Başqasını yaralayan qisas əvəzinə qanbahası verir
حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَعَثَ أَبَا جَهْمِ بْنَ حُذَيْفَةَ مُصَدِّقًا , فَلاَجَّهُ رَجُلٌ فِي صَدَقَتِهِ , فَضَرَبَهُ أَبُو جَهْمٍ , فَشَجَّهُ ، فَأَتَوُا النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالُوا : الْقَوَدَ يَا رَسُولَ اللهِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَكُمْ كَذَا وَكَذَا ، فَلَمْ يَرْضَوْا ، فَقَالَ : لَكُمْ كَذَا وَكَذَا , فَرَضُوا ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي خَاطِبٌ عَلَى النَّاسِ وَمُخْبِرُهُمْ بِرِضَاكُمْ ؟ قَالُوا : نَعَمْ ، فَخَطَبَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : إِنَّ هَؤُلاَءِ اللَّيْثِيِّينَ أَتَوْنِي يُرِيدُونَ الْقَوَدَ ، فَعَرَضْتُ عَلَيْهِمْ كَذَا وَكَذَا ، أَرَضِيتُمْ ؟ قَالُوا : لاَ ، فَهَمَّ بِهِمُ الْمُهَاجِرُونَ ، فَأَمَرَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يَكُفُّوا ، فَكَفُّوا ، ثُمَّ دَعَاهُمْ فَزَادَهُمْ ، قَالَ : أَرَضِيتُمْ ؟ قَالُوا : نَعَمْ ، قَالَ : إِنِّي خَاطِبٌ عَلَى النَّاسِ وَمُخْبِرُهُمْ بِرِضَاكُمْ , قَالُوا : نَعَمْ , فَخَطَبَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ قَالَ : أَرَضِيتُمْ ؟ قَالُوا : نَعَمْ. قَالَ ابْنُ مَاجَهْ : سَمِعْتُ مُحَمَّدَ بْنَ يَحْيَى يَقُولُ : تَفَرَّدَ بِهَذَا مَعْمَرٌ , لاَ أَعْلَمُ رَوَاهُ غَيْرُهُ.
“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Əbu Cəhm ibn Huzeyfəni zəkat məmuru olaraq göndərdi. Bir nəfər zəkata görə onunla tutaşdı. Əbu Cəhm onun başından vurub yaraladı. Yaralananın vəliləri Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Biz qisas almaq istəyirik, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Sizə filan qədər verimmi?” Onlar bu təklifə razı olmadılar. Peyğəmbər ﷺ buyurdu: “Bəs filan qədər verimmi?” Onlar bu məbləğlə razılaşdılar. Peyğəmbər ﷺ buyurdu: “Mən insanlara müraciət edib sizin razılığınızı onlara xəbər verəcəyəm”. Onlar dedilər: “Bəli, de”. Peyğəmbər ﷺ insanlara müraciət edərək dedi: “Bu Leyslilər yanıma gəlib qisas tələb etdilər. Mən də onlara filan qədər mal təklif etdim. Onlar razılaşdılar. Bəs siz razısınızmı?” Onlar: “Xeyr” dedilər. Mühacirlər onların üzərinə atılmaq istədilər. Peyğəmbər ﷺ onlara vaz keçmələrini əmr etdi. Onlar da əl çəkdilər. Sonra çağırıb əlavə məbləğ təklif etdi və soruşdu: “İndi razısınız?” Onlar dedilər: “Bəli, razıyıq”. Peyğəmbər ﷺ buyurdu: “Mən insanlara müraciət edib sizin razılığınızı onlara xəbər verəcəyəm”. Onlar dedilər: “Bəli, de”. Peyğəmbər ﷺ müraciət edib dedi: “Razısınızmı?” Onlar da: “Bəli”- dedilər.”
İstinad
İbn Məcə, 2638 (Qanbahası, 24)
Sunən İbn Məcə — Qanbahasına aid fəsillər