Qanbahasına aid fəsillər

Ana bətnində olan uşağın qanbahası

حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الدَّارِمِيُّ ، حَدَّثَنَا أَبُو عَاصِمٍ ، حَدَّثَنَا ابْنُ جُرَيْجٍ , حَدَّثَنِي عَمْرُو بْنُ دِينَارٍ ، أَنَّهُ سَمِعَ طَاوُوسًا ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ ، أَنَّهُ نَشَدَ النَّاسَ قَضَاءَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي ذَلِكَ ، يَعْنِي فِي الْجَنِينِ ، فَقَامَ حَمَلُ بْنُ مَالِكِ بْنِ النَّابِغَةِ , فَقَالَ : كُنْتُ بَيْنَ امْرَأَتَيْنِ لِي , فَضَرَبَتْ إِحْدَاهُمَا الأُخْرَى بِمِسْطَحٍ فَقَتَلَتْهَا ، وَقَتَلَتْ جَنِينَهَا ، فَقَضَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الْجَنِينِ بِغُرَّةٍ , وَأَنْ تُقْتَلَ بِهَا.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ səhabələrdən Peyğəmbərin ﷺ ana bətnindən düşən uşağın qanbahası haqda hökmünü soruşdu. Həməl ibn Malik ibn ən-Nabiğa ayağa duraraq belə dedi: “Mən iki zövcəmin yanında idim. Onlardan biri digərini çadırın dirəyi ilə döyüb öldürdü və onun bətnindəki uşaq da öldü. Allah Elçisi ﷺ uşağa görə bir ğurranın verilməsini, ölən qadına görə də öldürən qadının öldürülməsinə hökm verdi”.”

Ömər ibn əl-Xattab
Səhih

İstinad

İbn Məcə, 2641 (Qanbahası, 27)

Sunən İbn Məcə — Qanbahasına aid fəsillər