Qanbahasına aid fəsillər

Ana bətnində olan uşağın qanbahası

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الْجَنِينِ بِغُرَّةٍ : عَبْدٍ أَوْ أَمَةٍ , فَقَالَ الَّذِي قُضِيَ عَلَيْهِ : أَيُعْقَلُ مَنْ لاَ شَرِبَ وَلاَ أَكَلَ ، وَلاَ صَاحَ وَلاَ اسْتَهَلَّ ، وَمِثْلُ ذَلِكَ يُطَلُّ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ هَذَا لَيَقُولُ بِقَوْلِ شَاعِرٍ ، فِيهِ غُرَّةٌ عَبْدٌ أَوْ أَمَةٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ ana bətnində olan uşağın qanbahası olaraq bir “ğurra” verilməsinə hökm etdi. “Ğurra” – bir kölə və ya cariyədir. Əleyhinə hökm verilən adam dedi: “Hələ içməyən, yeməyən, çığırmayan, doğularkən səs çıxarmayan dölə görə qanbahası verməliyik? Axı bu qanbahası hədər gedir”. Allah Elçisi ﷺ buyurdu: “Bu adam bir şairin sözü ilə hökm verir. Ana bətnində olanın qanbahası bir ğurradır. Ğurra isə bir kölə və ya bir cariyədir”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2639 (Qanbahası, 25)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər