Öldürülənin vəlisi ilə qisas və ya qanbahası arasına girən
حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ كَثِيرٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، رَفَعَهُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ قَتَلَ فِي عِمِّيَّةٍ أَوْ عَصَبِيَّةٍ بِحَجَرٍ أَوْ سَوْطٍ أَوْ عَصًا , فَعَلَيْهِ عَقْلُ الْخَطَأِ ، وَمَنْ قَتَلَ عَمْدًا فَهُوَ قَوَدٌ ، وَمَنْ حَالَ بَيْنَهُ وَبَيْنَهُ , فَعَلَيْهِ لَعْنَةُ اللهِ وَالْمَلاَئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ ، لاَ يُقْبَلُ مِنْهُ صَرْفٌ وَلاَ عَدْلٌ.
“İbn Abbas ﵄ Peyğəmbərə ﷺ isnad edərək belə buyurmuşdur: “Kim qarışıqlıqda və ya əsəbi halda bir daşla və ya bir dəyənəklə öldürmək qəsdi olmadan xəta edərək kimisə öldürərsə, onun üzərinə qanbahası ödəmək düşür. Kim qəsdən adam öldürərsə, bu hal qisas alınmağa səbəbdir. Kim də qatillə qisas arasına girərsə (qatilin öldürülməsinə mane olarsa), Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olsun! Ondan nə tövbə qəbul olunar, nə də bir əvəz (nafilə ibadətlər, nə də fərz ibadətlər) qəbul olunar”.”
İstinad
İbn Məcə, 2635 (Qanbahası, 21)
Sunən İbn Məcə — Qanbahasına aid fəsillər