Qanbahasına aid fəsillər

Qanbahası qatilin yaxınlarına vacibdir, əgər yaxınları yoxdursa, beytul-maldan ödənilir

حَدَّثَنَا يَحْيَى بْنُ دُرُسْتَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ بُدَيْلِ بْنِ مَيْسَرَةَ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ رَاشِدِ بْنِ سَعْدٍ ، عَنْ أَبِي عَامِرٍ الْهَوْزَنِيِّ ، عَنِ الْمِقْدَامِ الشَّامِيِّ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَنَا وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ ، أَعْقِلُ عَنْهُ وَأَرِثُهُ ، وَالْخَالُ وَارِثُ مَنْ لاَ وَارِثَ لَهُ ، يَعْقِلُ عَنْهُ وَيَرِثُهُ.

“Rəvayət edilir ki, əl-Miqdəm ibn əş-Şami (ibn Mədi Kərib) ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Varisi olmayanın varisi mənəm. Onun qanbahasını ödəyərəm və ona varis olaram. Dayı varisi olmayanın (bacıoğlunun) varisidir. Onun yerinə qanbahası ödəyər və onun mirasını alar”.”

əl-Miqdam əş-Şami
Səhih

İstinad

İbn Məcə, 2634 (Qanbahası, 20)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər