qanbahalarında bərabər hüquq sahibidirlər”.”

Məqil ibn Yəsar
Səhihİbn Məcə, 2684 (Qanbahası, 70)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَيَّاشٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَدُ الْمُسْلِمِينَ عَلَى مَنْ سِوَاهُمْ , تَتَكَافَأُ دِمَاؤُهُمْ ، وَيُجِيرُ عَلَى الْمُسْلِمِينَ أَدْنَاهُمْ ، وَيَرُدُّ عَلَى الْمُسْلِمِينَ أَقْصَاهُمْ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlmanlar düşmənlərə qarşı bir yumruq kimi olmalıdırlar və onlar qanbahalarında bərabər hüquq sahibidirlər. Müsəlmanların ən aşağı səviyyədə olanı belə onların hamısının adından kafirlərə zəmanət verə bilər və qəniməti dəstədə ən uzaq olana da verilir”.”

Amr ibn Şueyb atasından və babasından
Səhihİbn Məcə, 2685 (Qanbahası, 71)

Fəsil 28

Qorunmasına təminat verilən bir kafiri öldürən

بَابُ مَنْ قَتَلَ مُعَاهَدًا

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الْحَسَنِ بْنِ عَمْرٍو ، عَنْ مُجَاهِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ قَتَلَ مُعَاهَدًا لَمْ يَرَحْ رَائِحَةَ الْجَنَّةِ ، وَإِنَّ رِيحَهَا لَتُوجَدُ مِنْ مَسِيرَةِ أَرْبَعِينَ عَامًا.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim qorunmasına təminat verilən bir kafiri öldürərsə, Cənnətin qoxusunu duymaz. Halbuki, Cənnətin qoxusu qırx illik məsafədən hiss olunur”.”

Abdullah ibn Amr
Səhihİbn Məcə, 2686 (Qanbahası, 72)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مَعْدِيُّ بْنُ سُلَيْمَانَ ، أَخْبَرَنَا ابْنُ عَجْلاَنَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ قَتَلَ مُعَاهَدًا , لَهُ ذِمَّةُ اللهِ وَذِمَّةُ رَسُولِهِ , فَلاَ يَرَحْ رَائِحَةَ الْجَنَّةِ ، وَإِنَّ رِيحَهَا لَتُوجَدُ مِنْ مَسِيرَةِ سَبْعِينَ عَامًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim Allahın və Elçisinin qorunmasına təminat verdiyi bir kafiri öldürərsə, Cənnətin qoxusunu duymaz. Halbuki, Cənnətin qoxusu yetmiş illik məsafədən hiss olunur”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2687 (Qanbahası, 73)

Fəsil 29

Birinə qoruma təminatı verib sonra da onu öldürən

بَابُ مَنْ أَمِنَ رَجُلاً عَلَى دَمِهِ فَقَتَلَهُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا أَبُو عَوَانَةَ , عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ , عَنْ رِفَاعَةَ بْنِ شَدَّادٍ الْفِتْيَانِيِّ , قَالَ : لَوْلاَ كَلِمَةٌ سَمِعْتُهَا مِنْ عَمْرِو بْنِ الْحَمِقِ الْخُزَاعِيِّ لَمَشَيْتُ فِيمَا بَيْنَ رَأْسِ الْمُخْتَارِ وَجَسَدِهِ , سَمِعْتُهُ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَمِنَ رَجُلاً عَلَى دَمِهِ فَقَتَلَهُ , فَإِنَّهُ يَحْمِلُ لِوَاءَ غَدْرٍ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Rifəa ibn Şəddad əl-Fityani ﵀ demişdir: “Amr ibn əl-Hamiq əl-Xuzaidən eşitdiyim bir kəlmə olmasaydı, Muxtarın başı ilə bədəni arasında yeriyərdim. O, Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim bir adama qoruma təminatı verib sonra onu öldürərsə, şübhəsiz, o, Qiyamət günü zülm bayrağını daşıyacaq”.”

Rifəa ibn Şəddad əl-Fityani
Səhihİbn Məcə, 2688 (Qanbahası, 74)

Fəsil 30

Qatilin bağışlanması

بَابُ الْعَفْوِ عَنِ الْقَاتِلِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ , قَالاَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَتَلَ رَجُلٌ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَرُفِعَ ذَلِكَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَدَفَعَهُ إِلَى وَلِيِّ الْمَقْتُولِ ، فَقَالَ الْقَاتِلُ : يَا رَسُولَ اللهِ ، وَاللَّهِ مَا أَرَدْتُ قَتْلَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِلْوَلِيِّ : أَمَا إِنَّهُ إِنْ كَانَ صَادِقًا ثُمَّ قَتَلْتَهُ دَخَلْتَ النَّارَ , قَالَ : فَخَلَّى سَبِيلَهُ ، قَالَ : وَكَانَ مَكْتُوفًا بِنِسْعَةٍ ، فَخَرَجَ يَجُرُّ نِسْعَتَهُ ، فَسُمِّيَ ذَا النِّسْعَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə bir nəfər başqa birisini öldürmüşdü. Bu xəbər Peyğəmbərə ﷺ çatdıqda qatili öldürülənin vəlisinə təhvil verdi. Belə olduqda qatil dedi: “Ey Allahın Elçisi, Allaha and olsun ki, mən onu qəsdən öldürmədim”. Allah Elçisi ﷺ də öldürülənin vəlisinə buyurdu: “Bil ki, əgər qatil doğru söyləyirsə, sən onu öldürsən, Cəhənnəmə girəcəksən”. Bundan sonra öldürülənin vəlisi qatili azad etdi. Qatilin əlləri arxadan enli və uzun qayışla bağlı idi. O, qayışı açaraq çıxıb getdi. Buna görə də ona “Qayış sahibi” adı verildi”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2690 (Qanbahası, 76)

حَدَّثَنَا أَبُو عُمَيْرٍ عِيسَى بْنُ مُحَمَّدِ النَّحَّاسِ ، وَعِيسَى بْنُ يُونُسَ ، وَالْحُسَيْنُ بْنُ أَبِي السَّرِىِّ الْعَسْقَلاَنِيُّ , قَالُوا : حَدَّثَنَا ضَمْرَةُ بْنُ رَبِيعَةَ ، عَنِ ابْنِ شَوْذَبٍ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ , قَالَ : أَتَى رَجُلٌ بِقَاتِلِ وَلِيِّهِ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اعْفُ , فَأَبَى , فَقَالَ : خُذْ أَرْشًا , فَأَبَى , قَالَ : اذْهَبْ فَاقْتُلْهُ , فَإِنَّكَ مِثْلُهُ , قَالَ : فَلُحِقَ , فَقِيلَ لَهُ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَدْ قَالَ : اقْتُلْهُ فَإِنَّكَ مِثْلُهُ , فَخَلَّى سَبِيلَهُ , قَالَ : فَرُئِيَ يَجُرُّ نِسْعَتَهُ ذَاهِبًا إِلَى أَهْلِهِ ، قَالَ : كَأَنَّهُ قَدْ كَانَ أَوْثَقَهُ. قَالَ أَبُو عُمَيْرٍ فِي حَدِيثِهِ : قَالَ ابْنُ شَوْذَبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ : فَلَيْسَ لأَحَدٍ بَعْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَقُولُ : اقْتُلْهُ فَإِنَّكَ مِثْلُهُ. قَالَ ابْنُ مَاجَهْ : هَذَا حَدِيثُ الرَّمْلِيِّينَ , لَيْسَ إِلاَّ عِنْدَهُمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir kişi vəlisinin qatilini Allah Elçisinin ﷺ yanına gətirdi. Allah Elçisi ﷺ o kişiyə dedi: “(Qatili) bağışla!” O kişi bağışlamaqdan imtina etdi. Allah Elçisi ﷺ dedi: “Onda qanbahasını götür”. O kişi bundan da imtina etdi. Allah Elçisi ﷺ dedi: “Get, qatili öldür, həqiqətən, sən onun kimisən”. Sonra o kişinin ardı ilə gedib ona Allah Elçisinin ﷺ: “Get, qatili öldür, həqiqətən, sən onun kimisən” duyurduğunu dedilər. Həmin kişi qatili bağışladı. Qatilin qayışı açaraq ailəsinin yanına qayıtdığını gördülər”. Ənəs deyir: “Deyəsən öldürülənin vəlisi qatili qayışla bağlamışdı”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2691 (Qanbahası, 77)

Fəsil 31

Qisas almadan bağışlamaq

بَابُ الْعَفْوِ فِي الْقِصَاصِ

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، أَخْبَرَنَا حَبَّانُ بْنُ هِلاَلٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ بَكْرٍ الْمُزَنِيُّ ، عَنْ عَطَاءِ بْنِ أَبِي مَيْمُونَةَ , قَالَ : لاَ أَعْلَمُهُ إِلاَّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ , قَالَ : مَا رُفِعَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ شَيْءٌ فِيهِ الْقِصَاصُ ، إِلاَّ أَمَرَ فِيهِ بِالْعَفْوِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinə ﷺ ərz edilən qisasla bağlı hər bir hadisədə o, bağışlamağa təşviq edərdi”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 2692 (Qanbahası, 78)