Ana bətnində olan uşağın qanbahası
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ , قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ , قَالَ : اسْتَشَارَ عُمَرُ بْنُ الْخَطَّابِ النَّاسَ فِي مِلاَصِ الْمَرْأَةِ ، يَعْنِي سِقْطَهَا ، فَقَالَ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ : شَهِدْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى فِيهِ بِغُرَّةٍ ، عَبْدٍ أَوْ أَمَةٍ , فَقَالَ عُمَرُ : ائْتِنِي بِمَنْ يَشْهَدُ مَعَكَ ، فَشَهِدَ مَعَهُ مُحَمَّدُ بْنُ مَسْلَمَةَ.
“Rəvayət edilir ki, Misvər ibn Məxramə ﵁ demişdir: “Ömər ibn əl-Xattab zərbə ilə qadının ana bətnindən düşən uşağa görə səhabələrlə məsləhətləşdi. Muğira ibn Şubə dedi: “Mən Allah Elçisinin ﷺ buna görə bir ğurra, yəni bir kölə və ya cariyənin verilməsinə hökm etdiyinə şahid olmuşam”. Ömər dedi: “Səninlə bərabər bu hökmə şahid olan ikinci adamı gətir”. Sonra Muhəmməd ibn Məsləmə də Muğira ilə bərabər bu hökmə şahid olduğunu bildirdi”.”
İstinad
İbn Məcə, 2640 (Qanbahası, 26)
Sunən İbn Məcə — Qanbahasına aid fəsillər